Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağsuda nazirin dayısı və icra başçısının qardaşı əhalini reket edir


Ağsu əhalisinə “Mirfazil” vergisi; “Cəddinə qurban olduğum nəcis maşınından da aylıq alır”; Hamıya göz dağı olsun deyə, Mirfazil müəllimin bağladığı daş bazarı üzü günə qalıb…


Əmək və Əhalinin Sosial Müdafiə naziri Səlim Müslümovun dayısı, eyni zamanda Ağsu rayln İcra Hakimtyyətinin başçısı Ənvər Seyidəliyevin qardaşı Mirfazil Seyidəliyev Ağsu əhalisinə “özəl vergi” tətbiq edib.

PİA.AZ bildirir ki, bu barədə MilliYol.Az-a Ağsu rayonundan daxil olan məlumatda bildirilir.

Qeyd edək ki, Ağsu rayonundan daxil olan məluat çox genişdir və Ağsunun çeşidli problemlərini, daha doğrusu “Müslümov-Seyidəliyev klanı”nın Ağsuda törətdiyi çeşidli qanunsuzluqlardan və özbaşınalıqlardan bəhs edir. Daxil olan məlumatların genişliyini və çeşidli olduğunu nəzərə alıb biz Ağsu rayonundan silsilə yazılar hazırlamağa qərar verdik. Hazırda sizə təqdim etdiyimiz birinci yazıda “Müslümov-Seyidəliyev klanı”nın aparıcı nümayəndələrindən biri, hazırda təqaüddə olan polis zabiti, Əmək və Əhalinin Sosial Müdafiə naziri Səlim Müslümovun dayısı, eyni zamanda Ağsu rayon İcra Hakimtyyətinin başçısı Ənvər Seyidəliyevin qardaşı Mirfazil Seyidəliyevin qanunsuz əməllərindən və özbaşınalıqlarından bəhs edəcəyik.

Açığı biz daxil olan məlumatlarla tanış olduqda elə zənn etdik ki, Ağsu rayonu heç də Azərbaycan Respublikaısının ərazi-inzibati vahidlərindən biri deyil, orta əsrlərin feodalizm quruluşunun hökm sürdüyü Avropa ölkələrinin hansısa mark-qraflığı, ya da baronluğudur. 

Xatırladaq ki, Səlim Müslümovun və Ənvər Seyidəylievin Ağsuda yaratdıqları feodalizm haqqında ilk dəfə deyil ki, mətbuatda yazılır. Uzun müddətdir ki, Ağsuda icra başçısı Ənvər Seyidəliyevin rayonda “ailə hakimiyyəti” qurması və başçının qohumlarının rayonu soyub-talaması haqqında məlumatlar ölkə gündəmindən düşmür. Lakin buna baxmayaraq, rayonu tamamilə öz qohumlarının “işğalı” altına verən icra başçısı haqqında əlaqədar hakimiyyət qurumları, o cümlədən icra başçılarının rayonlardakı fəaliyyətinə görə birbaşa məsul olan Prezident Adminstrasiyası Ağsuda Seyiəliyevlər klanının əhaliyə qarşı həyata keçirdikləri zülm və istibdada qarşı heç bir ölçü götürmür. Rayonda hər kəs Ənvər Seyidəliyevin toxunulmazlığını başçının Əmək və Əhalinin Sosial Müdafiə naziri Səlim Müslümovun dayısı olmaqla əlaqələndirirlər. Hakimiyyət dairələrində müəyyən nüfuz sahibi olan Səlim Müslümov öz geniş əlaqələrindən istifadə edərək dayısının “bespredelini” müdafiə edir. 

Məlumata görə, Ağsunu şəxsi feodal mülkləri kimi idarə edən və əhalini soyub talayan Ənvər Seyidəliyevin qohumları rayonda hamıya deyirlər ki, Ağsu rayonunun abalaşdırılması üçün vəsaitləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov öz cibindən verir. Və bunu elə bir şəkildə deyirlər ki, güya Azərbaycan dövləti və şəxsən prezident İlham Əliyev bu günə qədər Ağsu rayonunun inkişafı və əhalisinin rifahı üçün heç bir şey etməyib, heç bir vəsait ayırmayıb. Yəni Ənvər Seyidəliyevin qohumlarının rayonda apardıqları “piar-reklamdan” belə çıxır ki, Səlim Müslümovun Ağsuya olan “diqqəti və qayğısı” olmasa, bu rayonda əhali aclıqdan qırılar və Ağsu xarabazara çevrilər. 

Səlim Müslümovun qohumlarının Ağsunu necə idarə etməsi və bu rayonun necə talan etmələri isə doğurdan ürəkağrıdıcı və tükürpədici faktlarla zəngindir. Qeyd etdiyimiz kimi, ilk olaraq, Səlim Müslümovun dayılarından, Ənvər Seyidəliyevin isə qardaşlarından biri, keçmiş polis zabiti Mirfazil Seyidəliyevin Ağsuda törətdiyi özbaşınalıqlardan bəhs edəcəyik.

“Cəddinə qurban olduğum nəcis maşınından da aylıq alır”

Mirfazil Seyidəliyevin Ağsuda uşaqdan-böyüyə hamı tanıyır. Çünki bu adam qapı-qapı düşüb basısı oğlu, cənab nazirin və qardaşı icra başçısının adından aylıq pul toplayır. Yəni belə demək mümkündürsə, “Müslümov-Seyidəliyev klanı”nın xalqa təyin etdiyi “özəl vergi”ləri toplayır. Daxil olan məlumatlar əsasında apardığımız araşdırma nəticəsində belə məlum oldu ki, özünü “ağır seyid” olaraq təqdim edən Mirfazil müəllim Ağsuda demək olar hər kəsə “aylıq vergi” təyin edib. Məsələn, xırda dükanlar Mirfazil müəlimə hər ay 100 manat verməlidir. 20 kvadratmetrdən artıq olan dükanlar isə 200 manat. 50 kvadratmetrdən artıq olan dükanlar 300 manat. Verginin miqyası həm kvadratmetrə görə, həm də dövriyyəyə görə artır. Bu siyahıya Ağsuda fəaliyyət göstərən bütün iaşə məntəqələri, kafe və restoranlar, o cümlədən digər sahələrdə fəaliyyət göstərən kiçik və orta biznes qurumları aiddir. Eyni zamanda Ağsuda fəaliyyət göstərən yük maşınları, taksilər, müxtəlif xidmət maşınları da Mirfazil müəllimə “vergi” verirlər. Misal üçün daş daşıyan yük maşınların hər biri nazirin dayısına, icra başçısının isə qardaşına 200 manat verirlər. Əks təqdirdə onlar daş sata bilmələrini xəyal belə edə bilməzlər. Ağsuda bizimlə söhbət edən sürücülərdən biri isə belə dedi: “Cəddinə qurban olduğum nəcis maşından da hər ay 50 manat alır”.

Mirfazil müəllimin vergisini verməyənlər isə “Müslümov-Seyidəliyev klanı”nın digər vəzifəli şəxsləri ilə üz-üzə gəlirlər. Yəni elə bir vəziyytlə üzləşirlər ki, verəcəklərinin 10 qatı qədər həmin ay müxtəlif qurumlara cərimə verməli olurlar. “Ağıllanmayanların” isə “obyektləri” ümumiyytlə bağlanır və adam müflis bir şəkildə Ağsudan didərgin salınır.

Hamıya göz dağı olsun deyə, Mirfazil müəllimin bağladığı daş bazarı üzü günə qalıb

Biz Ağsuda olarkən qəribə bir mənzərə ilə rastlaşdıq. Ağsunun müxtəlif yerlərində daş maşınları dayanıb müştəri axtarırdılar. Bu ağır maşınlar yolları bağlamaqla yanaşı Ağsunun yollarını da dağırlar. Bunu müşahidə etdiyimizdə niyə bu maşınlar üçün ayrıca bir yer ayrılmadığı ilə maraqlandıq. Məlum oldu ki, Ağsuda daşbazarı var. Amma Fazil müəllim həmin bazara öz “qıfılını” vurub. Niyəsi isə çox bəsitdir. Ağsu rayonunun Ağabəyli kənd sakinləri olan daş bazarının sahibi Mirfazil müəllimin şərtləri ilə razılaşmayıb. Bundan sonra isə Mirfazil Seyidəliyev Ağsuya gəlib gedən bütün daş maşınlarna ismarıc yollayıb ki, Ağsu daş bazarına gedən maşın ikinci dəfə rayona girə bilməyəcək. Elə o gündən də Ağsuda daş satıb ailəsinə çörək aparan maşın sürücüləri rayonun küçələrinə səpələnib. Kim harda istəyir, orda da maşının saxlayır, müştəri gəzir. Daş bazarı isə ağzı günə qalıb. Biz orda olanda daş bazarının sahibi ilə görüşmək istəsək də, təəssüf ki, tapa bilmədik. Lakin bildirdilər ki, hazırda Mirfazil Seyidəliyev Ağsu daş bazarının sahibləri olan qardaşlardan bazarı bütöv şəkildə tələb edir. Yəni qardaşlardan tələb olunub ki, bazarı təhvil versinlər və Ağsunu tərk eləsinlər. Hələlik qardaşlar Mirfazil Seyidəliyevin bu özbaşınalıqlarına qarşı dirənirlər. Amma nə qədər dirənə biləcəklər, bu məlum deyil…

Ardı var…

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

  • Gündəm
  • Aktual
  • Gerçəklər

Ən çox oxunanalar