Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağsu qatilinin ölüm siyahısındakı şok adlar


Ramiz Ələkbərovun aradan götürəcəyini anons etdiyi şəxslər sırasında YAP İdarə Heyətinin üzvü, idarə rəisi və bir sahibkar var; Ağsunun icra başçısı 30 il həbs yatmış cinayətkara avtomobil hədiyyə edibmiş...


Ağsu şəhər sakini 62 yaşlı Ramiz Ələkbərovun axtarışları nəticə vermir. Martın 29-da iki həmyerlisini qətlə yetirən, üç nəfəri isə öldürəcəyini deyən R.Ələkbərov sanki hüquq-mühafizə orqanlarından gizlənmək üçün xüsusi təlim keçib. 

Onu respublikanın bütün şəhər-rayon polis idarələri axtarır, lakin yerini müəyyən edə bilmirlər. Ağsu təşviş içində hər an yeni qətlin törədiləcəyi xəbərini gözləyir. Bu gözlənti əbəs deyil. Çünki R.Ələkbərov 2 qətldən sonra polisə zəng vurub və “məni axtarmayın, öldürəcəyim daha üç nəfər adam var, öldürüm, gəlib özüm polisə təslim olacağam” deyib!

İki qətl və Mərəzədə itən izlər...

Xəbər verdiyimiz kimi o, martın 29-da Ağsu şəhərinin Şakir Hacıyev küçəsində kirayədə yaşadığı 6 saylı evdə 1966-cı il təvəllüdlü Sərxan Əsgər oğlu Soltanovu odlu silahdan açdığı atəşlə öldürüb. Bundan əvvəl isə Ağsu aşırımındakı “Ata yurdu” restoranının qarşısında xalq artisti, mərhum aktyor Mikayıl Mirzənin qardaşı oğlu, sahibkar Mahir Mirzəyevi də öldürərək qaçıb. Məlumata görə, Ramiz Ələkbərov şəxsi maşını ilə Ağsu aşırımı ilə Şamaxı rayonunadək gedib, sonra avtomobilini Şamaxıda yolun kənarında saxlayaraq yoldan keçən başqa avtomobilə oturub və onunla Qobustan rayonu Mərəzə qəsəbəsinədək gedib. R.Ələkbərov orada həmin avtomobildən düşərək naməlum istiqamətə gedib...

Qətllərin mümkün səbəbi odur ki...

“Yeni Müsavat”a daxil olan son məlumata görə, qətllərdən bir gün əvvəl R.Ələkbərov “Ata yurdu” restoranında olub. Rayon sakinlərindən aldığımız məlumatlarda deyilir ki, R.Ələkbərov restorana gedəndə oranın sahibi Mahir Mirzəyev, Sərxan Soltanov və digər şəxs bir masa arxasında əyləşib çörək yeyiblər. R.Ələkbərov isə restorana orada çalışan və əvvəldən münasibəti olan xanımla söhbət etməyə gəlib. Söhbət zamanı R.Ələkbərov həmin xanımla mübahisə edib və onu təhqir edərək döyüb. Yaranmış mübahisəyə yaxınlıqda əyləşən M.Mirzəyev və S.Soltanov müdaxilə ediblər. R.Ələkbərovu restorandan uzaqlaşdırıblar.

Növbəti gün isə R.Ələkbərov özünə məxsus avtomobilin xarab olan mühərrikini düzəltdirmək bəhanəsi ilə motor ustası işləyən, şəhərin Azadlıq küçəsindəki 20 saylı ünvanda qeydiyyatda olan və Heydər Əliyev prospektindəki 16 saylı evdə yaşayan S.Soltanovu evinə dəvət edib. Heç nədən şübhələnməyən usta R.Ələkbərovun evinə gəlib və həyətə girəndən sonra odlu silahla öldürülüb. Bundan sonra “Ata yurdu” restoranına yollanan R.Ələkbərov M.Mirzəyevi söhbətə çağırıb və qəfildən ona odlu silahdan atəş açaraq ərazini tərk edib. 

Ustanın qətli 7-8 saat sonra bilinib

Ağsu sakinləri deyir ki, hüquq-mühafizə orqanları S.Soltanovun qətlindən çox gec xəbər tutublar. M.Mirzəyevin qətlini araşdıran istintaqçılar qatilin yaşadığı ünvana 7-8 saat sonra baxış keçirmək qərarına gəliblər və həmin vaxt evdə S.Soltanovu meyitini aşkar ediblər. 



Qatilin siyahısında adı olanlardan biri polisdə gecələyir

Rayon sakinlərindən aldığımız məlumatda deyilirdi ki, R.Ələkbərov qətlləri törədəndən bir neçə saat sonra hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb və daha 3 şəxsin qətlini anons edib. Deyib ki, həmin 3 nəfəri də öldürəndən sonra özünü polisə təslim edəcək. Rayonda həmin şəxslərin kimliyi ilə bağlı xəbərlər dolaşır və hətta belə iddia var ki, Ağsudan olan qatilin siyahısında adı olanlardan biri Ağsu polis idarəsində gecələyir.  

Mümkün qurbanlar bu şəxslərdir

R.Ələkbərovun qətlə yetirə biləcəyi şəxslərin siyahısını əldə etmişik. Mənbə bildirir ki, ehtimal edilən qurbanlardan biri “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Ağsu Suvarma Sistemləri İdarəsinin rəisi Səfər Məmmədovdur. Bu vəzifəli şəxs Ağsu qatilinin siyahısına niyə düşüb, görəsən? Yerli mənbələrdən musavat.com-a verilən məlumata görə, Səfər Məmmədov qatilin qardaşı Rizvan Ələkbərovu işdən çıxarıb. Qeyd olunur ki, S.Məmmədov bir müddət əvvəl R.Ələkbərovla mübahisə edib və onu işdən çıxarıb. 

Qatilin siyahısında olan digər mümkün qurbanlardan biri də sahibkar Sanif Həsənovdur. Onun vaxtilə “Pepsi-Cola” adlanan iri ticarət mərkəzi R.Ələkbərovun bir müddət əvvəl satdığı və rayonun mərkəzində yerləşən Səməd Vurğun küçəsindəki ata evinin qonşuluğundadır. Belə ehtimallar var ki, R.Ələkbərovun S.Həsənovu qətlə yetirəcəyi şəxslərin siyahısına salmasına səbəb onların aralasında illər əvvəl yaranmış mübahisədir. S.Həsənov YAP-ın yerli təşkilatının idarə heyətinin üzvüdür və rayondakı tədbirlərin fəal iştirakçılarındandır. 

Üçüncü mümkün qurban isə hazırda R.Ələkbərovun qorxusundan polisə sığındığı deyilən Əlişiraz Məmmədovdur. Ə.Məmmədovun avtomobillərin ehtiyat hissələrinin satışı ilə məşğul olduğu söylənir. R.Ələkbərovun Ə.Məmmədovla mübahisəsinin mümkün səbəbi kimi avtomobili üçün aldığı hissənin pulunu ödəməməsi göstərilir. Qeyd olunur ki, Ə.Məmmədov dəfələrlə R.Ələkbərovdan avtomobil hissələrinin pulunu ödəməsini istəyib, sonuncu dəfə isə telefonda aralarında mübahisə yaranıb. 



30 illik həbs həyatının öyrətdikləri...

Rayon sakinləri R.Ələkbərovun indiyədək polisin əlinə keçməməsini onun kriminal keçmişi ilə əlaqələndirirlər. Deyirlər ki, əvvəllər soyğunçuluq və quldurluğa görə dəfələrlə həbsdə yatmış R.Ələkbərovun yolu Rusiya zindanlarından da keçib. Onun qətllərdən sonra polisdən yayına bilməsi 30 illik həbs təcrübəsi ilə əsaslandırılır. Qatilin Rusiyaya qaçıb orada gizlənə biləcəyi ehtimalının çox olduğunu da deyirlər.   

İcra başçısı qatilə niyə maşın bağışlayıb?

Ötən sayımızda R.Ələkbərova rayondakı yüksək vəzifə sahiblərindən birinin maşın bağışladığını da yazmışdıq. Qaynağımız demişdi ki, R.Ələkbərovun kriminal keçmişindən xəbərdar olan rayondakı vəzifəlilər onunla dost münasibəti qurmağa çalışıblar. Hətta ona Ağsu Rayon İcra Hakimiyyətində çalışan vəzifəlilərdən birinin “Reno” markalı avtomobil hədiyyə etdiyi də gələn məlumatlar sırasında idi. Aldığımız son məlumatda vəzifəli şəxsin icra başçısı Ənvər Seyidəliyev olduğu vurğulanır. Qeyd olunur ki, icra başçısı R.Ələkbərov həbsdən çıxandan sonra onun dinc həyata qayıtması üçün ona maşın bağışlayıb...

Qatili ömürlük həbs gözləyir

Hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, R.Ələkbərovun fotosu və əlamətləri ölkənin bütün polis idarələrinə göndərilib. Qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən R.Ələkbərovun yerinin müəyyən edilməsi və tutularaq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

Faktla bağlı Ağsu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib. R.Ələkbərov ələ keçəcəyi təqdirdə onu ömürlük həbs gözləyir.

Mövzuya qayıdacağıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar