Ağstafa rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
"Report"un verdiyi məlumata görə, rayonun Vurğun qəsəbəsinin sakini, 1964-cü il təvəllüdlü Namiq Həbib oğlu Yüsibov yolu keçmək istəyərkən "VAZ-2106" markalı avtomobil onu vurub.
Ağır bədən xəsarətləri alan piyada Ağstafa Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, piyada xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırmalara başlanılıb.
pia.az