Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağır vəziyyətdə olan məhkumlar da azadlığa çıxır


Əfv sərəncamının icrası cəzaçəkmə müəssisələrində davam edib


Pentensiar Xidmətin rəis müavini Ağaəli Xəlilov bildirib ki, 3 saylı İstintaq Təcridxanasında 3 nəfər cəzasının qalan hissəsindən azad edilib: 

"Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv sərəncamı imzalanması əhəmiyyətlidir. Azərbaycan humanist bir ölkədir. İnanıram ki, əfv olunanlar cəmiyyətdə öz yerlərini tutacaqlar. Bir daha bu səhvi etməyəcəklər".

Əfv olunan Ramil Namazov bildirib ki, 5 il azadlılıqdan məhrum edilibmiş: "Avtoqəza törətmişdim. Adımın əfv siyahısında olduğunu öyrənən zaman inana bilmədim. Sevincimi izah edə bilmirəm. İnsan həbsxanada olan zaman azadlığın əvəz olunmaz olduğunu daha yaxşı anlayır. 4 il 8 ay cəzamı çəkdim. Artıq ailəmə qovuşuram. Arzum odur ki, kiminsə yolu həbsxanaya düşməsin".

Ramil Namazovun anası Mətanət Əliyeva heç bir valideynə həbsxanada olan övladının yolunu gözləməməyi arzu edib: "Mən öz oğluma qovuşdum. Allahdan arzum odur ki, gözü yolda olan analar da bu cür sevinc hissi yaşasın. Ümid edirəm ki, əfv olunan balalarımız bir daha bu səhvi etməzlər. Prezident İlham Əliyevə bu sevinci biz valideynlərə yaşatdığn təşəkkür edirəm".

17 saylı cəzaçəkmə müəssisəsində 13 nəfər məhbus əfv olunub. Müəssisənin rəisi Vüsal Aslanov məhkumları təbrik edib.

Azad olunan məhbuslar prezident İlham Əliyevə təşəkkür ediblər.

Pentensiar Xidmətin müalicə müəssisəsində 17 məhkumun azadlığa buraxılması ilə bağlı bülleten verilib. Onlardan 1-i qadındır. Pentensiar xidmətin rəis müavini Oqtay Məmmədov əfv olunan məhkumları təbrik edib.

Obudsman Elmira Süleymanova bildirib ki, bu, ən böyük əfv sərəncamıdır, bundan əvvəl Mehriban Əliyevanın təşəbbüsü ilə amnstiya olub, həmin amnistiya ilə 10 mindən çox məhkum azadlığa buraxılıb: "Azadlığa qovuşanlar arasında ağsaqqallar da var. Ümidvarıq ki, əfv olinanlar bir də qanunu pozmayacaq, ətrafında olanları da cinayətdən uzaq olmağa çağıracaqlar. Cəmiyyətdə yerlərinizi tutmağı, həyatınızı qurmağı tövsiyə edirik. İş tapmaq indi çox asandır, bundan da faydalanmağınızı arzulayırıq".

Bu müəssisədə məhkum olunanların əksəriyyəti ağır vəziyyətdə olub, bu səbəbdən əfv bülletenləri onların özlərinə tədbir olan yerdən kənarda şəxsən tğqdim olunub.

Müəssiədə müalicə alan məhkum qadın Xənimə Əliyevaya da əfv bülleteni verilib. Əlil olan qadın əfv olunmasında əməyi olanlara, Prezident İlham Əliyevə təşəkkürünü bildirib: "Allahdan həmişə azadlığa çıxmağı arzulamışam. Bu gün bu da mənə nəsib oldu, çox şükür Allahıma ki, bu arzum ürəyimdə qalmadı". (teleqraf.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ən çox oxunanalar