Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağır atletika üzrə yığmanın baş məşqçisi istefa verdi


Ağır atletika üzrə yığma komandanın baş məşqçisi Tofiq Heydərov postundan gedib


Qafqazinfo” xəbər verir ki,  onun yerinə gənc mütəxəssis Asif Məmmədov təyin edilib.

Heydərov isə fəaliyyətini federasiyanın vitse-prezidenti kimi davam etdirəcək.

Qeyd edək ki, o, AAAF Park yaşayış kompeksinin rəhbəridir. Bir müddət öncə Heydərovun həbsi ilə bağlı xəbərlər də yayılmışdı.

Tofiq Heydərovun istefa səbəbi kimi işlərinin çoxluğu göstərilsə də, onun gedişinin əsl səbəbi başqadır.

Xatırladaq ki, o, hələ milli komandadan ayrılmaq qərarını İslam Oyunlarından bir müddət sonra vermişdi. Belə ki, ağır atletika millimizin üzvləri Anastasiya İbrahimli və Hafiz Süleymanov oyunlarda medal qazansalar da, bunu dopinqlə əldə etmişdilər.

Sonradan onların qanında aşkarlanan lazımsız preparatlar Heydərovu sarsıtmışdı. Milliyə baş məşqçi təyin olunandan dopin qalmaqallarının qarşısını almağı hədəfləyən çalışdırıcı bunu bacarmayınca yığmanın sükanı arxasından gedəcəyi ilə bağlı öz feysbuk hesabında məlumat yaymışdı.

Lakin sonradan onun müəyyən qədər millidə qalması istənilmişdi. Yeni baş məşqçi axtarışı bitənə qədər millidə qalmağa razılaşan Heydərov artıq rəsmən postundan gedib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar