Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağdaşda “saqqallı kabus“ dolaşır


Ağdaşda Qoşaqovaq kəndində bir neçə gündür ki, insanlar həyəcan içində yaşayır


Kənd sakinlərinin lent.az-a verdikləri məlumata görə, bir neçə gündür ki, tanımadıqları qara paltarlı şəxs həyətlərə girərək sakinləri təlaşa salır. Sıx və uzun saqqallı bu adamı tanımayan kənd sakinləri dəfələrlə onu tutmağa çalışsalar da, buna nail ola bilməyiblər. Bildirilir ki, naməlum şəxs həyətlərə girərək gecə saatlarında alışqan işığı yandırır və oturaraq siqaret çəkir. Məsələ ilə bağlı sakinlər polisə müraciət də ediblər. Qoşaqovaq kənd sakinləri bildiriblər ki, polislər artıq kənddə araşdırmalara başlayıb və bir neçə polis nəfəri yaşayış məntəqəsinin ərazisində keşik çəkir. Həmçinin əhaliyə hava qaralandan sonra küçəyə çıxmamaq tövsiyə edilib.

Ağdaş Rayon Polis Şöbəsindən sayta bildirilib ki, məsələdən xəbərdardırlar və müvafiq tədbirlər görülür.

Qoşaqovaq kəndi üzrə polis sahə müvəkkili Murad Quliyev isə bildirib ki, artıq 10-a yaxın evin həyətinə həmin naməlum şəxsin daxil olaraq həyəcan yaratması müəyyənləşdirilib. İnsanlara və onların mülkünə hər hansı ziyan vurmayan “çağırılmamış” qonaq daha çox təşviş yaradaraq təlaşa səbəb olur. Hazırda onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar