Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağdaş sakinləri kömək istəyirlər


Ağdaş rayonunun Ləki qəsəbəsində artıq neçə illərdir ki, su yoxdur


 Qəsəbə sakinləri yaxınlıqdan keçən Ağdaş kanalının palçıqlı suyundan içməli su kimi istifadə edirlər.

Bu şikayətlə virtualaz.org-un redaksiyasına qəsəbə sakinləri müraciət ediblər. Onların sözlərinə görə, yaşadıqları əraziyə vaxtilə su gəlsə də, sonradan su boruları tutulub.

“Bir yanımız Kür çayıdır, bir yanımız Tüğyançay, amma içməyə su tapmırıq. Bu istidə susuzluqdan qırılırıq. Məcbur olub qəsəbədən keçən kanalın lilli suyundan içirik. Onun da içərisində qurbağa, soxulcan, hər cür parazit var. Bilmirik dərdimizi kimə deyək”, - deyə qəsəbə sakini Misir Misirov bildirir.

Digər bir şikayətçi Mahmud Mustafayev isə deyir ki, qəsəbədə su problemi 1975-ci ildən var. Ləkiyə su çəkilsə də, suyun tərkibində olan lil borularda yığılıb qalıb, gün vurduğundan daşlaşıb. Nəticədə borular tutulub və qəsəbə sudan məhrum olub.

Sakinlərin sözlərinə görə, qəsəbədən təxminən 100-150 metr məsafədən keçən kanaldan həmin lilli suyu evlərinə gətirmək üçün hər dəfə maşına 12-15 manat verməli olurlar. Bu su da heç 10 gün kifayət eləmir. Bir sözlə, imkanı olan maşınla, olmayan at və eşşəklə həmin lilli suyu evinə daşıyır.

Sakinlər deyirlər ki, “Ağdaş Sukanal” TSC-nin direktoru Fazil Abdürəhimova müraciət etsələr də, direktor onları qəsəbəni su ilə təmin edəcəyi vədi ilə aldadıb.

Problemlə bağlı “Ağdaş Sukanal” TSC-nin direktoru Fazil Abdürəhimovla əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimizə cavab vermədi.

Məlumat üçün bildirək ki, Ağdaş şəhərində ilk mərkəzləşdirilmiş su təchizatı sistemləri 1950-60-cı illərdə yaradılıb. Türyançayın yatağında yaradılmış drenaj qurğusu uzun illər boyu sel və daşqınlara məruz qaldığından istismar imkanlarının böyük bir hissəsini itirib. Ağdaş şəhərində 1960-1965-ci illərdə tikilmiş 18 km uzunluğunda kanalizasiya şəbəkəsi istismara yararsız vəziyyətə düşüb.

Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” çərçivəsində Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması məqsədilə həyata keçirilən tikinti-quraşdırma işlərinin bir hissəsi yekunlaşıb. Layihə 2035-ci ilə qədər Ağdaş şəhərində 47 min nəfərin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar