Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağdamla bağlı şayiələrə başçıdan cavab


Son günlər sosial şəbəkələrdə Ağdamda kəndlərin boşaldılması ilə bağlı şayiələr dolaşmaqdadır


Bu şayiələrin hansı mərkəzdən yayıldığı, kimə xidmət etdiyi təbii ki, məlum məsələdir.

Ölkə.az Ağdam rayonunun icra başçısı Raqub Məmmədovla əlaqə saxlayıb və məsələni aydınlaşdırıb.

"Hər kəs öz yerindədir. Gərginlik var. Gərginlik olan kimi sakinlər yaşlı adamları, körpələri götürüb kəndin mərmi tutmayan yerinə keçirlər. "Kəndlər boşaldı, insanlar başqa yerə getdi" kimi məlumatlar əsassızdır. Camaatın kənddə malı-dövləti, heyvanı var", - deyə Raqub Məmmədov qeyd edib.

Dünən gecə saatlarında yaşanan gərginliklə bağlı Raqub Məmmədov bildirdi ki, gecə saat 04:00-da gərginlik yaşandı. Kənd camaatı evləri boşaldıb yolun kənarına yerləşmişdi:

"Özüm saat 04:00-dan camaatın yanında olmuşam. Gərginlik olanda evləri tərk etmək normaldır. İnsanıq, bilirik ki, göylə gələn mərmidir, onu əllə saxlamaq olmur axı. Ona görə də mütləq təhlükəsiz əraziyə çəkilmək lazımdır. Kişilər isə kəndləri tərk etmir".

İcra başçısı həmçinin bunları qeyd edib:

"Ağdam rayonunun icra başçısı olaraq sizə deyirəm, gecə saat 4-dən camaatın yanındayam. Gecə olan gərginlikdə Qaradağlı və Çəmənli kəndinin hərəsindən 10-15 ailə, Əfətli kəndindən 50 ailə kəndlərin aşağı hissəsində gözlədi. Saat 06:00-da isə onların hamısı ilə görüşdüm və bildirdim ki, sakitlikdir, hər kəs evinə, kəndinə qayıtsın və hər kəs öz evindədir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar