Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağdamın icra başçısı məhkəmədə dindiriləcək


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Teylor İbrahimovun (Fətişoğlu) cinayət işi üzrə məhkəmə prosesi keçirilib


Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Eldar Mikayılov sədrlik edib. 

Məhkəmədə bildirilib ki, şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılsa da, onların məhkəmədə iştirakı təmin olunmayıb. Buna görə də, proses təxirə salınıb.

Təqsirləndirilən T.İbrahimov cinayət işində adı keçən Ağdam rayon icra başçısı Raqub Məmmədovun məhkəməyə şahid kimi çağırılmasını istəyib. Hakim bildirib ki, icra başçısı cinayət işi üzrə istintaqda şahid qismində dindirilib, növbəti proseslərdə onun məhkəmədə iştirakı və dindirilməsi təmin olunacaq.

Məhkəmə prosesi oktyabrın 3-də davam edəcək.

Qeyd edək ki, sözügedən cinayət işi üzrə bir neçə zərərçəkmiş var. Onlar işə düzəlmək, həbsdə olan yaxınlarını azadlığa çıxarmaq üçün T.İbrahimova pul veriblər. İsmayıl Məmmədov isə təqsirləndirilən şəxsə 5 min manat verib. Bunun qarşılığında icra nümayəndəsinin müavini təyin olunmalı imiş.

T.İbrahimov Bakı şəhərində Ağdam Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub və Xətai Rayon Polis Şöbəsinə təhvil verilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (dələduzkuq, külli miqdarda törədildikdə) ilə təqsirli bilinir.

Xatırladaq ki, T.İbrahimov sabiq prezident Ayaz Mütəllibovun mətbuat katibi olub və 2000-ci ildən Moskvada mühacirətdə yaşayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar