Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağdamda 15 yaşlı Qığılcımın intiharının səbəbi bilindi


Ağdamda 15 yaşlı Qığılcımın intiharı: “Sınaq imtahanında az bal yığıbmış...”


Ağdamda özünü yaşadığı evin tövləsindən asaraq intihar edən 15 yaşlı Qığılcım Rzayevin ötən gün sınaq imtahanından az bal toplamasına görə intihar etdiyi güman olunur. Bu barədə virtualaz.org-a yeniyetmənin təhsil aldığı məktəbin sabiq direktoru Eyvaz Məmmədov bildirib.

Keçmiş müəllimi intihar edən oğlanın çox tərbiyəli, ağıllı şagird olduğunu da qeyd edib: “Ötən gün Quzanlının Çullu kəndində keçirilən sınaq imtahanında iştirak edib. Deyəsən, həyəcanlanıb, imtahanda az bal toplayıb. Güman edirəm ki, imtahanda az bal topladığına görə intihar eləyib. Amma çox heyif, çox yaxşı şagird, ağıllı, tərbiyəli oğlan idi”.

Kəndin bələdiyyə sərdi Pənah Hüseynov isə hazırda cinayət işi açıldığını, intiharın səbəblərinin araşdırıldığını bildirib: “Bildiyimə görə, heç bir psixoloji problemi olmayıb. Hazırda intiharın hansı səbəbdən baş verdiyi araşdırılır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar