Xəbər xətti

17 OKTYABR

13:17 Şəkər tozu

13:13 “iPhone X” qıtlığı yarandı

13:10 Poroşenko deputat toxunulmazlığının ləğvini istədi

13:06 Bakıda zibillikdən silah-sursat tapılıb

13:02 Alın yazımız kəpənək qanadlarına yazılıb

12:58 Saakaşvilinin tərəfdarları Kiyevdə etiraz edir

12:55 Şəkidəki İdman Sağlamlıq Mərkəzi satıldı

12:51 Azərbaycanlı rejissorun xanımı vəfat etdi

12:47 Ermənistanda komitə sədri istefaya göndərilir

12:43 Qanunsuz ov edən 110 nəfər saxlanılıb

12:40 Novruz Məmmədov: “Sərkisyan nə qədər quyruq bulasa da...”

12:36 Dünyanın ilk milli elektron valyutası Azərbaycanda yaradılır

12:33 Bu gün SOCAR istiqrazlarının dövriyyəyə buraxılmasının ildönümüdür

12:30 Politoloq Cenevrə görüşü barədə: “Proses müharibəyə doğru gedə bilər”

12:28 General Novruzəli Orucovun oğlunun məhkəməsi təxirə salınıb

12:25 İraq hökuməti Kərkükə nəzarəti tam bərpa edib

12:21 ABŞ-dan Türkiyəyə viza güzəşti

12:17 Yaddaşsızlığın səbəbi nədir?

12:14 Leyla Əliyeva: “Gəlin, birlikdə xeyirxahlıq edək”

12:11 Vado Korovinə ATV-də yeni vəzifə verildi

12:09 “Hakimiyyət Qırğızıstanda namuslu seçkilər keçirmək imkanına tüpürdü”

12:06 Kompüter oyunları dərslərdə uğura səbəb olur

12:03 Tomas: ““Qarabağ”la oyun elə də asan olmayacaq”

11:59 “Mogerini və ya Lavrovun nəsə deməsinin ABŞ-a təsiri ola bilməz”

11:55 Tramp Asiya turnesinə çıxır

11:52 Daha iki Avropa şirkəti “Şahdəniz” qazı alacaq

11:49 Bakıda məktəbdə şagirdlər arasında insident

11:45 6 tələbənin ölümü ilə bağlı kompensasiya ödənilib

11:41 “Ermənistan Azərbaycan Ordusunun hərbi-strateji üstünlüyünü qəbul edə bilmir”

11:37 Amerika seçkilərinə internet-müdaxiləyə Ceyhun Aslanov başçılıq edib

11:32 Qarabağda itkin düşən azərbaycanlıların sayı dəqiqləşdirildi

11:29 Qırğızıstan Astanadan Sərkisyana şikayət etdi

11:25 Azərbaycanlı ifaçı “O səs Türkiyə”də münsifləri kövrəltdi

11:22 Prosineçki: “İş tapmaq asan deyil”

11:17 Yazıçılar Birliyində öldürülən məşhur yazıçı

11:14 Sabah Azərbaycan-Rusiya sərhədində yeni körpünün tikintisi başlayır

11:10 Sahibkarlara qan udduran, rayonu cəhənnəmə çevirən, milyonluq villası olan icra başçısı – Goranboyda nə baş verir?

11:06 5 yaşlı qızını zəhərləyən ana

11:03 İŞİD-dən Kərkükə hücum: 2 kənd işğal olundu

10:58 Məşhur müğənni avtomobil qəzasına düşdü

10:53 Bakıda iki qadın intihar edib

10:49 “Best Model Of Turkey - 2017”nin qalibləri məlum oldu

10:47 Politoloq: “Bərzani siyasi cəhətdən ciddi səhvə yol verdi”

10:46 Şirkət rəhbəri özünü iş yerində öldürdü

10:42 Vasif Talıbov: “Yaradılan şəraitdən səmərəli istifadə olunmur”

10:39 “Hüseyn Abdullayevlə Rəsul Quliyev müxalifətin namizədi ola bilməyəcəklər”

10:35 BMT baş katibi Əliyev-Sarkisyan görüşü haqda

10:31 Yağışlı hava şəraiti bu gün axşamadək davam edəcək

10:27 Manatın məzənnəsi

10:20 Bəzi rayonlara qar yağıb - Faktiki hava

10:16 Bakıda məktəbdə şagirdlər arasında qanlı dava

10:00 Azərbaycan neftinin qiyməti 59 dollara çatdı

9:56 Mourinyo maaşının artırılmasını istəyir

9:52 Bakı-Sumqayıt şosesində qəza baş verib

9:48 Tramp: “ABŞ İraqdakı münaqişədə tərəf tutmayacaq”

9:44 Zakir Həsənov Hulusi Akarla görüşüb

9:40 Nazirlikdən əcaib artım arqumenti: “Əhali çox yeyir...”

9:36 Qızıl 8 dollardan çox ucuzlaşıb

9:32 Tonqa sahillərində 5,6 bal gücündə zəlzələ baş verib

9:28 Həmsədrlərdən Qarabağla bağlı razılaşma xəbəri - Əslində isə...

9:24 Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin görüşü keçiriləcək

9:20 Atəşkəs rejimi 105 dəfə pozulub

9:16 Tramp Yaponiyaya səfər edəcək

9:12 “Eldar Mahmudovun həbs təhlükəsi hələ də sovuşmayıb, amma...”

9:08 İrəvanın Türkiyə və Azərbaycan xofu, NATO xiffəti - Seçim yaxınlaşır

9:04 BMT baş katibi prezidentlərin danışıqlarını alqışlayıb

9:00 Fikrət Hüseynli həbs olundu, Elşad Abdullayev onu ittiham etdi

0:55 “Ermənistan bizim aldığımız silahların heç 10 faizini də ala bilməz”

0:42 Məşhur kanslerin türk nəvəsinə mirası açıqlandı

0:37 IMF inkişafda olan ölkələrə xəbərdarlıq edib

0:24 “Wi-Fi” şifrləmə protokoluna müdaxilə edilib

0:12 Dubay polisi uçan motosikletdə gəzəcək

0:03 Bu gün bürcünüz nələr vəd edir?

16 OKTYABR

23:57 Bu yolda sürət həddi azaldı

23:41 Brayza: “Bu, Qarabağla bağlı ən müsbət bəyanatdır”

23:38 Suriya ordusu İsrailin hərbi təyyarəsini vurdu

23:26 Salehi: “Peşmərgələr buradan uzaqlaşdırıldı”

23:14 Qırğızıstanda müxalifət etiraz aksiyası keçirir

23:08 İrlandiyada qasırğa nəticəsində 360 min ev işıqsız qaldı

22:51 Əbülfəz Qarayev “Rossiya 24” kanalına müsahibə verib

22:44 ABŞ İraq ordusunun Kərkükə girməsini təsdiqlədi

22:34 “Suriyada antiterror əməliyyatı başa çatmaq üzrədir”

22:26 Premyer Liqa klubu satışa çıxarıldı

22:12 İstanbulda 39 İŞİD üzvü saxlanılıb

22:08 Anadangəlmə qüsurların əsas səbəbi aşkar olunub

21:52 Ötən gün 78 cinayət faktı qeydə alınıb

21:47 SOCAR büdcə ödənişlərini açıqladı

21:35 Bu il 150 minə yaxın daşınmaz əmlaka çıxarış verilib

21:22 Bəhreyn Rusiyadan S-400 alacaq

21:18 Azərbaycandan Gürcüstana pul köçürmələrinin həcmi bəlli oldu

21:06 “Maşın” şoudan MTRŞ-yə cavab

20:53 Şimali Koreya rəsmən danışıqlardan imtina etdi

20:49 Rusiya tezliklə öz kriptovalyutasını buraxacaq

20:38 Aslan İsmayılov Binəqədi Rayon Polis İdarəsində dindirildi

20:26 Xaçmazda “Mercedes” at arabası ilə toqquşdu: 1 ölü

20:12 Kərkük tamamilə rəsmi Bağdadın əlinə keçdi

20:07 İraqın şimalında Türkiyənin 2 hərbçisi şəhid olub

19:59 Direktorun əri məktəb psixoloqunu döydü

19:55 Nazirlikdə yeni şöbə müdiri təyinatı: Novruzov kimdir?

19:50 Bakıda gənc oğlan intihar etdi

19:46 NATO Rusiya sərhədlərində təlimə başladı

19:41 Netanyahu: “Tramp uzaqgörən addım atdı”

19:36 Vüqar Rəhimzadə: “Minsk Qrupu işğalçıya dəstək nümayiş etdirir”

19:31 Müxtəlif rayonlardan olan quldur dəstəsi yaxalandı

19:26 Rusiya Şimali Koreyaya qarşı sanksiyalar tətbiq etdi

19:21 Abbas Faiq Ağayevə söz atdı

19:16 Sarkisyan: “Qarabağ probleminin həlli ilə bağlı konkret razılaşma yoxdur”

19:11 “Android”də yeni təhlükə aşkarlandı

19:06 Türkiyə İraqın şimalına hava məkanını bağlayır

19:02 “Ermənistan beynəlxalq təzyiqlər nəticəsində yenidən danışıqlar masasına qayıtdı”

18:56 “Unibank” və “Dəmirbank” birləşir?

18:52 Metro gücləndirilmiş iş rejiminə keçəcək

18:48 Leyla Əliyeva: “Məqsədimiz ailələrin rifahını yaxşılaşdırmaqdır”

18:44 Həbsdə olan polkovnik: “Pul alan olsaydım, niyə “Hilton”u seçirdim”

18:38 Nazarbayevdən Qırğızıstan Respublikasının yeni seçilən prezidentinə təbrik

18:33 Rəqqasə Oksana: “Kişilər məni depressiyaya salır”

18:28 “Cinsi azlıqlar məsuliyyətdən yaxa qurtarmağa çalışırlar”

18:23 Gənclər və İdman Nazirliyində yeni təyinat

18:19 “Facebook” kəşfiyyatçıları işə götürəcək

18:13 Qırğızıstanda müxalifət etiraz aksiyası keçirir


CƏMİYYƏT

...

Ağdamda “Qaçqınkom” rəzaləti: Faktlar bitib tükənmir - Fotolar

Tarix 28.09.17, 11:29

Font ölçüsü : - / +
bitmap-img6

Prezident məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün daim dövlət dəstəyini verməkdədir. Ölkə başçısı göstərdiyi qayğı və diqqəti heç zaman əsirgəmir. Amma köçkünlər üçün nəzərdə tutulan və dövlət büdcəsindən ayrılan vəsait korrupsiya qurbanı olur


Başqa sözlə, prezidentlə qaçqın və məcburi köçkünlər arasında körpüləri yandıranlar var və şəxsi mənfəət üstün tutulur. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi tərəfindən ya susqunluq nümayiş etdirilir, ya da konkret faktlar gülünc şəkildə təkzib olunur. Bu yazımızda da cumhuriyyet.az olaraq belə bir halın üzərində dayanacağıq.

“Çörək pulu” üçün 1500 manat tələbi

Bir neçə gün öncə mediada Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin Ağdam Şəhər üzrə nümayəndəsi işləyən Məlahət İsmayılova ilə  Bakı şəhəri, Cavadxan küçəsi 18, mənzil 54-də müvəqqəti qeydiyyatda olan Ağdam rayon sakini Məmmədova Aytəkin Məmməd qızının telefon söhbətinin audioyazısı yayılmışdı. Həmin telefon söhbətində  Məlahət İsmayılova  vətəndaşın məcburi köçkün kimi yardım pulunun kəsilməsi ilə bağlı probleminin həllindən danışır və bildirir ki,  əgər Aytəkin Məmmədova 1500 manat çatdırsa ailə yenə “çörək pulu” alacaq. Əks təqdirdə dövlətin köməyindən məhrum olacaqlar. Aytəkin Məmmədova çox yalvarıb ki, cəmi 500 düzəldə bilər. Lakin məmur xanım qiymətin 1000-dən aşağı olmayacağını bildirib. Hadisənin tam aydınlığı üçün cumhuriyyet.az olaraq həmin audioyazını bir daha diqqətinizə çatdırırıq:

“Qaçqınkom”un üzürü günahından betər təkzibi

Gözləmək olardı ki, ortada olan konkret və təkzibolunmaz faktla bağlı “Qaçqınkom” sərt tədbirlər  görəcək. Amma bunların əvəzinə mətbuata müəmmalı açıqlama verildi. Açıqlamada bildirilir: “Komitənin nümayəndəsi kimi adı çəkilən İsmayılova Məlahət Əsgər qızı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı deyil. Ağdam rayonundan olan məcburi köçkün Məmmədova Aytəkin Məmməd qızı 5 nəfər ailə üzvləri ilə birlikdə hazırda vahid aylıq müavinət alırlarlar və heç vaxt müavinət verilməsi dayandırılmayıb. Lakin Məmmədova Aytəkin Məmməd qızı vahid aylıq müavinət aldığı halda Ağdam şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin aparıcı mütəxəssisi İsmayılova Məlahət Əsgər qızına müraciət etməyinə heç bir əsası olmadığı halda ona müraciət etmişdir. Əslində o Komitəyə müraciət etməli idi və düzgün cavabı da Komitədən almalı idi”. Maraqlıdır, məcburi köçkün A.Məmmədova 5 nəfər ailə üzvləri ilə birlikdə həqiqətən də  hazırda vahid aylıq müavinət alırlarsa daha Komitəyə müraciət edib hansı cavab almağa ehtiyac var ki? Danışıqdan göründüyü kimi, ilkin qiyməti məhz Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Ağdam rayon şöbəsində müəyyənləşdiriblər və M.İsmayılova sadəcə rəqəmi aşağı salmaqda vasitəçilik edir. Elə isə kim cəzalandırıldı? Aldığımız məlumata görə, M.İsmayılova tutduğu vəzifədən kənarlaşdırılıb. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Ağdam rayon şöbəsində isə heç kəsə “gözün üstə qaşın var” deyən olmayıb.

Ağdam “Qaçqınkom”undan gələn səslər…

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Ağdam rayon şöbəsində baş verən qanunsuzluqlar və vətəndaş etirazı ilə bağlı bu ilk və yeganə fakt deyil. Biz cumhuriyyet.az olaraq son illərə aid bir neçə hadisəni yenidən yada salmaq istərdik.  2014-cü il fevralın 20-də Ağdamdan məcburi köçkün Nəcibə Cəfərova 3 ailə üzvü ilə ev əşyalarını Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin qarşısına tökərək etiraz edib.  2015-ci il iyulun 28-də Ağdam rayonundan məcburi köçkün düşmüş Sahib İsmayıl oğlu Nəsibov “Qaçqınkom”un Sabunçu rayon şöbəsinin qarşısında özünü yandıraraq intihara cəhd etmişdi.  2015-ci ilin avqustun 1-də Bərdə rayonunda Ağdam rayonundan olan məcburi köçkünlər Bərdə-Yevlax yolunda qaçqınlar üçün nəzərdə tutulmuş mənzillərin verilməməsi ilə bağlı etiraz aksiyası keçiriblər. Bu kimi etirazlar faktlarını uzatmaq da olar. Amma nə faydası. Bundan daha ciddi faktlara da “Qaçqınkom” susqunluq göstərib.

Sadə ağdamlıların evlərinə sahib çıxan “imkansız” məmurlar

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Ağdam rayon şöbəsi ilə bağlı qalmaqallı məqamlardan biri də ev bölgüsü ilə bağlıdır. Belə ki, Ağdamdan olan məcburi köçkünlər üçün inşa edilmiş mənzillərin bir hissəsi  yerli məmurlara verilib, o məmurlara ki, hərəsinin bir neçə mənzili var. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı üzə çıxan faktları sizə təqdim edirik:
– Ağdam rayonunun sabiq prokuroru, hazırda Qaxda eyni adlı vəzifəni daşıyan İslam Qasımov. Bu şəxs Ağdamdakı yeni qəsəbədə evlə təmin olunub.
– Tərtər Məhkəməsinin sabiq hakimi, əslən ağdamlı olan şəxs də evlə təmin olunub.
– Ağdam Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Qara həkim də başqalarından geri qalmayıb. O da «Qaçqınkom» tərəfindən mənzillə təmin edilib.
– Ağdam rayon İcra Hakimiyyəti başçısının sabiq müavini, rayon Maliyyə Şöbəsinin sabiq rəisi Elşad Əhmədov. Bu şəxs də Qasımbəyli kəndindəki evlərdən birinə sahib çıxıb.
– Ağdam Mədəniyyət Şöbəsinin müdiri Şahin Qasımov. Əli Həsənov ona da mənzil peşkəş edib.
– Ağdamın təhsil şöbəsinin sabiq müdiri Elmira Şükürova. Bu şəxsin Bakıda bir neçə evi var. Bərdədə villası, Gəncədə isə topdağıtmaz əmlaka malikdir. Amma «ehtiyac» üzündən «Qaçqınkom»dan da «dar günü» üçün bir ev alıb.
– Arzu Rəhimova. Ağdam icra başçısının müavini olan xanım Rəhimovanın Bakıda, Bərdədə evləri olduğu halda, Qaçqınkom ona yeni tikilən qəsəbədə daha bir mənzil hədiyyə edib. Və bu da belə əsaslandırılıb ki, guya, qaçqınlıq həyatı yaşayan icra başçısının müavininin evə ehtiyacı var.
– Ağdamda yüksək vəzifədə çalışan Hafiz Əzizadə də komitədən mənzil alıb. Bu məmurun da Bakıda və Bərdədə bir neçə evi var və başqalarının işlətməsinə verdiyi obyektləri mövcuddur. Və bunun üzərindən «imkansız» məmura daha bir ev də verilib ki, sərvətinə sərvət qata bilsin.
– Bir başqa mənzil sahibi olmuş şəxs Ağdam Musiqi Kollecinin direktoru Laura Ağayevadır. Bakıda və Bərdədə evləri olan Laura xanımın Quzanlıdakı Təzə qəsəbədə də mənzil sahibi olması hamını təəccübləndirib. Çünki direktorun olmayan bir şeyi yoxdur.
– Ağdam Uşaq Xəstəxanasının həkimi Həqiqət Süleymanova da «ehtiyac içində» yaşayanlar kateqoriyasına şamil edilib. Baş həkim Bərdə və Bakıda mənzillərə sahibdir. İmkanları da xeyli çoxdur. Amma o da digər məmurlar kimi, Əli Həsənovun mənzili ilə təltif olunub və ona təzə qəsəbədə yeni ev verilib.

Ağdamda Qabil İbadov rüzgarı

Göründüyü kimi sözügedən telefon danışığı sıradan adi bir faktdır. Ağdam “Qaçqınkom”unda elə küləklər əsir ki… Bir tərəfdə zirzəmidə yaşayan yüzlərlə, bəlkə də minlərlə qaçqın ailəsi, bir tərəfdə isə qaçqınların pulu ilə harınlamış və dünyaya meydan oxuyan balaca bir məmurun oğlu. Bakıda zirzəmidə yaşayan qaçqının oğlu uzun illər boyu bir qurtum kola xəyalı ilə siçovullarla oynayıb vətəni qorumaq üçün cəbhə bölgəsində yağışdan islanıb, günəşdən çatlarkən, qaçqınlardan mənimsənilən vəsaitlərlə böyüyən məmur oğlu isə Bakıda kef içində əsgərliyini keçirir və üstəlik bahalı avtomobillərini sosial şəbəkələrdə paylaşaraq tanıyanlara göz dağı verir. Söhbət Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Ağdam rayon şöbəsinin müdiri Qabil İbadovun oğlundan gedir.

Açığı oğul İbadovun sosial şəbəkələrdə paylaşdığı şəkillərə baxdıqda adam zənn edir ki, bu gənc məcburi köçkünlərin problemləri ilə məşğul olan qaçqın məmurun oğlu yox, Hacıqabulda ov ovlayıb, quş quşlamağa gələn Dubay əmirinin oğludur.  Və bu zaman adam doğurdan əli üzündə mat qalır. Mat qalır ki, ayda təqribən 500-600 manat maaş alan bir məmur heç bir yerdə işləməyən oğluna 60-70 min dəyərində avtomobilləri necə alıb? Və işsi-gücsüz, Ağdam Dövlət İqtisadi Kollesində təhsil almış bir gənc Ağdamda, Bakıda, Qəbələdə, Oğuzda, Qaxda, Gürcüstanda kef məclislərini necə qurur? Hansı pulla dostlarını başına yığıb hər gün hesab ödəyir? Bu sualların cavabını təbii ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Ağdam rayon şöbəsinin müdiri Qabil İbadov bilir və böyük ehtimalla Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da bilir. Bəs necə olur ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin bir rayon şöbəsinin müdiri bu qədər varlana bilir? Bunla bağlı da cumhuriyyet.az olaraq mediada yer alan bəzi məlumatlar maraqlı göründü.

“Qaçqınkom” məmuru qaçqınlardan necə qazanır?

Qabil İbadovun “qaçqın biznesinin” şaxələri genişdir və bu biznes sahəsində cənab İbadov hər il milyonlar qazanır. Misal üçün “Qaçqınkom”un Ağdam rayon şöbəsinin müdiri qaçqın olmayan ağdamlıların uşaqlarına qaçqın vəsiqəsinin birini 3000 manata satır. Bazarda təlabat isə böyükdür. Çünki qaçqın olmayan ağdamlıların “qaçqın” uşaqları bu yolla çoxlu imtiyazlardan istifadə edə bilirlər. O cümlədən ödənişli təhsil müəssisələrində pulsuz təhsil ala bilirlər. Ağdamlılar bildirirlər ki, təkcə “vəsiqə alveridən” Qabil İbadov hər il 100 min manata qədər gəlir əldə edir. Çünki qaçqın vəsiqəsi almaq istəyənlər çox olur. Bundan başqa “yeni qaçqınlara” ayrılan dövlət müavinatları da Qabil İbadova çatır. Yəni plastik kartlar “Qaçqınkom”un Ağdam rayon şöbəsinin müdirində qalır və bu da əvvəlcədən razılaşdırılr.

Həmçinin Qabil müəllim Bakıya köçən həqiqi qaçqınlara miqrasiya sənədini 500 manata verir. Qaçqınlara verilən hər hansı bir qanuni sənədin qiyməti isə 20 manatdır. Ağdamlı qaçqınların dediyinə görə, Qabil İbadovun gündəlik gəliri hardasa 3-4 min manat arasında dəyişir. Və bu gəlirlərə hələ bir çox maxinasiyalar da aiddir. Misal üçün müavinətlərin verilməsi üçün sənədələrdən, qaçqınlar üçün tikilən mənzillərin satışından şöbə müdiri ciddi gəlirlər əldə edir. Yəni “Qaçqınkom”un Ağdam rayon şöbəsinin müdirinin əsas işi qaçqınlara qanuni yolla düşən imtiyaz və haqqları satmaqdır. Ki, bu adam da açıq şəkildə, hər kəsin gözü qarşısında qaçqınların imtiyaz və haqqlarını onlara satır.

Mənbə: AzToday.az

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


CƏMİYYƏT

design-img

Vernisaj

Nazirlikdən əcaib artım arqumenti: “Əhali çox yeyir...”

bitmap-img3

Rakurs

Yusif Yusifov Elmar Vəliyevə qarşı: Gizli savaşın aşkar görüntüləri

bitmap-img3

Seçmələr

Azərbaycan əleyhinə qəbul edilən iki qətnamə: Qarşıdurma böyüyəcək, yoxsa...

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru