Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağdam məktələrində direktor “ovu” başlayıb - Rüşvət qalmaqalı


Raqub Məmmədov sinif yoldaşını təhsil şöbəsinə müdir təyin etdi – bir günün içində 5 direktor dəyişdi.


İşdən çıxarılan məktəb direktorlarından biri, Baharlı-1 qəsəbəsi tam orta məktəbinin direktoru Elməddin Məmmədov  Rahil Allahverdiyevin üzərinə maşın sürüb.

Ağdamdan AzFakt.com-a daxil olanməlumata görə 6 aydır boş qalan rayon Təhsil şöbəsinə müdir təyinatı gerçəkləşib. Rayon təhsilşöbəsinə icra başçısı Raqub Məmmədovun sininf yoldaşı və uşaqlıq dostu Rahil Allahverdiyev təsdiq edilib. Bildirək ki, Rahil Allahverdiyevin Ağdam rayon təhsil şöbəsinə müdir təyin olunacağını aylar öncə AzFakt.com xəbər vermişdi. Raqub Məmmədov icra başçısı təyin olunandan sonra Rahil Allahverdiyevi rayonun əsas korrupsiya mərkəzlərindən biri olan təhsil şöbəsinin müdiri müavini təyin etmişdi. Daha sonra Elmira Şükürovanı işdən azad edərək (Elmira Şükürova hazırda Kəlbəcər Təhsil Şöbəsinin müdiridir), onun vəzifələrini uşaqlıq dostuna həvalə etmişdi. 

AzFakt.com-a rayondan daxil olan məlumatda deyilir ki, Rahil Allahverdiyev Təhsil Şöbəsinin müdiri təyin olunduqdan sonra bir çox qalmaqallı hadisələr baş verib.Belə ki, şöbə müdiri təyin olunan günü 5 məktəb direktorunu vəzifəsindən çıxardıb. İşdən çıxarılan məktəb direktorlarından biri Baharlı-1 qəsəbəsi tam orta məktəbinin direktoru Elməddin Məmmədov  Rahil Allahverdiyevin üzərinə maşın sürüb. Məsələ ilə bağlı təhsil şöbəsinin müdiri icra başçısı Raqub Məmmədova xəbər verib. İcra başçısı isə baş verənlərlə bağlı ölçü götürlməsi göstərişini verib.

Məlumatda deyilir ki, Rahil Allahverdiyev işdən çıxartdığı direktorların yerinə elə həmin gün yeni şəxsləri təyin edib və hər birindən 5-7 min manat arası arasında rüşvət alıb. Artıq Ağdam məktəblərində gedən söz söhbətlərə görə Rahil Allahverdiyev dekabra qədər 50-yə yaxın direktoru dəyişəcək. Şöbə müdiri dəyişdiyi direktorların yerinə təyinatı isə Raqub Məmmədov verir. Qəni dolayısı iləalınan rüşvətlərin böyük hissəssi də icra başçısına çatır.

Bildirilir ki, dekabra qədər Rahil Allahverdiyevin əli ilə 50 - qədər direktoru dəyişməyi planlaşdıran Raqub Məmmədov 250-350 min manat arası qazanc əldə etməyi düşünür. Qeyd edək ki, Ağdam rayon Təhsil Şöbəsinin nəzdində 146 məktəb fəaliyyət göstərir. Həmin məktəblər müxtlif rayonlarda həmçinin Bakı şəhərində yerləşirlər. 

 Artıq Ağdam təhsilşöbəsində yeni bir qarşıdurmanın başladığını deyə bilərik. 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Ən çox oxunanalar