Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağdam Təhsil Şöbəsinin “ölü məktəbləri“


Elmira Şükürova şagird "ölü canlar" saxladığı kimi, "ölu məktəblər" də saxlayır


Ağdam rayon Təhsil Şöbəsinin müdiri Elmira Şükürova bir məktəb binasında bir neçə məktəb yerləşdirib

Ağdam rayon Təhsil Şöbəsinin müdiri Elmira Şükürova anoloqu olmayana qanunsuzluqlara yol verir. Belə ki, PİA.AZ-a Ağdamdan daxil olan məlumatda bildirilir ki, Ağdam rayon Təhsil Şöbəsinin müdiri Elmira Şükürova Bərdədə yeni salışmış qaçqın qəsəbəsində tikilmiş bir məktəb binasında 3 məktəb yerləşdirib. 1, 8, 11 saylı məktəblərin yerləşdilirildiyi həmin məktəb binasında həmçinin daha bir Kəlbəcər məktəbi fəaliyyət göstərir. 

Qeyd edək ki, eyni binada iki məktəbin fəaliyyət göstərməsi qanunla qadağandır. Qanına əsasən əhalinin sıx olduğu yerlərdə məktəblər arasındakı məsafə ən azı 500 metr olmalıdır. Qanuna əsasən bir eyni ərazidə fəaliyyət göstərən məktəblər ləğv olunmalı və onların bazasında bir məktəb yaradılmalıdır.

Göründüyü kimi Elmira Şükürova qanundan irəli gələn tələbləri pozaraq onlarla əlavə ştatları qoruyub saxlayır və bu yolla dövlət büdcəsindən hər ay külli miqdarda vəsait mənimsəyir. PİA.AZ-a daxil olan məlumatda göstərilir ki, Elmira Şükürova qanunu pozaraq 2 direktor, onların müavinləri, 6 gözətçi, onlarla müəllim və xadimə htatlarını artıq saxlayır və gözətçi və xadiimələrin maaşlarını isə hər ay özü alır.   

Daxil olan məlumatda göstərilir ki, eyni vəziyyət Mingəçevir qaçqın qəsəbəsində də mövcuddur. Belə ki, Elmia Şükürova burda da 47, 51, 52 saylı orta məktəbləri bir binada yerləşdirib və bu yolla yenə də dövvlətin külli miqdarda vəsitini mənimsəməklə məşğuldur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar