Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağcabədi Təhsil Şöbəsinin müdiri özünü «yandırdı»


Mehdi Əhmədovun rəhbərlik etdiyi sahədə 600 min manatlıq yeyinti aşkarlanıb, müfəttişliyin daha 200 min manat istədiyi iddiası var


Hələ bir müddət əvvəl xəbər vermişdik ki, Maliyyə Nazirliyinin 10 saylı Regional Maliyyə Müfəttişliyi Ağcabədi Təhsil Şöbəsində yoxlamalara başlayıb. Müfəttişliyin rəisi Ədalət Nəbiyevin rəhbərliyi altında həyata keçirilən yoxlamanın müsbət sonluqla başa çatacağına ümid edən təhsil şöbəsinin müdiri Mehdi Əhmədovun ümidləri boşa çıxıb. 

Mehdi Əhmədov öncə Ədalət Nəbiyevlə anlaşaraq, 200 min manata bütün yoxlamanı yola salacağına razılaşıblar. Lakin məsələnin mətbuata çıxması və işə Maliyyə Nazirliyinin belə qarışması planın alınmasına imkan verməyib. Nəhayət, Mehdi Əhmədov Ədalət Nəbiyevin sözüylə onun haqqında yazan jurnalisti ağlıyca şantaj etmək istəyib, amma bu plan da alınmadıqda, ortaqların ayrılmaqdan başqa çıxış yolları qalmayıb. 

Məlumata görə, 10 saylı Regional Maliyyə Müfəttişliyinin Ağcabədi rayon Təhsil Şöbəsində apardığı yoxlama nəticəsində 600 min manat büdcə vəsaitinin mənimsənildiyi, təyinatdan kənar xərclədiyi aşkarlanıb.

 Jam.az xəbər verir ki, hal hazırda müfəttişliyin əməkdaşları şöbə müdirindən həmin pulu büdcəyə köçürməyi tələb edirlər. Əks təqdirdə, bununla bağlı bütün faktları prokurorluq orqanlarına təqdim etməkdən başqa çıxış yollarının qalmadığını diqqətə çatdırıblar. 
Son bilgilərə görə, Mehdi Əhmədov 600 min manatı düzəltmək üçün Ağcabədidəki orta məktəb direktorlarının qanını içməyə belə hazırdır. Hazırda direktorlardan kəsiri düzəltmək üçün pul yığılır. Hərçənd Ədalət Nəbiyevin də şöbə müdirindən 200 min manat istədiyinə dair məlumatlar var. 

Məlumata görə, yoxlama başa çatdıqdan sonra Ağcabədi rayon Təhsil Şöbəsinin müdiri Mehdi Əhmədov işdən çıxarılacaq. Bunu elə onun özünə də deyiblər. Həmin posta isə Ağcabədi icra başçısının müavini Rahilə Mustafayeva gətiriləcək. Bu istək icra başçısı Şahin Məmmədovundur. 

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar