Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağalarovlar ABŞ prezident seçkilərinə Rusiya müdaxiləsində


Amerika milyarderi Donald Tramp, Crocus Group-un prezidenti Araz Ağalarov və Crocus Group-un vitse-prezidenti Emin Ağalarov


İlya Arxipov, Tom Metkef

Bloomberg (ABŞ), 13.07.2017

 

O, daşınmaz əmlak sahəsində əsil maqnat, oğlu pop-ulduz, iddiaları isə Tramp-Tauer (Tramp qülləsi-tərc.) boydadır. Bu ona Moskvada “Kainat xanımı” müsabiqəsi keçirməkdə yardım olub. Amma Araz Ağalarovun indi prezident Donald Trampın kiçik oğlunun dərc edilmiş məktublarında görünməsi onu keçən payız ABŞ-da prezident seçkilərinə Kreml müdaxiləsi ilə bağlı qalmaqala cəlb edib.

Məktublarda deyilir ki, Ağalarov 2016-cı ilin iyununda “Rusiyanın kral prokuroru” ilə görüşüb – görünür, söhbət Demokratik Partiyadan namizəd Hillari Klinton haqda ləkələyici məlumatı Trampa ötürmək istəyən Rusiya Baş prokuroru Yuri Çaykadan gedir.

Məktublarda deyilir ki, Ağalarovun oğlu Emin köməkçidən rusiyalı vəkillə kiçik Tramp arasında görüş təşkilini xahiş edib.

Ağalarovlar məktublardakı iddiaları təkzib edirlər. Ailəni təmsil edən vəkil Skott Balber deyib: “Ağalarovların hansısa şəkildə Rusiya hökumətinə münasibətdə vasitəçi kimi çıxş etdikləri və yaxud seçkiləri müzakirə etdikləri haqda məlumatlar düz deyil”.

Kreml həmçinin onların ehtimal edilən əlbirliyə cəlb edildiyini inkar edir. Kiçik Donald Tramp deyib ki, hüquqşünas Rusiya rəsmisi deyildi və Klinton haqda məlumata malik deyildi.

Buna baxmayaraq, elektron məktubların dərci seçkilərə təsir məqsədilə Tramp kampaniyasının Rusiya hökuməti ilə mümkün əlbirliyi haqda məsələnin müzakirəsini gücləndirib. Bu, diqqəti yenidən Trampın qolfa, gözəl qadınlara və əmlakda öz adına marağını bölüşən böyuk Ağalarovla münasibətlərinə cəlb edib.

“Gözəl günlər”

Tramp və Ağalarov bir-biri ilə 2013-cü ildə moskvalı maqnat o zaman Trampın hüquqi sahiblik etdiyi “Kainat xanımı” müsabiqəsinin keçirilməsinə 20 milyon dollar sərf edərkən tanış olublar. Ağalarov keçən il müsahibəsində deyib ki, o və oğlu Emin 2013-cü ildə Las-Veqasda Trampın görüşünə gediblər ki, planları müzakirə etsinlər, sonralar isə gələcək prezidenti noyabrda Moskvada gözəllik müsabiqəsində qəbul ediblər. Böyük Ağalarov deyib ki, onlar Trampla Moskvanın qərb hissəsindəki baş komplekslə yanaşı “Manhetten” adlanacaq Tramp-Tauerin inşasını müzakirə ediblər. Ağalarov sonralar deyib ki, bu planı dondurub. Bu, Rusiyada tələbatın düşməsi, sonra isə Trampın qələbəsi ilə bağlı idi.

Tramp hətta Eminin musiqili kliplərindən birində  görünməyə və özünün “Sən işdən azad edilmisən” şahanə ibarəsini söyləməyə razılaşıb. Tramp bir neçə aydan sonra atasının şirkətində eyni zamanda vitse-prezident olan Eminə You Tube-da doğum günü münasibətilə təbrik göndərib: “Sən daşınmaz əmlak məsələlərinin öhdəsindən əla gəlirsən və həqiqətən də, əylənməyi bacarırsan”.

Araz Ağalarov 20115-ci ildə televiziya müsahibəsində Trampın səfəri haqda deyib: “Biz beş, ya altı gün bir yerdə gözəl günlər keçirdik. O, çox  təsirlənmişdi”.

Crocus Group

Maqnatın 2015-ci ildə verdiyi müsahibədən nəticə çıxır ki, Araz Ağalarov Azərbaycan hələ Sovet İttifaqının tərkibində olarkən Bakıda doğulub. O, atasının ölümündən sonra (Ağalarov 13 yaşında idi) ailəni dolandırmaq üçün qara bazarda mal satıb. 1980-ci illərdə ailəni Moskvaya köçürüb və yekunda Rusiyada ilk kompüter sərgi-yarmarkasını qəbul etmiş Crocus International Amerika-Rusiya birgə müəssisəsini qurub.

O, daşınmaz əmlak sahəsində öz uğurundan əlverişli şəkildə yararlanıb. Onun Crocus Group şirkəti ticarət mərkəzi, mehmanxana və restoranlar inşa edib. Saatların elit brendi, bank və Moskvadan kənarda (18 çuxurlu) qolf meydançaları onun müəssisələrinə daxildir. Ağalarov 2012-ci ildə Uzaq Şərqin Vladivostok şəhərində Rusiya prezidenti Vladimir Putinin iştirak etdiyi Asiya forumu üçün universitet şəhərciyi tikib. O, sonralar gileylənib ki, layihələr üzündən xeyli vəsait itirib. O həmçinin Kremlin daha bir böyük cəhdinin  – 2018-ci il futbol üzrə dünya çempionatı stadionlarının inşasına seçilmiş maqnatların içində idi. Lakin büdcə azaldıldı və Ağalarov müsahibədə bildirib ki, layihələrdən gəlir gözləmir.

“Fikrimi tutun, qarşımızda stadionlardan qazanmaq vəzifəsi durmur. Təki öz pulmuzu itirməyək, – o, 2015-ci ildə “Forbes”-in Rusiya versiyasına müsahibədə deyib. – Bu, statuslu layihədir”.

Putin, təxminən, Trampın səfəri zamanı Ağalarovu işgüzar və xeyriyyəçilik fəaliyyiətinə töhfəsinə görə Şərəf ordeni ilə təltif edib. Lakin Putin mərasimdəki nitqində aralarında aktyorlar, dini liderlər və dzüdo üzrə italiyalı məşqçi olan digər təltif edilən məşhurlardan fərqli olaraq onun adını çəkməyib.

Top-100

Ağalarov Rusiyada Putinin, əsasən, liderin xeyli illər əvvəl doğma şəhəri Sankt-Peterburqda görüşdüyü biznes maqnatlarının daxil olduğu ən yaxın çevrəsinin üzvü sayılmır.

“Ağalarov Rusiyanın ən nüfuzlu biznesmenlər onluğu və yaxud iyirmiliyinə daxil deyil, – “Peterburq siyasəti” fondunun rəhbəri Mixail Vinoqradov deyir. – Ola bilsin, Top-100-ə daxildir”.

Onun Trampla tanışlığına baxmayaraq, Kreml prezident haqda məsləhət üçün Ağalarova müraciət etməyib və Rusiyanın bəzi məmurları deyirlər ki, Putinin onun istənilən tövsiyəsinə şübhə ilə yanaşardı.

“Putin hamıdan ucada duran çardır və təsəvvür edə bilmirəm ki, lap əvvəldən tanımadığı istənilən oliqarxla onun  sıx əlaqəsi olsun, – Siyasi texnologiyalar mərkəzinin başçısı İqor Bunin deyir. – Ehtimal çox azdır ki, Putin bu cür incə məsələdə Ağalarovdan istifadə etsin”.

Bununla belə, Ağalarov prokuror Çaykanı korrupsiyada ittihamdan qorumaq üçün 2015-ci ildə reklam çəkərək onun ittihamçılarını nasist təbliğatçıları ilə tutuşdurmaqla onunla əlaqəsini açıq şəkildə sərgiləyib. Çaykaya qarşı ittiham irəli sürülmədi.

Çayka öz növbəsində 2012-ci ildə ABŞ-da qəbul edilmiş və Rusiyanın insan haqlarının pozulmasında əli olan məmurlarının üzərinə sanksiyalar qoyan Maqnitski qanununa qarşı çıxmaq üçün Rusiya hökumətinə fəal yardım edib.

2016-cı ilin iyununda kiçik Donald Trampla görüşmüş rusiyalı hüquqşünas Natalya Veselnitskaya elektron məktublar mübadiləsindən sonra qanunun ləğvi uğrunda çıxış çıxış edib.

Rusiya baş prokurorunun təmsilçisi kiçik Trampın dərc etdiyi elektron məktubların məzmunu haqda sualı cavablayarkən deyib ki, o, beynəlxalq təmasları istisnasız olaraq hüquqi kanallarla həyata keçirdir.

Nyu-Cersidəki əlaqələr

Ağalarovların siyasi əlaqələri onların doğma şəhəri Bakıda şəxsi əlaqəyə keçir. Emin 2006-cı ildə Azərbaycanın indiki prezidenti İlham Əliyevin qızı Leyla Əliyevaya evlənib. Emin və xanımı 2015-ci ildə boşanıblar. Trampın da Bakı ilə əlaqəsi var. O, 2012-ci ildə Bakıda inşaat şirkəti ilə (Söhbət keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus şirkətdən gedir-tərc.) əməkdaşlıq edib.

“The Trump Organization”-in hüquqşünası “The New Yorker” dərgisinə danışıb ki, Tramp Bakıdakı layihədə passiv rol oynayıb və “sadəcə, lisenziar idi”.

Ağalarovlar ailəsinin Amerika ilə münasibətləri on illərlə öncə qurulub. 1990-cı illərdə Rusiyada cinayətkarlıq artanda Emini İsveçrəyə internat məktəbə göndəriblər. O sonra anası İrina və bacısı Şeylanın ona qoşulduğu Nyu-Cersiyə gedib.

Emin Tenafly High School-un 1997-ci il məzunlarından biridir. O,  Marymount Manhattan College-də biznesi öyrənməyi davam etdirib. Atası onu ailə biznesinə qatılmaq üçün 2001-ci ildə Rusiyaya dönməyə inandırıb.

Ağalarovlar əvvəlki kimi Mayamidə Fişer adasında və Nyu-Cersi ştatında Berqen mahalında çoxmilyonluq evlərin sahibidirlər. Onlaırn Alpindəki evi (2,5 akrlıq sahədə), demək olar, 7 milyon dollara satılır. Qızı Şeylanın sözlərinə görə, Ağalarovlar daha orada yaşamırlar. O keçən ay müsahibədə deyib: “Onlar Rusiyada yaşayırlar”.

Ağalarov seçkilərdən sonra deyib ki, Trampın qələbəsinə görə Tramp-Tauerin inşası üzrə onun planlarını təxirə salmaq lazım gəlsə də, onu alqışlayır.  O, TASS dövlət informasiya agentliyinə bildirib: “Bir növ, möcüzə baş verdi”. (tərcümə Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar