Xəbər xətti

25 APREL

0:44 Sarkisyanın istefasına Rusiyadan nə reaksiya var? –BBC-nin şərhi

0:33 Ermənistan hökuməti Paşinyanla danışıqları dayandırdı

0:22 “Türkiyə qarşıdakı 10 il boyunca Ərdoğanın hakimiyyəti altında qalacaq”

0:01 Bugün bürcünüz nələr vəd edir?

24 APREL

23:55 "1915-ci ildə zərər çəkmələrindən kədərlənirik"

23:40 "Ermənistan müxalifəti nə qərbyönlüdür, nə rusiyayönlü..."

23:33 Bitkoin 9 min dollar həddini keçdi

23:10 Naxçıvan mədəniyyət naziri təyin edilib

23:05 İran şahının mumiyası tapılıb

22:55 Azərbaycan və Türkiyə prezidentləri birgə şam ediblər

22:20 Azərbaycanlı turistlər Türkiyəni Gürcüstana və İrana dəyişiblər

22:05 Naxçıvan Turizm Departamentinin direktoru təyin edilib

21:55 “Şimali Koreya lideri olduqca səmimi və qürurlu insandır“

21:40 “Nə qədər varam, ölkədə meydan hərəkatına heç bir əsas olmayacaq” –Lukaşenko

21:20 Azərbaycanın əməkdar artisti vəfat etdi

21:12 Usama ben Ladenin mühafizəçisi Avropada miqrantların arasında tapılıb

20:40 Goranboyda ilanlar evlərə hücum edib

20:33 Bakı Metropoliteninin vəzifəli şəxsi üzr istədi

20:13 İraq İŞİD-in Suriyadakı obyektinə zərbələr endirib –Açıqlama

20:05 Əli Əhmədov: İçməli suyun tükənməməsi üçün həyata keçirilən layihələr kifayət etmir

19:50 Fransanın futbol əfsanəsi Anri Mişel öldü

19:40 Ukrayna Rusiyaya çay blokadası tətbiq edəcək

19:35 General oğlunun cinayət işini aparmış müstəntiq məhkəməyə gəlməyib

19:20 AŞPA Türkiyəni növbədənkənar prezident seçkilərini təxirə salmağa çağırıb

19:17 Rusiya azərbaycanlını “İnterpol” xətti ilə beynəlxalq axtarışa verib

19:12 Tramp: "İranla nüvə sazişi imzalanmamalı idi"

19:05 “Bundan sonra da sıx əməkdaşlığımızı davam etdirmək niyyətindəyik“

18:50 Prezident İlham Əliyev Ankarada Heydər Əliyevin abidəsini ziyarət edib

18:34 Sürücülərin nəzərinə: Bu prospektdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

18:30 Jirinovskidən əcaib təklif:"Moskvadan Yerevana metro xətti çəkilsin..."

18:25 Naxçıvanda gömrükçülər 108 kq heroin aşkar edib

18:17 Karapetyanla görüşdə o, baş nazir olmaq məsələsini qaldıracaq

18:12 Kadırov: “Qərb bilir ki, Rusiyaya hücum etsə...“

18:05 Şəmkirdə toya gedən şəxslər qəzaya düşüb, 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb

18:00 İsrail və İran savaş astanasında

17:58 Əbülfəz Elçibəyin 80 illik yübileyinə hazırlıq işləri aparılır

17:55 “Qadınlar hər zaman mənə paxıllıq ediblər” - Aygün

17:49 Başından zədələnmiş xəstənin səhvən ayağını əməliyyat etdilər

17:45 FETÖ-nün gizli şifrəsi aşkarlandı: “Gəlin, çay içək”

17:40 Dolların sabaha olan məzənnəsi açıqlanıb

17:35 Əfqan Muxtarlının şikayəti təmin edilmədi

17:30 Küveyt baş naziri Azərbaycan prezidentini təbrik edib

17:25 Saatlı sakini bıçaqlanıb

17:20 Ramiz Mehdiyev Rövşən Rzayevi kollektivə təqdim etdi

17:18 İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başlayıb

17:15 “Qərb bilir ki, Rusiya nə Suriya, nə də Liviyadır…”

17:09 Ərlərini və sevgililərini döyən məşhur qadınlar

17:05 Nəsimi rayonunda Zərifə xanım Əliyevanın xatirəsi anılıb - Fotolar

17:03 “Dövlət Miqrasiya Xidmətində rüşvətxorluğa son qoyulmalıdır”

16:58 Lukaşenko İrəvana səsləndi: Tələsməyin!

16:53 “BMT Azərbaycanla sıx əməkdaşlığı davam etdirmək niyyətindədir”

16:48 Prezident: “Türkiyədəki seçkilərlə bağlı çox müəmmalı ssenari ortaya atılıb”

16:43 “Qarabağ” bu göstəricidə dünya ikincisidi...

16:37 Yeni nazir Muxtar Babayev hansı məşhurun övladıdır? - Video

16:26 Nazim İbrahimov: “Ramiz Mehdiyev bizim ağsaqqalımızdır...”

16:21 ABŞ Türkiyə əleyhinə qanun qəbul edəcəkmi?

16:15 Serj Sarkisyanın anası öldü

16:10 AMEA: Dünyanın ən nəhəng palçıq vulkanı 30 ildən sonra yenidən püskürüb

16:05 Ərdoğan ermənilərə başsağlığı verib

16:00 Flora Kərimova Röya haqda sərt sözlər dedi

15:55 Məhkəmədə vəkil cinayət işinin materiallarını yedi

15:51 Bakı Metropoliteninin vəzifəli şəxsi vətəndaşları təhqir etdi

15:47 “iPhone X”-in ən böyük çatışmazlığı üzə çıxdı

15:42 Həsən Turabov niyə ölmək istəyirdi?

15:37 “Yaxşı oxumasaydım, hamıyla dost olardım” - Elton

15:33 “Formula 1” yarışı üçün yüklər Bakıya gətirilib

15:29 Ərdoğan: “Suriyanın şimalında lazım olanı edəcəyik”

15:24 Səbaildə akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb

15:20 “Azercell“in Mobil Göz Klinikası öz fəaliyyətini davam etdirir

15:16 Ramiz Mehdiyev: “Nazim İbrahimov vəzifəsinin öhdəsindən layiqincə gələ bilmədi”

15:12 Ermənistanda nə baş verdi? - Abxaziya tipli çevriliş, yoxsa “məxməri inqilab”?

15:07 “Baş nazir vəzifəsindən imtina etmərəm” – Nikol Paşinyan

15:03 Qadının başına it düşdü, beyni silkələndi - Video

14:59 “Vicdanım rahat durmurdu” - Natavan

14:54 Cəlilabadda kütləvi dava olub

14:50 O falçının anama dedikləri düz çıxdı

14:44 Keçmiş komitə sədri kollektivlə vidalaşdı

14:39 ShushaPost.az saytı Şuranın dəstəyi ilə təkmilləşdirildi

14:35 Gücləndirilmiş “Nar” şəbəkəsi Bakı Formula Qran Prisinə hazırdır

14:35 Kim keçmiş sevgilisini söymək istəsə...

14:31 Ramzan Kadırov: “Çeçenistana gəlsə, Tramp həbs ediləcək”

14:27 Cavanşir Yusifli: “Anara hələ bu xoşbəxtlik üz verməyib”

14:23 Emmanuel Makron İlham Əliyevi təbrik edib

14:18 Nazim İbrahimov qızının toyunu son anda təxirə saldı

14:14 İlham Əliyev Rusiya Xarici Kəşfiyyat Xidmətinin başçısı ilə görüşüb

13:53 Türkiyə hərbçilərinin uniforması dəyişir

13:48 Saatlıda 4 yaşlı qız gölməçəyə düşərək boğulub

13:44 Milli Məclis müflisləşmə haqqında qanunu qəbul edib

13:39 Yeni ekologiya və təbii sərvətlər naziri kollektivə təqdim edilib

13:34 Əflatun Amaşovdan Ombudsmanın hesabatına etiraz

13:30 Sabah hava necə olacaq?

13:26 Elmira Süleymanova hesabat verdi

13:22 Ermənistanda icra başçısını güllələdilər

13:20 Silah satışında Azərbaycana qoyulan məhdudiyyətlərin səbəbi nədir?

13:18 Rusiya iqtisadiyyatı harbi vəziyyət rejiminə keçir

13:14 Bugünkü valyuta hərracının nəticəsi açıqlanıb

13:10 Həsən Ruhani İranda Azərbaycan dilinin təşviqinə çağırdı

13:05 Milli Məclis Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqlədi

13:00 Ramiz Mehdiyev yeni təhsil nazirini kollektivə təqdim edib

12:06 Xudatda nə baş verir? - Tenderlərdəki “oyun”ların pərdəarxası məqamları

11:58 Ermənistan hakimiyyəti müxalifətlə danışıqlara başlayır

11:54 Milli Məclisin komitəsində dəyişiklik – Yeni sədr seçiləcək

11:49 İki vəkilin fəaliyyətinə 1 illik qadağa

11:45 Amansız Qarabağ döyüşçüsü jurnalistə təslim oldu

11:41 Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək

11:37 Gürcüstanda azərbaycanlı ailənin evinə maskalı basqın olub

11:33 Gəncədə mənzildən 30 min dollar oğurlanıb

11:28 “Roma” İngiltərəyə 22 futbolçu ilə getdi

11:24 Öz qazdığı quyuya düşən

11:19 Sosial işçilər üçün maarifləndirici seminarlar təşkil olunacaq

11:15 Fransa aktivləşir və ABŞ-ı beynəlxalq arenada sıxışdırır...

11:11 İntihar edən polkovnikin qardaşı Eldar Mahmudovu məhkəməyə verdi

11:07 Deputat Zahid Orucdan dəyişikliklərə reaksiya

11:03 Yol təmiri zamanı 145 sovet əsgərinin skeleti tapıldı

10:59 Tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu üçün son vaxt açıqlandı

10:55 Deputatlar bu gün toplaşır – 20 məsələ müzakirə ediləcək

10:51 Vahid Əhmədov ürəyindən əməliyyat olundu

10:47 “O böyük koalisiya terrorçuların öhdəsindən gələ bilməyib, əvəzində…”

10:43 BMT Baş katibindən Qarabağla bağlı bəyanat

10:38 Paşinyan: ““Məxməri inqilabı” yarımçıq qala bilməz”



MÜSAHİBƏ

...

Ağa Cəfərli: “Xəyanət etməyin”

Tarix 11.12.17, 11:44

Font ölçüsü : - / +
bitmap-img6


Söz İlahi işarədir. Sözün gücü var


 Bir də söz sahibləri var. O söz sahibləri ki, sözün dəyərini bilir, onun üzərində zərgər dəqiqliyi ilə işləyir.Belə söz adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq bizim “söz” haqqında anlayışımıza yeni bir məna gətirir.“Söz adamı” layihəsinin növbəti qonağı jurnalist Ağa Cəfərlidir.
 
- Son zamanlar mətbuatda ədəbi normaların, dil və üslub qaydalarının pozulmasına, jarqon ifadələrin istifadəsinə tez-tez rast gəlinir. Belə halların qarşısını almaq üçün mətbuat və medianın üzərinə hansı vəzifələr düşür?
 
- Çox ciddi məsələyə toxunursunuz, bu mövzuda saatlarla danışmaq olar və mənə elə gəlir ki, danışmaq da lazımdır. Bu mövzuda təşkil edilən müzakirələri əhəmiyyətli hesab etmək olar və sevindirici haldır ki, bir müddət əvvəl prezident İlham Əliyevin tapşırığı ilə “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfrans keçirildi. Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla həmin tədbirdə çox mühüm bir təklif səsləndirdi, bildirdi ki, dilçi alimlərin potensialından istifadə etməklə, jurnalistlər, aparıcılar üçün aylıq seminarlar təşkil olunmasının tərəfdarıdır. Həmin tədbirdə xüsusi qeyd olundu ki, media təmsilçilərinin peşə hazırlığının yüksəldilməsi, nitq mədəniyyətinin formalaşdırılmasına böyük ehtiyac var. Mənə elə gəlir ki, o tədbirlərdə səslənən təkliflərin həyata keçirilməsi üçün konkret addımlar atmaq lazımdır. Belə olsa, “Əvvəlki əri ilə olan intim həyatını indiki həyat yoldaşına anladan kişini qadın deşik-deşik etdi” kimi başlıqlara, cümlələrə də rast gəlmərik.
 
- Ədəbi mühiti formalaşdıran amillər hansılardı və ədəbi mühit necə formalaşır?
 
- Yaman qəliz suallar verirsən... Düzü bilmirəm ədəbi mühiti formalaşdıran amillər hansılardır və ədəbi mühit necə formalaşır. Ancaq onu bilirəm ki, bu gün həm də texnikanın çox yüksək səviyyədə inkişaf etməsinin nəticəsi olaraq ədəbiyyata maraq azdır. Yaxşı əsərlər yazılır, ancaq o əsərlərə diqqət yetirən, dəyər verən demək olar ki, yoxdur. Vəziyyətin bu həddə olması müəlliflərdə çox ciddi ruh düşkünlüyü yaradır, bu isə son nəticədə yaradıcılığa öz mənfi təsirini göstərir. Diqqətsizliklə üzləşən, dəyəri verilməyən müəllif ümidini araq şüşəsinə bağlayır. Bir az içir, ürəyi açılır, hirsini-hikkəsini araq yoldaşlarından çıxır... Sonra da söyüşün biri bir qəpik, dava-dalaş, yumruqlaşma. Bu da oldu sənə ədəbi mühit, onu formalaşdıran amillər...
 
- Folkner ədəbiyyatı göy qurşağına bənzədirdi. Bu göy qurşağında qara rəng daha çox diqqəti cəlb edir. Bir söz adamının, yazıçının yaradıcılığı onun həyatı ilə bir çox hallarda vəhdət təşkil edir. Buna münasibətiniz necədir?
 
- Hamı bilir ki, Dostoyevski qumarbaz idi və bəzi əsərlərini məhz qumar borcunu ödəmək üçün yazmışdı.
 
Folkner içkiyə aludə idi, bundan əziyyət çəkirdi.
 
Knut Hamsun böyük yazıçı, eyni zamanda Almaniya və İtaliyada faşistlərin hakimiyyətə gəlməsini açıq şəkildə təqdir edən azsaylı Avropa intellektuallarından biri idi. Onun fikrincə, Norveçin yeganə хilas yolu Hitlerlə müttəfiqlikdən keçirdi.
 
Və yaxud “Ceyran” kimi gözəl şeirin müəllifi olan Səməd Vurğun ceyran ovundan çox böyük zövq alırdı. Səhv etmirsəmsə, ceyran kababını çox sevirmiş.
 
Söz adamının, yazıçının yaradıcılığı onun həyatı ilə bir çox hallarda vəhdət təşkil edə də bilər, bilməyə də. Biz ədəbiyyata qiyməti bu vəhdətə görə vermirik, bu məqamda bizim üçün önəmli olan əlahəzrət mətndir.
 
- Fixte alman fəlsəfəsində maraqlı imza idi, amma o qədər də tanınmırdı. Bizim ədəbi mühitdə də maraqlı imzalar var... Bəs onların tanınmamaqlarının səbəbi nədir?
 
- Sağlığında Amеrikada o qədər də başa düşülməyən, Folknеr əsl ədəbi şöhrətə ölümündən sonra qovuşmuşdu. Folkner Nobel alanda amerikalılar təəccüblənmişdi: axı bizim tanımadığımız bu adam kimdir, ona niyə belə yüksək mükafat veriblər?
 
Başqa bir misal deyim: son illərə qədər isveçli yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, şərə qarşı mübarizədə fövqəlqüvvə axtarışlarına görə Frans Kafka və Alber Kamyu kimi sənətkarlarla müqayisə edilən Per Lagerkvisti son illərə qədər Azərbaycanda bir o qədər də tanımırdılar. Elə indi də onu tanıyanların sayı çox deyil, amma əvvəlki illərlə müqayisədə artım var. Demək istədiyim odur ki, tanınmamaq keyfiyyət göstəricisi deyil. Keyfiyyət göstəricisi mətndir, mətn.
 
Bayaq dedim, Azərbaycanda mətnin qiymətləndirilməsi, dəyərləndirilməsi istiqamətində ciddi problemlər mövcuddur. Müəlliflərin tanınmamağının əsas səbəbi məncə bu problemlərdir.
 
- İstedad və zəhmət. Bu iki anlayış bir-birilə nə dərəcədə əlaqəlidir?
 
- Zəhmət olmasa istedad bada gedəcək. Bizdə çox istedadlı gənclər var, amma zəhmət çəkmək istəmədiklərinə, tənbəl olduqlarına, oxumadıqlarına görə inkişaf edə, ortaya normal mətn qoya bilmirlər. Çaykovski deyir ki, uğur doxsan doqquz faiz zəhmət, bir faiz istedaddır.
 
- Müasir ədəbiyyatımızda oxucular üçün vacib bildiyiniz imzalar....
 
- Mən istərdim ki, hər bir gənc mütləq Kamal Abdullanın “Yarımçıq əlyazma” romanını oxusun. Azərbaycanın ilk postmodern əsəri olan “Yarımçıq əlyazma”da bizə doğru yol göstərilir. Hadisələrə, indiyədək doğru bildiklərimizə fərqli yanaşma... Bütü dağıtmaq... Dünya ədəbiyyatdakı tendensiyaları yüksək sənətkarlıqla Azərbaycana gətirmək. Kamal Abdulla yüksək sənətkarlıqla hər birimizə doğru istiqamət verir, yol göstərir. Gənclər indiyə qədər Kamal Abdulladan çox şey öyrəniblər və bundan sonra da öyrənməlidir.
 
Bundan başqa Kamal Abdullanın “Unutmağa kimsə yox” və “Sehrbazlar dərəsi” əsərləri də estetik şedevrlər hesab edilir. Zövqünə inandığınız istənilən adamdan bu əsərlər barəsində soruşsanız inanın ki, eyni cavabı alacaqsınız.
 
Mən istərdim, bizim gənclər Nəriman Əbdülrəhmanlının “Qurban” romanını oxusunlar. “Qurban” 20 illik zəhmətin nəticəsində yazılmış çox gözəl sənədli romandır və ən azı müəllifin əziyyətinə hörmət naminə bu əsəri oxumaq lazımdır.
 
- Dünya ədəbiyyatından kimləri oxuyursunuz?
 
- Mütaliə daim prosesdir, dayansan geri qalacaqsan, uduzacaqsan. Ona görə də dayanmamağa, daim oxumağa çalışıram. Bu günlərdə Culian Barnsın “Aqibət duyğusu” əsərini oxudum. Gözəl tərcüməyə görə Seyfəddin Hüseynliyə böyük bir sağ ol düşür. Əsəri çox bəyəndim və Barnsın başqa əsərləri ilə maraqlandım. Barnısın “10 1/2 bölümdə Dünya Tarixi”, “Floberin tutuquşusu” kimi əla əsərləri də var. “Floberin tutuquşusu” romanında müəllif bir yerdə Floberin həyatı ilə bağlı iki bioqrafik xronologiya təklif edir. Birinci xronologiya əksər kitablarda gördüyümüz rəsmi tarixçədir, ikinci isə Floberin gündəlikləri əsasında tərtib edilmiş yeni xronologiyadır. Barns bu iki xronologiyanı yan-yana qoymaqla tarixdə yer alan hər bir detalın ən azı ikibaşlı olduğunu göstərmək istəyir
 
“10 1/2 bölümdə Dünya Tarixi” romanın strukturu ənənəvi, vərdiş etdiyimiz tarix kitablarına bənzəyir, hər fəsil ayrı bir tarixi dönəmə və hadisəyə həsr olunub, süjetlərin arasında zahirən heç bir bağ yoxdur. Yeganə bağ odur ki, bu əhvalatlar ənənəvi tarixə parodiyadır və müəllif onun özünəməxsus şərhini təklif edir. Roman hamıya yaxşı bəlli olan Nuh əhvalatının taxtabitinin dilindən nəql edilməsi ilə başlayır. Taxtabiti öz yoldaşları ilə birgə Nuhun gəmisinə gizlicə girib, hər şeyi izləyib və danışdığı əhvalatdan məlum olur ki, hadisə heç də bizim bildiyimiz kimi cərəyan etməyib. Məsələlərə bu cür yanaşma məni daha çox cəlb edir və yəqin “Yarımçıq əlyazma”nı da çox sevməyim bu baxımdan təsadüfü deyil.
 
- Ədəbi mükafatlara münasibətiniz...
 
- Obyektivlik qorunursa, ədəbi mükafatların verilməsinə normal yanaşmaq olar. Ən azından ədəbiyyat adamlarını stimullaşdırmaq baxımdan belə mükafatların verilməsi əhəmiyyətli hesab edilə bilər. Ancaq təəssüf ki, Azərbaycanda ədəbi mükafatların verilməsində əksər hallarda obyektivliyə əməl edilmir. Bu isə öz növbəsində inamsızlıq və başqa ciddi problemlər yaradır.
 
- Mütaliə vərdişinin formalaşması üçün zəruri olan amillər...
 
- Oxumaq, oxumaq, oxumaq. Sadədən mürəkkəbə doğru. Həm də mümkün qədər sistemli.
 
 
- Son olaraq “Söz” haqqında sözünüz...
 
- Söz müqəddəsdir, sənin müsahibənin əvvəlində dediyin kimi Söz İlahi işarədir. İncildə deyilir: "Başlangıçta Söz vardı. Söz Tanrı’yla birlikteydi ve Söz Tanrı’ydı. Başlangıçta O, Tanrı’yla birlikteydi. Her şey O’nun aracılığıyla var oldu, var olan hiçbir şey O’nsuz olmadı". Söz mənim üçün Tanrıdır. Sözə xəyanət Tanrıya xəyanətdir. Xəyanət etməyin...(manera.az)

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

Tramp: "İranla nüvə sazişi imzalanmamalı idi"

bitmap-img3

Rakurs

Lənkəranlı sahibkarlar prezidentdən kömək istədi

bitmap-img3

Seçmələr

Vergilər Nazirliyi və Gömrük Komitəsi razılaşdı - Kimlərə birgə nəzarət ediləcək?

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru