Xəbər xətti

27 MAY

12:04 Bakıda nəqliyyatın hərəkət sürəti azaldılıb - Hava şəraiti ilə əlaqədar

11:57 Ronaldu ən yaxşı bombardir seçilib

11:44 İlham Əliyev Fransanın Avropa və xarici işlər nazirini qəbul edib

11:36 Fransanın xarici işlər naziri Bakıya gəlib - Yenilənib

11:30 Gürcüstan 2021-ci ildə NATO-ya daxil olacaq

11:23 Xəstəxanada yalnız 2 gün qala bildi

11:18 Tramp fikrini dəyişdi: “Görüş yeri və vaxtı dəyişməz qalır”

11:13 İranda zəlzələ olub- 4,1 bal gücündə

11:05 XİN Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bəyanat yaydı

11:00 İsrail aviasiyası HƏMAS-ın mövqelərinə zərbələr endirdi

10:55 Azad Rəhimovun qudası Binəqədiyə icra başçısı gətirilə bilər

10:48 Azərbaycan Xalq Cümhuriyyətinə aparan tarixi hadisələrin xronologiyası

10:43 Paşinyan oğlunu Qarabağa - ön cəbhəyə yolladı

10:37 Ekspert: “MİDA-ın təcrübəsi və bazarda tənzimləyici orqan kimi funksiyası zəifdir”

10:31 “SOCAR Ukraynada biznesin inkişafını nəzərdən keçirəcək”

10:26 Kolumbiyada prezident seçkiləri keçirilir

10:21 Kürdə biogen maddələrin miqdarı normadan artıq çıxdı

10:15 Prezident: “Təhsil əsas hərəkətverici qüvvədir”

10:10 Cənubi Koreya lideri KXDR və ABŞ-ı birbaşa dialoqa çağırıb

10:04 Ermənistan silahlı bölmələri atəşkəsi 86 dəfə pozub

9:48 Bu gün bürcünüz nələr vəd edir?

26 MAY

22:00 Paşinyan kütləvi həbslərə başladı

21:54 Məşhur aktrisa albom çıxarır

21:48 DİM imtahan nəticələrini açıqlayıb

21:35 İlham Əliyevin oğlu məzun oldu

21:27 Axtarışda olan 28 nəfər saxlanılıb

21:13 İlham Əliyev ADA Universitetində

21:07 Ramazanın on birinci gününün duası və təqvimi

20:55 Bayılda avtomobil azyaşlı uşağı vuraraq öldürdü

20:49 Əncirin faydaları

20:38 ABŞ Venesuelada hərbi çevriliş hazırlayır

20:24 Kafedə bıçaqlanan kənd sakini xəstəxanada öldü

20:12 “Azərbaycan-Gürcüstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”

20:01 Sumqayıtda qadın ona vurulan səhv iynədən ölüb

19:55 Azərbaycan ordusu Naxçıvan istiqamətində irəlilədi

19:47 “Deyirlər ki, müğənnilərin hesabına özümü reklam edirəm”

19:41 Ronaldo aktyor olmaq istəyini açıqladı

19:35 İrlandiyada abortun ləğvi üçün referendum keçirilir

19:29 Bakı-Quba yolunda qəza: 4 yaralı

19:23 Azərbaycana qanunsuz mobil telefon keçirilməsinin qarşısı alınıb

19:17 Ərdoğan: “Pulunuzu dollara çevirməyin”

19:10 Qısa ətək geymək qadağan olundu

19:03 Nazir sosial müdafiə sistemində şəffaflığı təmin etməyi tapşırdı

18:51 İlham Əliyev efiopiyalı həmkarını təbrik edib

18:42 Putin “DÇ-2018”dəki favoritini açıqladı

18:36 Azərbaycan içki ixracını iki dəfə azaltdı

18:30 AXCP-yə qarşı cinayət işi qaldırıldı

18:23 Aynur Dadaşova yenidən sənətə qayıtdı

18:18 Makrondan İlham Əliyevə təbrik

18:11 Salyan sakinin evindən silah tapıldı

18:06 Moskvada vandal məşhur rəsmə zərər vurub

18:00 Fransada atışma: ölənlər var

17:52 National Geographic: “Azərbaycan təəccübləndirməyə qadirdir”

17:46 Gürcüstanda müstəqillik günü qeyd olunur

17:41 Ərdoğan: “Rusiya Türkiyəyə 1 milyard dollar təzminat ödəyəcək”

17:35 Yəməndə milli barışıq elan edilir

17:30 İsveçrə millisinin ilkin heyəti açıqlandı

17:24 “Prezident yeni xidməti məhz buna görə yaratdı”

17:19 “ABŞ bazalarına ilk zərbəni biz endirməyəcəyik”

17:13 İtaliyanın dövlət başçısından İlham Əliyevə təbrik

17:08 “Beşiktaş”dan ilk transfer

17:04 Suriyada nöbvəti terror: 2 ölü, 50 yaralı

17:00 1 gündə 21 borclu şəxs tutuldu

16:53 Dövlət Neft Fondu fəaliyyəti dövründən bəri gəlirlərini açıqladı

16:48 Şirvanda 62 yaşlı qadın itkin düşüb

16:42 Türkiyədə tələbələrin avtobusu yandı: 14 yaralı

16:38 Sosial şəbəkədə qadınları şantaj edən şəxs tutulub

16:34 Koreya liderləri yenidən görüşdü

16:30 Qusarda traktor kanala aşdı: 1 ölü

16:26 “Total” şirkəti “Şimal axını-2“ qaz kəməri layihəsində iştirakdan imtina etdi

16:23 Deputat: “Özümü 40 yaşında hiss edirəm”

16:17 Bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq

16:12 Qızqaçırma adam oğurluğudurmu?

16:08 “Aynur Dadaşova kiminləsə dava edəndə efirə çıxır”

16:05 Tütün və tütünün sənaye əvəzedicilərinin ixracını 20% artırıb

16:00 Göygöldə yük maşını aşıb: 2 ölü

15:56 Daxili işlər naziri Bərdədə vətəndaşları qəbul edib

15:52 Almeyda yığmadan kənarlaşdırıldı

15:47 Masallıda 16 yaşlı qız itkin düşüb

15:43 Sarkisyan Marqvelaşvilini İrəvana dəvət edib

15:38 Naxçıvanda 5 məhkum əfv olundu

15:35 Azərbaycanlı tələbə özünü öldürdü

15:31 Nazənin onu tənqid edənlərə cavab verdi

15:27 Sabahın hava proqnozu

15:23 Finlandiya prezidentindən təbrik

15:19 ASAN E-gov modeli Cənubi Koreyada təqdim olunub

15:15 Zəncirvari qəzada 19 nəfər öldü

15:12 Bakıda simsiz rabitənin əhatəsi genişləndirilir

15:09 Futbolçular və azarkeşlər hakimi döydülər

15:05 Astarada evdən 25 min oğurlanıb

15:00 Azərbaycanlı gənc təhsil haqqını kazinoda uduzdu və intihar etdi

14:54 Bakıda yol qəzası: ölən və yaralanan var

14:48 “Ədəbiyyat adamı” mükafatı təqdim olundu

14:42 Bakıda yenə nömrəsiz maşınlar şütüyür - Foto

14:36 Astarada polisi silahla hədələyən şəxs saxlanıldı

14:30 Mundialın açılış saatı açıqlandı

14:24 “Ona nə qədər xərc çəkdim” - Nazənin ölən qardaşı haqda

14:18 Kimsəyə sirr deyil, deputatdan başqa…

14:12 Masallıda 16 yaşlı qız itkin düşüb

14:06 83 yaşlı qadın intihara cəhd edib

14:00 Bu müəllimlərin maaşı artacaq

13:47 “Ağır şərtlər altında yoxdan dövlət quruldu” - Şahin Məmmədov

13:44 Nazir sərxoş halda qadınlarla tutuldu - Fotolar

13:38 ““Real Madrid“ güclüdür, amma...” - Klopp meydan oxudu

13:32 Bakıda qadınları rüsvayçılıqla şantaj edən şəxs tutuldu

13:26 Azərbaycanın “İnterpol”a verdiyi Burak Bilgili İstanbulda şirkət açıb

13:20 57 yaşlı aktyor ilk dəfə evləndi

13:14 Bakıya 350 kilo dopinq gətirildi

13:08 “Məcburi köçkünlərin 12 faizi yoxsuldur” - Dövlət Komitəsi

13:02 Azərbaycanda müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılıb

12:57 Qəzalı obyektlərdə yaşayan köçkünlərlə bağlı rəy - “Dərhal köçürülməli…”

12:51 AXCP rəhbərliyindən daha 3 nəfər həbs olunub

12:45 Ölən “bomj”un arxasınca son model “Audi”də gəliblər – Bakıda

12:39 Bakıda gecə klubunun qarşısında kütləvi dava olub

12:33 İmperator II Nikolayın varisi Krım körpüsündən keçəcək

12:27 Fransa xarici işlər nazirinin Azərbaycana səfərinin gündəliyi açıqlandı

12:21 63 yaşlı müğənnimiz efirə hamam xalatında çıxdı - Video

12:15 İsrail parlamentindəki saxta “soyqırım” müzakirələri Bakını da təhdid edir

12:09 Kustar oliqarxlar Azərbaycanda sənayenin strateji sahəsini dağıtdı

12:03 Ərdoğan Qüdsə “Müsəlman NATO-su” göndərmək istəyir



ƏDƏBİYYAT

...

Ağ donlu Rihabı hamı sevirdi - Ömər Xəyyamdan Yeni Hekayə

Tarix 16.05.18, 12:16

Font ölçüsü : - / +
bitmap-img6


Kulis.az Ömər Xəyyamın "Çinar at" hekayəsini təqdim edir


Əkrəm Əylisliyə

O palçıq evin pəncərəsi olmasa da, mən o palçıq evin pəncərəsindən anamın ağ-qara şəkillərdəki qara, qap-qara, qulac saçlarına, əllərinin ipək vaxtına, çiçək vaxtına boylanırdım.

Mən o palçıq küçələrdə küsdüm Rihabdan, onun ağ donundakı qırmızı güllərdən, qırmızı güllərin üstdəki  kəpənəklərdən...

Onda ki onun ipək əlləri, çiçək əlləri palçıq oldu, onda ki onun qırmızı güllü ağ donu palçığa batdı, mən onda bildim ki, o palçıq evlərin sakinləri – biz torpaq ətirli uşaqlar – hamı Rihabı sevir.

O palçıq evin iri pəncərəli, geniş otağında ağ donun dördgözlü, qəhvəyi düymələri açıldıqca, o ağ donun üstdəki qırmızı güllər palçıq döşəməyə tökülürdü, torpaqdan tutub dikəlirdi, o ağ donun üstdəki kəpənəklər də o güllərin üstdə çiçəklənirdi.

***

Bu, lap köhnə əhvalatdı. Əgər bu səhər Suriyadakı mərmi yağışından xəbər tutmasaydım, o palçıq evləri, Rihabı, Rihabın qırmızı güllü ağ donunu, o kəpənəkləri, çinar atımı, ağac atımı xatırlamazdım heç. 

O gün ki Rihab öldü, o gün ki qırmızı güllər palçığın altda qaldı, o gün  qırmızı güllü ağ donun üstdəki kəpənəklər də uçub getdi...

***

...kəpənəklər o qırmızı güllərin üstdə çiçəklənirdilər, birdən o yekəpər - Sadıq peyda oldu.

Elə bil, bir-birindən fərqli üç irqin üç adamını doğrayıb-biçib, üçünün ətindən, sümüyündən düzəldiblər onu. Sifəti yastı, yanaqları qaramtıl, ərik tumuna bənzər gözləri ətli qapaqlarının altında sərxoş. O da istədi palçıqdan ev düzəldə. O da uşaqdı axı. Onun da malası vardı. O da xörək qaşığından mala düzəltmişdi. Malası vardı, amma heç vaxt  daşı daş üstə qoyub bir evcik düzəldə bilməzdi Sadıq. Ha çalışdı, divarı palçıq tutmadı, daşı daş üstdə qalmadı.

Torpağın da ürəyi var, dili var axı. Lap o da biz – torpaq ətirli uşaqlar kimi palçıqdan bir ev yapdı, Rihab gələrdimi o palçıq evə? O ağ donun  qırmızı gülləri budaq-budaq dikələrdimi palçıqdan? O ağ donun üstdəki kəpənəklər o qırmızı güldən bu qırmızı gülə - çiçəklənərdimi?

***

Zərrə kinim-kidurətim qalmamışdı. Düzü, qanım qaynamırdı, amma nifrətim də yoxdu. Necə oldu bilmirəm, - səbəbin soruşanda susmuşdu o da - qapılarından keçəndə azğın qəzəblə qovmuşdu məni. Mən də dabanıma tüpürüb qayıtmışdım. Belə başlamışdı bizim qaç-qovdu... Məni gördümü, götürülürdü dalımca. Elə ki yoruldum, elə ki ayaqlarım məndən geridə qaldı - çatıb bir-iki təpik vururdu, kəlmə kəsməzdi, eləcə dönüb qaçardı. Bir qaydaya çevirilimişdi küçə davamız. Məndən ötrü də bir vərdiş idi. Olub ki, özüm qəsdən qapılarına tərəf getmişəm...

Yazın axırıydımı, yayın əvvəliydimi, küçə aşağı-küçə yuxarı gəzdim, görünmədi, qapılarına qədər getdim, fikirləşdim, qapını döyüb qaçım, ürək etmədim. Bir həftə görünmədi. Bir həftə kürəyimdə qapaz yeri, baldırımda təpik yeri qaşındı. Elə ki dabanıma tüpürüb qaçdığım yerdən əlim cibdə, qorxusuz-hürküsüz keçdim, mən onda bildim ki təkəm, mən onda bildim, darıxıram.

Bir gün bir qəribə cəsarət gəldi mənə, dayandım. Dedim, nədi, nə qovursan it kimi? Susdu, başını sallayıb getdi. O gündən sonra bir də qovmadı məni.

***

O gün ki daşı daş üstə durmadı, evinin divarı palçıq tutmadı, necə ki mənim üstümə qaçırdı eləcə qaçdı çaya, bir ətək daş yığıb gəldi. Qırıcı təyyarələrin səsini yamsılaya-yamsılaya daşa tutdu palçıq evləri. O çay daşları mərmi tək töküldü evlərin üstə.

Bacası yıxıldı, divarı uçdu təkcənəliyimin.

Sadıq çinar atımı, ağac atımı da çapıb getdi... Yox, deyərdin, mənim çinar atım, ağac atım dönüb oldu Qırat: indicə Sadığa bir qoşatəpik vurub qaçacaq... Olmadı, Sadıq çinar atımı barmaqlarının arasında fırlada-fırlada getdi...

***

O gecə Rihabı gördüm yuxuda: Mənim çinar atım, ağac atım...

Nə oldusa, at hürkdü, büdrədi qəfil. Rihab atdan, mən Rihabdan yıxıldım.

Sonra yuxularıma da gəlmədi. Mən hər gün yuxuda bir ağ atlı şahzadəyə dönüb o çinar çubuğunu Rihabın dalınca çapdım. Çapdım, çapdım, amma nə o kəpənəklərə, nə də Rihaba çata bildim. O çinar çubuğu ki, mən onun bir ucuna ip bağlamışdım, nənəmin düymələrindən göz də qoymuşdum başına - hər gün ayaqlarımın arasında sürüyürdüm, tərləyirdi, yorulurdu, elə ki, bir arx gördüm, başını salırdım suya, sulayırdım...

***

Bir gün sübhün gözü açılanda hamıdan xəbərsiz qapımızı qıfılladıq. Biz qapını bağlayanda hələ heç kəs yuxudan oyanmamışdı. Hələ ulduzların çoxu batmamışdı. Göyün ortasında dayanmış ay da işığını söndürüb bir quruca qabıq kimi havanın üzündə qalmışdı. Ondan aşağıda - səhərin boz toranına bürünmüş qoz ağacındakı qarğalar da hələ yatırdı.

Hələ arx boş idi. Hələ Fərhad kişinin qəlyandan püflədiyi tütün qırıntıları arxın içində dururdu. Hələ küçədən mal-davar keçməmişdi. Bir azdan kimsə çaydan arxa su qoşacaqdı, qıjıltı ilə axan su o tütün qırıntıların yuyub aparacaqdı. Bir azdan qarğalar da oyanacaqdı. Oyanan kimi də qoz ağacının başındakı telefon məftillərinin üstünə atılıb qarıldayacaqdı... Qarğalar da, arxdakı su da, o palçıq evlərin palçıq küçələri də, qaşıqdan düzəltdiyim mala da darıxacaqdı, məni çağıracaqdı.

...Və mən onda yolun yarısında olacaqdım. Mən sevinirdim. Dəniz eşqiylə  alışıb yanırdı könlüm. Məni, həm də ağlamaq tuturdu və nədənsə mənə elə gəlirdi ki, qapımızdakı qıfılı görəndə o yekəpər Sadıq də ağlayacaqdı...

**

Biz Bakıya çatanda, onda ki, anamla Mərcan xala çörək dükanında təzəcə görüşüb öpüşmüşdü; onda ki, biz – atam, mən , bir də əmim – böyük küçəylə yuxarı qalxırdıq, onda ki, asfalt dar küçələrdə atamla əmim kənddən, ordakı keçmiş un dəyirmanından, ölənlərdən, olanlardan, danışa-danışa tələsik yeriyirdilər və mən onların dalınca qaçırdım - onda bildim ki, bu şəhər, bu beton cəngəllik yaddı mənə.

Mən dənizi bir ayrı cür bilirdim. Burda Günəş də başqadı: O Günəş ki  - göydə - bizdən min il uzaqda - qızarır, adama dəyib yerə düşür, ayaq altda qaralır, o Günəş ki indi Rihabgilin qapısına sürünür, - hələ tapdanmayıb, hələ bulaşmayıb - elə ki yorğun hava əsnədi, mürgülü küçələrdən çəkildi hamı, o da tapdanmış, bulaşmış əllərini yerdən çəkəcək, üst-başın çırpıb dənizə atılacaq üfüqdən, - mən də o çinar çubuğunun tərkində Rihabı dalğaların belinə qaldıracam, O Günəş ki çimə-çimə bizə gülümsəyəcək, Rihab da başını çiynimə qoyub qımışacaq, o Günəşi ki mən görmüşdüm, o dəniz ki Günəşi yuyub təmizləyirdi hamıdan – bu, həmin Günəş deyil, bu dəniz o dəniz deyil.

Mənə elə gəldi ki, çöldəki uşaqlar da  başqa yerin, başqa dünyanın uşaqlarıdı. Oyunları da, geyimləri də, gülüşləri də başqaydı.

Mən onda ki, əmimgilin qapısında hamıdan gizlənməyə bir palçıq ev düzəltmək istədim... Olmadı. Daş üstə qalmadı daşı Bakının. Palçıq tutmadı, eləcə axıb töküldü. Mənə elə gəldi ki, şəhərin qumu da , suyu da ayrıdı. Ya da mən bu suyun, bu torpağın dilin bilmirəm. Ha çalışdım , olmadı, olmadı...

Mən şəhər uşaqlarına qarışanda, şəhər oyunlarını öyrənəndə Sadığın anası ölmüşdü...

***

O yay ki kəndə gəldim, deyərdin, bu Sadıq o Sadıq deyil. Mən onda bildim ki, adam necə nazilir, büzülüb bir ovuc qalır.

Mən onda bildim ki, Sadığın anası xərçəng imiş. Mən onda bildim ki,  Sadığın qaç-qovdusu da, palçıq evlərimizi yağmalaması da elə anasının ağrılarına, atasının yoxluğuna oxşayırmış.  

Onda ki, Sadıqla görüşdük, onda ki böyüklər kimi dərdləşdik, mən onda Sadığın o palçıq evləri daşlamağını da,  məni qovub təpiklədiyini də başa düşdüm.

Mən onda bildim ki, Sadıq niyə palçıqdan ev düzəldə bilmir.

Yuxumda Rihabı gördüm. Mənim çinar atım, ağac atım... Rihab məndən bərk yapışmışdı. Elə ki, itlər oyandı, elə ki qoz ağacındakı qarğalar telefon məftillərinin üstünə atılıb qarıldamağa başladı, elə ki Günəş kipriklərimdən boylandı, mən onda bildim ki, Rihab da, o çinar at da bir yuxu idi, çəkildi getdi.

Qapıdan çıxanda Sadığı gördüm. Düzü, qaçmaq istədim - mən daha qıvraq idim, həmişə özüm istəmişəm ki, Sadıq mənə çatsın, çatıb təpikləsin. Yoxsa min il qaça, çatammazdı mənə - amma bu dəfə qaçmağın adı yoxdu. Sadıqda ki, mənim çinar atım var, ha qaç...

Özümü itirmədim, guya qorxmuram, guya Bakıya gedib böyümüşəm. Sadıq da üstümə qaçmadı. Mənim çinar atım, ağac atım... Necə ki Sadığın üzü bir qaşıq qalmışdı, mənim çinar atım da üzülmüş, nazilmiş...

O çinar çubuğu ki, mən onun bir ucuna ip bağlamışdım, nənəmin düymələrindən göz də qoymuşdum başına. O çinar çubuğu ki, hər gün ayaqlarımın arasında sürüyürdüm, tərləyirdi, yorulurdu. Elə ki, bir arx gördüm, başını salırdım suya, sulayırdım, - Sadığın əlində bir quruca çubuq olmuşdu.

Deyərdin, bu atın üstündə Rihabla mən o palçıq küçələrdən keçməmişik, qırmızı güllü ağ donun üstə yuxudan-yuxuya qaçmamışıq...

Sadıq salamdan artıq kəlmə kəsmədi. Mənim çinar atım, ağac atım...

***

...ağacları oğlanlara, qızlara ayırmışdım. Məndən ötrü gilas, gilanar, nədənsə, qız idilər. Alma oğlan idi, armud oğlan idi.

Bir də çinar.

Bircə heyva haqda təsəvvürüm dəyişdi: bir yaz heyva çiçək açdı, bir yaz Rihab ağappaq kəlağayıda məktəbə gəldi. Bir gün məktəbdən qayıdıb, bizim həyətdən Qənirə xalagilin həyətinə əyilmiş heyva ağacının ağappaq çiçəklərini görəndə, mən yəqin elədim ki, heyva da qız imiş, oğlan deyilmiş.

Bir də çinar ağacı... Onda ki, Sadıq onu qaytardı mənə, mən onu yaxşıca sulayıb, yüyənini açıb Qənirə xalagilin həyətinə əyilmiş heyva ağacına söykədim...

***

Sadığın anası öləndən, atası bir az da yox olandan sonra özü xeyli böyümüşdü... Suriyada mərmilər yağırdı... Qənirə xalagilin həyətinə əyilmiş heyva ağacına söykədiyim çinar yarpaqlamışdı.

Atım ağac olmuşdu.

2018, aprel

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ƏDƏBİYYAT

design-img

Vernisaj

İtaliyanın dövlət başçısından İlham Əliyevə təbrik

bitmap-img3

Rakurs

“Kontakt Home”da böyük fırıldaq – Oxuyun ki, aldanmayasınız

bitmap-img3

Seçmələr

Naxçıvan istiqamətində gərginliyin artması ermənilərin maraqlarına xidmət edir?

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru