Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağ Evdən ermənilərə pis müjdə – Qarabağa “Krım təhlükəsi” sovuşdu!


Vaşinqtondan Kreml və satellitini rahatsız edən mövqe


Trampın Ukrayna məsələsində mövqeyi qətiləşdi: “Rusiya yarımadanı sahibinə qaytarmalıdır”; ABŞ Moskvanın Güney Qafqazda da şəriksiz hegemonluğunu qəbul etməyəcək – Amerikanın regional siyasətində mühüm gəlişmə... 

ABŞ-Rusiya münasibətləri hələ ki qeyri-müəyyənlik dönəmindədir. Bu da əsasən yeni prezident Donald Tramp və komandasının Kremlə münasibətdə izlədiyi siyasətin əsas konturlarının tam bəlli olmamasından qaynaqlanır. Bununla belə, Ağ Evin Rusiya ilə bağlı siyasət kursunda bır sıra mühüm gəlişmələr də baş verməkdədir - hansı gəlişmələr ki, Azərbaycan üçün də az önəm kəsb eləmir.

Söhbət öncəliklə Moskvaya qarşı ABŞ sanksiyalarının aqibətindən gedir. Artıq bəlli olub ki, sanksiyalar götürülməyəcək. Bunu Ağ Evin mətbuat katibi Sin Spayser jurnalistlərlə görüşündə deyib. “Birləşmiş Ştatların Rusiya Federasiyası əleyhinə sanksiyalar strategiyası dəyişməz qalır. Sanksiyalar toxunulmaz qalacaq”, - deyə Ağ Ev sözçüsü qeyd edib.


Mətbuat katibi bu mövqenin Rusiyanın Krımı ilhaq eləməsi ilə birbaşa bağlı olduğunu da gizlətməyib: “ABŞ prezidenti Krımın Ukraynaya qaytarılmasını və Rusiyanın Donbasda gərginliyin azaldılması üçün tədbir görəcəyini gözləyir. Donald Tramp açıq şəkildə bildirdi ki, Rusiya hökumətindən Krımın qaytarılması ilə bağlı addım atmağı gözləyir. Tramp həmçinin Rusiya ilə dostluq şəraitində yaşamağı arzu edir”.

Image result for Sin Spayser

Ağ Ev sözçüsü Azərbaycan da daxil, postsovet məkanı üçün önəmli sayılacaq bir açıqlama da verib. Deyib ki, “indiki administrasiya prezident Barak Obamanın Krımın işğalını mümkün edən səhvlərini təkrarlamaq fikrində deyil”.

***

Yada salaq ki, Tramp özünün seçki kampaniyası dövründə Krımın Rusiya tərəfindən ilhaqını tanıya biləcəyini, Rusiya ilə əlaqələri normallaşdıracağını bəyan eləmişdi. Rəsmi Moskva isə normallaşma üçün ən əvvəl sanksiyaların götürüləcəyini gözləyir və buna ümid edirdi. Ancaq göründüyü kimi, normallaşma tezliklə baş tutmayacaq, çünki sanksiyalara səbəb olmuş Krimin ilhaqı məsələsində D.Tramp administrasiyası mövqeyini artıq qətiləşdirib: yarımada Ukraynaya qaytarılmalıdır. 
Bu isə Rusiyanın indiki rəhbərliyi üçün gözlənilməz olmaqla yanaşı, qeyri-mümkün görünür. Konkret olaraq, prezident Vladimir Putindən ötrü bu, siyasi intihar demək olardı. Təsadüfi deyil ki, Ağ Evin məlum açıqlamasına Moskvadan cavab özünü çox gözlətməyib. Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin rəhbəri Viktor Ozerov deyib ki, “Krım Rusiya ilə ABŞ arasında sövdələşmə predmeti ola bilməz”.


O, Krımın geri qaytarılmasının mümkün olmayacağını bildirib. “Krım Rusiyanındır və o heç vaxt sövdələşmə predmeti ola bilməz. Amerikanın Krımı geri qaytarmaq tələbi bizim ABŞ-dan Alyaskanı istəməyimizə bənzərdi. Hər ikisini icra etmək mümkünsüzdür”, - deyə Rusiya rəsmisi qeyd edib.

Image result for Ukraina USA

***

Əlbəttə ki, Krım və Alyaska məsələlərini eyniləşdirmək yanlışlıq olardı. Çünki birinci halda söhbət işğaldan, ikinci halda isə Rusiya ilə ABŞ arasında legitim anlaşmadan gedir. Bizi isə təbii ki, daha çox Azərbaycan və Dağlıq Qarabağın taleyi maraqlandırır. Məsələ ondadır ki, Ağ Evin Krımla bağlı son mövqeyinin Qarabağ məsələsinə bilavasitə dəxli var. Nədən ki, Dağlıq Qarabağ da işğala məruz qalıb və zorla ilhaq edilib - bu halda işğalçı Ermənistan olsa da.

Sual ortaya çıxır, bəs Qarabağ necə, Azərbaycana qaytarılacaqmı, Vaşinqtondan bu məsələdə də prinsipial yanaşma gözləmək olarmı? Hələlik suala konkret cavab olmasa da, Trampın Krım məsələsində ortaya qoyduğu qətiyyət erməni tərəfinin kefinə soğan doğraya bilər. Çünki belə qənaət hasil olur ki, Tramp administrasiyası dövlətlərin suverenliyi və ərazi bütövlüyü məsələsinə laqeyd qalmaq, Moskva ilə bu kimi həssas məsələlərdə siyasi bazarlıq etmək fikrində deyil.

Belə bir presedent olmayacaq - nə Krım, nə də Qarabağ məsələsində. Əksinə, Vaşinqton Moskvanın “Yaxın xaric”ə yönəlik işğalçılıq siyasətinə qarşı daha barışmaz olacağının faktiki, anonsunu verib. Bu xüsusda Ağ Evin mətbuat katibinin söylədiyi “indiki administrasiya prezident Obamanın Krımın işğalını mümkün edən səhvlərini təkrarlamaq fikrində deyil” fikrinin altını iki dəfə cızmaq lazım gəlir.

***
Beləliklə, Qarabağa “Krım təhlükəsi”nin sovuşduğunu söyləmək olar. Sanksiyaların saxlanmasını da ciciyə alsaq, bu, həmçinin o anlama gəlir ki, Vaşinqton Güney Qafqaz bölgəsində də Kremlin təkbaşına hərəkət eləməsini, onun regionda şəriksiz hegemonluğunu qəbul etməyə hazırlaşmır.

Nəzərə alsaq ki, D.Trampın ABŞ-ın erməni lobbisi ilə yaxın əlaqələri yoxdur, əksinə, Azərbaycana biznes dairələri hesabına bizə “bir köynək” yaxındır, yeni dövlət katibi Reks Tillerson da keçmiş “neft bosları”ndan biridir, o zaman Qarabağ məsələsində rəsmi Bakının təbliğat və manevr imkanlarının arta biləcəyini proqnoz eləmək mümkündür - yetər ki, bu imkanlar vaxtında və lazımınca qiymətləndirilsin və istifadə olunsun.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar