Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Afrinlə bağlı PYD/YPG-Əsəd anlaşması - Türkiyə təklənir?


Politoloq: “Əgər Əsəd qüvvələri həqiqətən də Afrinə girmək istəyirlərsə, bu zaman Afrindəki terrorçuların tamamilə silahlasızlandırılması və təslim olması lazımdır”


“Afrin məsələsində ABŞ-la Rusiyanın hansısa məsələdə anlaşması mümkün deyil”.

Bu sözləri politoloq Natiq Miri PYD/YPG gücləri və Suriya prezidenti B.Əsəd arasında Afrinlə bağlı əldə edilən razılaşmaya əsasən Əsədə sadiq qüvvələrin Afrinə daxil olacağı barədə xəbəri PİA.AZ-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Suriya Dövlət Televiziyası PYD/YPG gücləri və Suriya prezidenti Bəşər Əsəd arasında Afrinlə bağlı əldə edilən razılaşmaya əsasən Əsədə sadiq qüvvələrin Afrinə daxil olacağı barədə xəbər yayıb. İddiaya görə, Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) qarşısında tab gətirə bilməyən PYD/YPG terrorçuları Afrini Türkiyəyə təslim etməmək naminə Bəşər Əsəd rejimi ilə razılaşıb. PYD ABŞ-ın müttəfiqi olmasına baxmayaraq, Bəşər Əsədin bütün şərtlərinə boyun əyib.

Şərtlər bunlardır:

1. PYD/YPG bütün silahlarını rejimə təhvil verməli;

2. Afrində PYD-yə aid 52 hərbi baza Suriya rejiminin nəzarətinə keçməli;

3. Bölgədəki bütün məktəblər və dövlət obyektləri yenidən rejimin nəzarətinə qaytarılmalıdır.

PYD-nin Afrindəki nümayəndəsi Hevi Mustafa isə yayılan məlumatı təkzib edib. Mustafa deyib ki, hələlik bu şərtlərlə bağlı razılıq əldə olunmayıb və danışıqlar davam edir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə Bəşər Əsədlə PYD arasında əldə olunan razılaşma iddialarını şərh edərkən deyib ki, Əgər Suriya ordusu PYD terrorçularını qorumaq üçün Afrinə girsə, o zaman Türkiyə ordusunu heç kəs dayandıra bilməz.

Qeyd edək ki, Türkiyə ordusu və müxalif Azad Suriya Ordusu bu il yanvarın 20-dən Afrin bölgəsinin PYD/YPG-dən təmizlənməsi üçün əməliyyat aparır.

Görünür ki, Əsəd güclərinin Afrinə girməsinə Rusiyaİranda isti baxırlar. Əsəd güclərinin Afrinə girməyə çalışması Suriya ilə Türkiyə arasında hərbi qarşıdurmaya gətirib çıxara bilərmi və bu vəziyyətdə Türkiyə silahlı qüvvələrinin eyni zamanda Rusiyaİranın Suriyadakı gücləri ilə toqquşması mümükündürmü? Həmçinin Afrində yaranmış vəziyyət əslində Türkiyənin təklənməsindən xəbər verir. ABŞRusiyanın Suriyada Türkiyəyə qarşı birləşməsini ehtimal etmək olar?  
 
Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miriyə müraciət edib.

Картинки по запросу natiq miri

Natiq Miri: “Rusiya bu işin içində varsa, bu işin ərsəyə gəlməsi üçün mütləq mənada terrorçuların silahsızlandırılmasına ehtiyac var”.


Əgər terrorçular təslim olmayacaqsa və silahlar yenə də PKK terrorçularında qalacaqsa, Türkiyənin buna imkan verməyəcəyini bildirən politoloq Natiq Miri PİA.AZ-a açıqlamasında bildirib ki, bu hal Suriyada bütün sülhməramlı proseslərin pozulmasına gətirib çıxara bilər ki, bunu nə Rusiya, nə də İran istəməz:

“Burada məsələ çox həssasdır. Bu baxımdan PKK ilə Əsəd arasındakı anlaşmanın asanlıqla həyata keçirilə biləcəyini düşünmək doğru olmazdı. Çünki əgər Əsəd qüvvələri həqiqətən də Afrinə girmək istəyirlərsə, bu zaman Afrindəki terrorçuların tamamilə silahlasızlandırılması və təslim olması lazımdır. Əks təqdirdə əgər Əsəd birlikləri terrorçuları qorumaq niyyəti ilə Afrinə girəcəksə, buna Türkiyə ordusu imkan verməyəcək. Təbii ki, bu halda Əsəd birlikləri Türkiyə ordusunun hədəfinə çevriləcək. Buna görə də düşünürəm ki, bu məsələdə anlaşma yalnız və yalnız terrorçuların Əsəd ordusuna silahı tamamilə təslim edərək, özləri də təslim olandan sonra ola bilər. Və Suriya höküməti bununla bağlı Ankaraya təminat verməlidir. Əks təqdirdə bunun başqa variantını düşünmək mümkün deyil. Çünki Rusiyaİranın da bu işin içində olması haqda konkret informasiyalar var. 

Həmçinin o da məlumdur ki, Əsəd rejimi ilə YPG terrorçularının görüşündə əsas vasitəçiliyi məhz Rusiya üzərinə götürüb. Rusiya bu işin içində varsa, bu işin ərsəyə gəlməsi üçün mütləq mənada terrorçuların silahsızlandırılmasına ehtiyac var. Rusiya da anlamamış deyil ki, terrorçuların silahlı olmasına Türkiyə imkan verməyəcək. Çünki terrorçuların silahla Afrində sərhəd boyu qalması yenə də Türkiyəyə müəyyən təhlükələr vəd edir. Buna görə də bu təhlükəni aradan qaldırmaq üçün “Zeytun budağ”ı hərəkatı başlayıb. Yəni bu səbəb aradan qaldırılmadıqca, nəticə aradan qalxmayacaq. Burada yalnız bir məsələ var ki, Rusiyaİran da bu işin içindədirlərsə, terrorçuların tamamilə təslim olması gərəkdir. Əgər terrorçular təslim olmayacaqsa və silahlar yenə də PKK terrorçularında qalacaqsa, Türkiyə buna imkan verməyəcək. Bu da artıq Suriyada demək olar ki, bütün sülhməramlı proseslərin pozulmasına gətirib çıxara bilər ki, bunu nə Rusiya, nə də İran istəməz. 

Natiq Miri: “İran artıq anlayır ki, ABŞ-ın terrorçuları İran sərhədləri yaxınlarında, xüsusilə də Fərat çayının şərqində dəstəkləməsi İrana bilavasitə təhlükə və təhdiddir”.


Həmçinin o da qeyd edilməlidir ki, bu danışıqlarda PKK terrorçuları yalnız özlərini ifadə etmirlər. Çünki danışıqlar nəticəsiz başa çatdı. O mənada ki, Əsəd rejimi bütün silahların tamamilə təhvil verilməsi və terrorçuların təslim olmasını tələb etdiyi üçün bu məsələdə anlaşma olmayıb. Ayrıca Əsəd rejimi ilə terrorçuların danışıqlarından sonra Menbiçdə kürdlərin Hərbi Şurasında bu məsələ müzakirə olunub. Menbiçdə PKK terrorçuları ilə paralel olaraq, həm də ABŞ hərbiçiləri və məsləhətçiləri var. Bu faktın özü də göstərir ki, terrorçulara, yəni PKK-ya göstəriş verən və bu anlaşmanın pozulmasına səbəb olan əsas güc məhz ABŞ-dır.

Buna görə bu məsələni düşünəndə, bir də ABŞ-ın maraqlarını düşünmək lazımdır. Təbii ki, ABŞ-da Afrində bütün ABŞ silahlarının Əsəd rejiminə təhvil verilməsinə razı olmayacaq. Mən bu məsələni asanlıqla həll olunacaq məsələ kimi görmürəm.
 
ABŞRusiyanın Suriyada Türkiyəyə qarşı birləşməsini ehtimal mümkün deyil. Çünki ortada təkcə Rusiya deyil, həm də İran faktoru var. İran artıq anlayır ki, ABŞ-ın terrorçuları İran sərhədləri yaxınlarında, xüsusilə də Fərat çayının şərqində dəstəkləməsi İrana bilavasitə təhlükə və təhdiddir. Həmçinin bu ərazilərdə PKK terrorçularının olması həm də İsrailə müəyyən mənada İranın təzyiqinin qarşısın alır. İran bunu anlamamış deyil. 

Natiq Miri: “Əgər enerji daşıyıcı mənbələri geri alınıb Suriya hakimiyyətinə təhvil verilməsə, hətta regionda sülh bərqərar olmuş olsa belə, bu Suriya dövlətinin zəifləməsinə gətirib çıxaracaq”.


Başqa bir məsələ də çox böyük önəm daşıyır. Məsələ ondadır ki, Fərat çayının şərqində, xüsusilə də Suriyanın şimalı boyunca bütün neft və qaz yataqlarının 70 faizi məhz həmin ərazilərdə yerləşir ki, bu da ABŞ-ın dəstəklədiyi PKK-ya yaxınlığı ilə bilinən YPG terrorçularının nəzarətindədir. Bu da o anlama gəlir ki, əgər bu enerji daşıyıcı mənbələri geri alınıb Suriya hakimiyyətinə təhvil verilməsə, hətta regionda sülh bərqərar olmuş olsa belə, bu Suriya dövlətinin zəifləməsinə gətirib çıxaracaq. Çünki Suriya dövlət büdcəsinin böyük əksəriyyəti bu yataqlardan gələn gəlirlər vasitəsi ilə formalaşır. 

Xatırladım ki, bu yataqları geri qaytarmaq üçün həyata keçirilən əməliyyat ABŞ-ın hava qüvvələri tərəfindən yüzlərcə İran-Rusiya muzdlu güclərini məhv edilməsi ilə nəticələndi. Yəni ABŞ həmin neft və qaz yataqlarını Əsdə güclərinin əlinə keçməsinə heç vaxt razılıq verməyəcək və nə dər ki, Bəşər Əsəd hakimiyyətdədir, bu yataqlar kürdlərin nəzarətində saxlanılacaq. Buna görə düşünürəm ki, Afrin məsələsində ABŞ-la Rusiyanın hansısa məsələdə anlaşması mümkün deyil. 

Bir daha qeyd edim ki, Rusiyaİran bu məsələyə bir şərtlə əl qoya bilər ki, PKK terrorçuları bütün silahları təhvil versinlər və özləri təslim olmaqla yanaşı neft və qaz yataqları olan əraziləri də tərk etsinlər. Bunun alternativini düşünmək və kürdlərin sadəcə Afrin naminə Əsəd rejimi ilə anlaşa biləcəyini düşünmək sadəlövhlük olar və bu, regionda ABŞ, Türkiyə, Rusiya, İran kimi dövlətlərin də birbaşa iştirak etdiyi böyük bir savaşın çıxmasına səbəb olar ki, bunu da, nə Rusiya, nə də İran istəməz. O cümlədən Vaşinqton üçün də belə bir ssenari heç də ürəkaçan deyil. Ona görə də hesab edirəm ki, kürd terrorçuları Afrindən çıxmalıdır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar