Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Afrikalı futbolçu “Qarabağ”a gəlir

“Hansısa futbolçu komandadan getmək istəyirsə, onun qarşısını kəsə bilmərik”


Apasport.az saytının CAR mətbuatına istinadən məlumatına görə, bunu “Mamelodi Sandaunz” klubunun prezidenti Patris Motsepe deyib.

Klub rəhbəri “Qarabağ”ın maraq dairəsində olan hücumçu Xama Billiata yeni müqavilə təklif etdiklərini, lakin futbolçunun buna “yox” cavabını verdiyini təsdiqləyib. O, Billiatla yanaşı, daha bir neçə oyunçunun başqa komandalardan təklif aldığını əlavə edib. Prezident hətta Azərbaycana köçməsi gözlənilən hücumçunun bu ay komandanı tərk edəcəyini üstüörtülü şəkildə söyləyib: “Bəzi futbolçular inkişaf etmək üçün başqa yerə getməlidilər. Hazırda aparıcı futbolçularımızdan ikisi ayın sonunda komandadan ayrılacaq. Bu, yaxşı haldı. Əmin olun ki, boşluğu doldurmaq üçün mükəmməl oyunçular alacağıq. Bu səbəbdən aparıcı futbolçularımızın komandadan ayrılmasından narahat deyilik”.

Yerli KİV 28 yaşlı forvardın CAR-dan bir neçə təklif almasına baxmayaraq, karyerasını Avropada davam etdirməkdə qərarlı olduğunu yazıb. Afrikadan kənarda isə ona rəsmi təklif göndərən yeganə komanda hələlik “Qarabağ”dı. Zimbabve millisinin üzvünün meneceri Siyabulela Loyilane oyunçunun gələcək taleyi ilə bağlı məsələlərə şərh verməkdən boyun qaçırıb.

Qeyd edək ki, Xama Billiatın “Mamelodi Sandaunz”la müqavilə müddət iyun ayına qədərdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar