Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aeroportda 190 qram qızılı olan vətəndaş saxlanıldı


15 ədəd üzük, 8 cüt sırğa, 18 ədəd qolbaq, 1 ədəd boyunbağı və 3 ədəd üzük-sırğa cütü dəsti aşkar edilib


Sankt-Peterburq-Bakı aviareysi ilə Heydər Əliyev Beynəlxalq Hava Limanına daxil olan Azərbaycan vətəndaşı Vüqar Hümbətova məxsus baqaj rentgen aparatından keçərkən monitorda zərgərlik məmulatlarına oxşar predmetlərin təsviri görünüb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı həmin yükə təkrar gömrük baxışı keçirib və bu zaman V.Hümbətova məxsus çantadan gömrük nəzarətinə təqdim olunmayan 15 ədəd üzük, 8 cüt sırğa, 18 ədəd qolbaq, 1 ədəd boyunbağı və 3 ədəd üzük-sırğa cütü dəsti aşkar edilib. 

İlkin araşdırma zamanı V.Hümbətov istirahət məqsədilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə getdiyini, orada qohumu olan bir şəxsin ona sözügedən zərgərlik məmulatlarını verərək evinə çatdırmasını xahiş etdiyini bildirib, lakin həmin məmulatları bəyan etməməsinin səbəbini isə qanunvericiliyi bilməməsi ilə əlaqələndirib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, sözügedən predmetlər ümumi çəkisi 190,74 qram olan və 585 əyarlı qızıldan hazırlanan zərgərlik məmulatlarıdır. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar