“Fənərbaxça”nın baş məşqçisi Dik Advokat mövsümün sonunda komandanı tərk edəcək
Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bunu hollandiyalı mütəxəssis özü açıqlayıb.
O, superliqanın son turunda “Konyaspor”a məğlubiyyətdən (2:3) sonra qərarını açıqlayıb: “Artıq bunu açıqlamaqda problem görmürəm. Mövsümün sonunda istefa verəcəm” – deyə Advokat bildirib.
Qeyd edək ki, 69 yaşlı mütəxəssis mövsümün əvvəlindən “Fənərbaxça”nı çalışdırırdı.
pia.az