Xəbər xətti

22 NOYABR

11:25 Rusiya Xəzər dənizində antiterror təlimləri keçirib

11:21 Bir qrup tanınmış şəxs Fədayə Laçının bağışlanılması üçün müraciət edib

11:17 Nazir: “Məhkəmə qərarlarının icrasından yayınan 2700 nəfər həbs edilib”

11:13 Azərbaycan və Ukrayna prezidentləri görüşəcək

11:09 ASGA sədri Brüsseldə V “Şərq Tərəfdaşlığı” sammitinə qatılacaq

11:05 ABŞ sözçüsü Türkiyə prezidentinin ittihamına cavab verib

11:01 Dünyada elektromobil satışı artdı

10:57 EBRD: Azərbaycanda sərt pul-kredit siyasəti davam etdirilməlidir

10:53 45 yaşlı kişi qətlə yetirilib - Bakıda

10:48 Zarrabın prokuroru: “İddialar zarafata oxşayacaq dərəcədə gülüncdur”

10:44 Tbilisidə terror həyəcanı: Şəhərdə atışma davam edir - Yenilənib

10:39 Gecənin birində köçüb gedəsən...

10:35 Robotlar insanları hansı peşələrdə əvəz edəcək?

10:31 Dağlıq Qarabağda mina partlayıb -3 erməni hərbçi ölüb, 1 yaralı

10:28 Ərdoğan və Əsəd anlaşa bilərmi və anlaşarlarsa, nə olacaq?

10:27 Şamaxı məktəbliləri Quba, Qusar və Xaçmaz rayonları ilə tanış olublar

10:23 “Rusiya bu silahla ABŞ-da super vulkan yaradacaq”

10:18 Koke: “Qarabağ”ın uğurlu çıxışına ümid etməliyik”

10:14 İspan analitik: “Çar Putin baş nazirimiz Rahoyu lakeyə döndərib”

10:10 Məşhur Amerika aktyoru vəfat etdi

10:06 Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşub, xeyli sayda yaralı var

9:58 Beynəlxalq Bank ilin sonunadək balansından 300 mln. manatlıq toksik aktiv çıxaracaq

9:54 İstanbulda kafe atəşə tutulub, yaralananlar var

9:50 Ərdoğan, Ruhani və Putin bu gün görüşəcək

9:46 Cəbhədə atəşkəs rejimi 138 dəfə pozulub

9:42 Avropanın “ürəyi”ndə erməni təbliğatına zərbə

9:38 37 yaşlı qadının 38 uşağı var

9:34 Ədliyyə naziri məhkumların qaçmasından danışdı

9:30 “Sizin bu addımınız bölgədə çirkin siyasətə ağır zərbə vurdu“

9:26 Abşeronda “Mercedes“ bacı-qardaşı vurdu

9:22 “Forbes“ ilin ən çox qazanan modelinin adını açıqlayıb

9:17 Tbilisidə antiterror əməliyyatı keçirilir

9:09 Putinlə Tramp nədən danışıb? - Ağ Ev açıqlayıb

9:05 Eldar Mahmudovun şərti var: istintaqa gizli gələcək

0:44 Tanınmış müğənni səhnəyə 39 dərəcə qızdırma ilə çıxdı

0:33 Azərbaycan neftinin son qiyməti – Ucuzlaşıb

0:11 Gələn ildən Azərbaycanda yeni idxal və ixrac gömrük rüsumları tətbiq olunacaq

0:01 Bugün bürcünüz nələr vəd edir?

21 NOYABR

23:55 “İŞİD tam məğlubiyyətə uğradıldı“

23:40 İndoneziyada Aqunq vulkanı püskürməyə başlayıb

23:33 İnterpol adam öldürən 27 yaşlı azərbaycanlını axtarır

23:12 “Bəzi nazirlikləri ləğv etmək vaxtıdır” – Zahid Oruc

23:05 “Apteklərdə yoxlama aparılmasına səbəb olan şikayətlər daxil olmayıb”

22:55 Dünyada elektromobil satışları 63% artıb

22:40 “Planlarımı tam formalaşdırmamışam“

22:22 Rusiya, Türkiyə və İran Soçidə razılaşdı –Suriya ilə bağlı

22:17 İraqın baş naziri ölkədə İŞİD-in hərbi məğlubiyyətə uğradıldığını elan edib

22:12 "ABŞ terrorçuluqla mübarizə adı altında öz düzənini yeridir"

21:40 “Fitch” Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəldib

21:33 Cocuq Mərcanlı kəndində partlamamış hərbi sursat aşkarlanıb

21:23 Bakıda bir marşrut avtobusunun hərəkət istiqaməti dəyişdirildi

21:16 Rusiya kimin cinahında yer alacaq? – İrana qarşı koalisiya savaşı

21:12 Putin və Tramp arasında telefon danışığı olub

20:55 Hindistanın “dəmir ledisi”- Siyasətə bələkdə başlayan, KQB-dən “şuba“

20:40 “Axı, bu cür qiymətlərlə əhalinin vəziyyətini yaxşılaşdıra bilmərik…”

20:33 Zimbabve prezidentinə impiçment elan edildi

20:18 Prezident İlham Əliyev Mişel Auna məktub ünvanladı –Mətn

20:12 Generaldan “Qarabağ”ın oyunuyla bağlı açıqlama

19:55 Goranboyda yol qəzası baş verib, 6 nəfər xəstəxanaya yerləşdirilib

19:42 Türkiyədə dolların məzənnəsi rekord həddə çatıb

19:39 “Banklar kreditlərin qaytarılması üçün insanlara zaman tanımalıdır”

19:25 “Yol polisi əməkdaşlarına cərimə yazmaq üçün heç bir plan qoyulmur”

19:20 “Çelsi” “Qarabağ”la oyundan əvvəl son məşqinə çıxıb

19:12 “Problemli kreditləri həll etmədən maliyyə sağlamlığına nail olmaq mümkün deyil”

19:05 Mübahisəli inzibati ərazilərlə bağlı problemlər necə həll ediləcək?

18:55 Şamaxıda Qadınlar Şurası YAP-ın yaradılmasının 25-ci ildönümünə həsr olunmuş konfrans keçirib

18:47 İraqda növbəti terakt: azı 20 ölü, 40-dan çox yaralı

18:42 Fədayə Laçın ev dustağı olmaq istəyir

18:38 Suraxanıda körpə meyiti aşkarlandı

18:28 Ukraynada Luqansk separatçıları arasında qarşıdurma yaranıb

18:22 “Azərbaycan terrorçuluğun bütün formalarına qarşı mübarizəni dəstəkləyir”

18:17 Azərbaycan Respublikasının Dövlət müşavirləri vəzifəsi ləğv edildi

18:12 “BakuBus”ın avtobusu 24 yaşlı qızı vurub

18:05 Şamaxıda “Heydər Əliyev və Azərbaycanda din siyasəti” mövzusunda konfrans keçirilib

18:00 Miri Yusif “Altın kelebek”dən imtina etdi

17:54 Azərbaycan XİN Saakyanın Fransaya səfərinə etirazını bildirib

17:48 Putinin böyük mətbuat konfransının vaxtı məlum olub

17:43 “İlin sonunadək TANAP üzrə işlərin böyük hissəsi başa çatacaq”

17:38 Sürücülərin nəzərinə: Eyni protokol 20 gün sonra yenə yazıla bilər

17:33 Azərbaycanın turizm sektoru 6%-dən çox artacaq

17:29 Rusiya Böyük Britaniyadakı beynəlxalq sərgiyə buraxılmadı

17:25 Dolların sabaha olan məzənnəsi açıqlanıb

17:20 Madonnanın çılpaq şəkilləri hərraca çıxarılacaq

17:19 Elman Rüstəmov: “Sərt xarici şok baş verməzsə, gələn il...”

17:14 “Lazım olmayan yerlərdə səfirlikləri ixtisar etməliyik”

17:09 Zakir Həsənov BƏƏ generalı ilə görüşüb

17:04 Afina metrosu işləmir - Tətil

16:59 “BakuBus”ın avtobusu gənc qızı vurdu

16:53 YAP-çı deputat: “Vətəndaşları dövlətdən narazı salmasınlar”

16:45 Terror təşkilatının lideri Putinə yalvardı

16:40 “Bakı böyüdükcə, Azərbaycan kiçilir”

16:35 18 dövlət əmlakı özəlləşdirildi

16:30 Qobustanda qohumlar arasında dava - Yaralananlar var

16:23 Sevgilisinin mesajlarını oxuyan aktrisa toydan imtina etdi

16:18 Azərbaycanda 10 xalça istehsalı müəssisəsi tikiləcək

16:13 “Mən o qadını gözəl yaşadım”

16:09 Suraxanıda körpə meyiti aşkarlandı

16:04 Hərçiləri çevrilişə təhrik edən zərif liderlər

15:59 Livan İsraillə sərhəddə tam döyüş hazırlığı elan etdi

15:53 Kosmosa qayıdan kitablar

15:47 Böyük Britaniya səfiri: “YPG ilə İŞİD anlaşıb”

15:41 “Gələn il qeyri-neft sektorunda 2,9 faiz artım proqnozlaşdırılır”

15:36 Bakıda marşrut xətlərindən biri dəyişib

15:31 Lənkəranda yanacaqdoldurma məntəqəsində partlayış – 2 yaralı

15:25 Yeravandan Bakıya qadağa: Ermənistan Azərbaycanı Avrasiya İqtisadi İttifaqına buraxmayacaq?..

15:21 Türkiyə NATO ilə əlaqələri kəsməyəcək

15:16 İlin ən yaxşı cihazlarının reytinqi açıqlandı

15:11 On beş yaşlı qıza elçi düşənlər

15:06 Qurbanov “Çelsi” ilə oyunqabağı mətbuat konfransı keçirdi

15:01 ABŞ-dan Zərrabla bağlı şok qərar: Heç bir şeylə ittiham edilməyəcək

14:56 Qazaxıstanın xarici işlər nazirinin müavini Bakıya gələcək

14:51 Bu il 1019 həkim imtahandan kəsilib

14:46 Millət vəkili “gecəqondular”ın özəlləşdirilməsini təklif edib

14:41 Silahlı şəxslər Luqansk şəhərinin mərkəzini ələ keçiriblər - Video

14:37 Qatil arıları necə tanıyaq?

14:31 “Avropa Birliyi Azərbaycana heç vaxt Avropa ölkəsi kimi yanaşmayıb”

14:26 Mübariz Mənsimov: “Boşuna zəhmət çəkməyin, sizdə alınmayacaq”

14:21 Elman Rüstəmov: “Azərbaycanın ehtiyatları 42 milyard dollara çatıb”

14:16 “Əsəd rejimi hələ də yerində qalırsa, onda bu qədər qan niyə tökülüb?“

13:02 Nazir: “Gələn ilin dövlət büdcəsi hazırlanarkən üç illik proqnozlar nəzərə alınıb”


ANALİZ

...

Adnan Oktarın hərəmxanası

Tarix 29.08.17, 16:46

Font ölçüsü : - / +
bitmap-img6


Darvinin adını türk dərsliklərindən sildirən adamın gizli dosyesi


“Türkiyə” deyərkən avropalıların kor gözlərində adətən şablon bir-iki mənzərə canlanır.

 Hərəmxana belə bayağı, şit mənzərələrin ən birincisidir desək sözsüz ki, yanılmarıq. 

İstəyirsən türk mass-mediasının, dünya xəbər agentliklərinin diqqətini özünə cəlb edəsən? Hərəmxanaya bənzər bir mənzərə yarat mavi ekranlarda. Sultan kimi get otur qırx cariyənin əhatəsində. Oradakı dünya gözəllərinə-çərkəs, rus, polyak, ərəb, zənci qızlarına din-imandan, peyğəmbərlərdən, Osmanlı imperiyası barədə saatlarla danış, danış, danış...
“Min bir gecə” miniatürlərini xatırladan bu mənzərələri müasir TV ekranlarında yalnız bircə nəfər canlandırmağı bacarır - Harun Yəhya adıyla tanınan türk jurnalisti Adnan Oktar.

Dediklərimi zarafat-zat bilməyin. Osmanlı hərəmxana modelini müasirləşdirmək, yenidən dirildib canlandırmaq, nəhayət TV ekranlarına çıxarmaq, razılaşın, hər jurnalistin girdiyi kol deyil. Adnan Oktar bu kolun, bağışlayın vəzifəsinin öhdəsindən lap bir Osmanlı sultanı kimi gəlib.

Yaxşı, kimdi bu Harun Yəhya? Hansı məzhəbə, hansı şeytana yaxud mələyə qulluq edir o?

DOSYE: HARUN YƏHYA, yaxud ADNAN OKTAR.

Əvvəla o, Türkiyədə həqiqi hərəmxanası olan bəlkə yeganə şəxslərdən biridir. Hərəmxanasında, düz sözümdü, 40 incəbel seçmə Afrika, Hindistan, türk, slavyan, erməni, gürcü, çərkəz, hətta çin gözəli belə var. “Cariyə” dediyi bu qızların əhatəsində o özünü əsl türk sultanı kimi aparır. Ancaq gəlin aldanmayaq bu zahiri görüntülərə. Gəlin axtaraq görək kimdi bu Adnan Oktar? Niyə, Türk virtual dünyasında ona bu qədər geniş səlahiyyətlər verilib?



MEMAR, YOXSA AKTYOR?

Deyilənlərə inansaq o, 1956-cı ilin fevral soyuqları zamanı Ankarada dünyaya göz açıb. Orta təhsilini orda bitirdikdən sonra, 1979-cu ildə, yallah, üz tutub İstanbuldakı Memar Sinan Universitetinə. Sonralar o günlərini belə xatırlayacaq: “Universitetdə marksist-leninist hərəkatları mövcud idi, amma mən bunların gərəksiz olduğunu dərk edib orda Allahın, din-imanın ətəyindən yapışdım”.

Harun Yəhya bioqrafiyasının bu dövrü düşür Türkiyənin ən qanlı solçu-sağçı davası günlərinə. O vaxtkı türk MİT-i universitetlərdəki ilanları, yəni solçuları “Seyid Əhməd” əli ilə zərərsizləşdirirdi. Nəzarətindəki tətikçiləri gətirib yerləşdirirdi universitet yataqxanalarında. Tətikçilər burda dinc durmurdular. Universitetlərdəki solçuları ucdantutma güllələyirdilər.
Amma, Memar Sinan Universitetinin təcrübəli mühafizə sistemi türk MİT-inə fürsət vermir oxşar əməliyyatları burda da rahatca həyata keçirsin. MİT məcbur qalır burda tam fərqli bir ssenariyə əl atsın. Qərar verir universitetdəki ateistlərə, solçulara qarşı millətçilərdən deyil...yox...təkamül nəzəriyyəsi düşmənlərindən, yəni antidarvinistlərdən geniş istifadə etsin.
Türkiyədəki antidarvinistlərin kiçik, son dərəcə məhdud siyahısını zərrəbinlə öyrənən MİT-çilər axır öz qərarlarını verirlər. Barmaqlarını basırlar siyahıdakı Adnan Oktar ismi üzərinə.



Gənc Adnana hər cür şərait yaradılır ki, o universitetə daxil olub burdakı solçuları güdsün. Bildiklərini gəlib universitet qapısındakı dönərçinin tüklü qulaqlarına pıçıldasın. Darvinin təkamül nəzəriyyəsinə qarşı yazdıqlarını kitabça halında çap edib tələbələr arasında yaysın.

Maskalanmış həmin bu Harun Yəhya, həyatındakı ilk aktyor rolunu gördüyümüz kimi səhnədə deyil...yox...məhz universitet dəhlizlərində uğurla ifa edib, MİT-in tam etimadını qazanır. Yəni, əslinə qalarsa o, Memar Sinan Universitetində memarlıq yox, aktyorluq sənətinə yiyələnib. Bəzilərini qazamatlara göndərib. Bəzilərini bəlkə də məzarlıqlara. Əvəzində canının əsgərlikdən qurtarıb.



***

İFŞAEDİCİ SƏNƏD: “Adnan Oktarın məxfi qurumlarla əlaqəsini təsdiqləyən dəqiq bir sənəd əlinizdə varmıdır?”, sualına mən belə cavab verərdim: var. 1993-cü ildə Eskişehr Hava Xəstəxanasının Harun Yəhya barəsində verdiyi “əsgərliyə əlverişli deyil” sənədinə mən indi ancaq bu gözlə baxa bilərəm. Həyatındakı bu məxfi epizod, uzun zaman Harun Yəhyaya göz verib ancaq işıq verməyib. Əlinə ilk imkan düşüncə, 2000-ci ilin 18 avqustunda o, bioqrafiyasındakı bu nöqsana bir təhər nöqtə qoyub. Pullu ödəniş əvəzinə əsgərlikdən rəsmən canını qurtarıb.

***

DARVİNİN QƏNİMİ: Son vaxtlar türk basınında yayılan “Türkiyə təhsil sistemindən təkamül nəzəriyyəsi yığışdırılır. Məktəb divarlarından Çarlz Darvinin şəkilləri götürülür!” tipli iddialar, gülməyin xahiş edirəm, bizim bu Harun Yəhyanın xidmətidir. Təkamül nəzəriyyəsinə qarşı uzun illər, hə, təkbaşına mübarizə aparasan. Axır öz təbliğatının qələbəsini həyatda görəsən...Razılaşın bu, çox nadir, tək-tük insanların qismətidir.

Yəni, gəlin 80-ci illərdə Türkiyədə Darvinə qarşı bayraq qaldıran Harun Yəhyanı cibimizə qoymayaq. O, çox inadcıldı. Darvinə qarşı öz fikirlərini təkcə türk basınında deyil, ABŞ mətbuatının flaqman gəmisi sayılan “Time” jurnalında da çap etdirib o. 
Həmin bu vaxt da o, müsahibələrindən birində dediyi "Türk qövmündən, İbrahim ümmətindənəm" ifadəsinə görə qazamata salınır bir müddət.


Sözü verək burda Adnan Oktarın özünə: “Ayağıma zəncir bağlanılaraq hürcələrə salındım. Sonra da Bakırköydəki dəlixanaya göndərilərək ən təhlükəli ruhu xəstələrin olduğu "14A" blokuna atıldım. 300 ən təhlükəli ruhi xəstənin olduğu bir yerdə aylarla qaldım. Orada ikən 7 cinayət, qətl hadisəsi baş verdi. Məni bir neçə dəfə öldürməyə çalışdılar. Həbsxana ilə dəlixanalarda toplam 19 ay yatdıqdan sonra məhkəmənin qərarı, həmçinin həkimlərin yoxlanışından sonra sağlam olduğum ortaya çıxdı. “Gülhane” Hərbi-Tibb Akademiyasının barəmdə xüsusi qərarı mövcuddu. Həbs zamanı mənə çox sayda naməlum iynələr vurmuşdular”.

Tam həqiqət isə fərqlidir bir az. Nümunə gətirdiyimiz sətirlər xüsusi təyinatlı agentlərin hazırlıq kurslarını xatırladır mənə. Amerikada misal üçün xüsusi təyinatlılar ilk olaraq bax bu cür sınaqdan çıxarılır. Yazıq, son anadək bilmir bu həbsdir yoxsa xüsusi hazırlıq imtahanı. Amerika Mərkəzi Kəşfiyyat İdarəsi mütəxəssisləri görünür Türkiyədəki öz gələcək kadrlarını da məhz bu cür imtahanlardan keçirirmişlər əvvəlcə. Proqram, “MK-ULTRA” adlanırdı. “BETTA” hazırlıq kurslarından keçənlər isə axırda dönürdülər bir nömrəli seks agentə.


***

GİZLİ VİDEO ÇƏKİLİŞLƏR USTASI: Harun Yəhya bioqrafiyasındakı “ağ ləkələri” bəli, ancaq bax bu cür izah etmək mümkündü indi. Əslində o, nə dəlixanaya atılıb o vaxtlar, nə qazamatlar künclərində çürüyüb. ABŞ həkimlərinin nəzarəti altında xüsusi kurslardan keçirdilib. Zombiləşdirilib.

Tapşırıq alıb Türkiyədəki siyasi elitanın şəxsi həyatını gizlincə video kasetlərə köçürsün. Yəni, Adnan Oktarın TV, videoçəkiliş, montaj, kino sənəti ilə ilk əlaqə telləri məhz bu vaxt qurulub. Əvvəl sırf kəşfiyyat məzmunu daşıyıb, ancaq çox sonralar çevrilib indiki tok-şouya.

Gizli çəkilişlər 1998-ci ilədək sakitcə davam edir. Axır gurultulu ölüm hadisə ilə, yəni Adnan Oktarın sağ əli Serkan Ciminlinin ölümü ilə nəticələnir. Türkiyə daxili işlər naziri Sadətdin Tantanın birbaşa rəhbərliyi altında keçirilən əməliyyat zamanı gör bir nələr üzə çıxır...Bəlli olur-Adnan Oktar dəstəsi uzun zaman Türkiyədəki mason lojalarının, “Rotari-klub” üzvlərinin pərdəarxası həyatını lentə alıb. Öz qurbanlarına seks tələlər qurublar.



Əməliyyat nəticəsində nəhayət 1999-cı ildə Adnan növbəti dəfə həbsə alınır. 9 ay həbsdə yatır. “Bu şəxs, Abdulla Ocalandan daha təhlükəlidir” - daxili işlər naziri Tantanın bu etirafı bir ara bütün Türkiyəni alt-üst edir o vaxt. Adnan Oktarın hədəfləri, qurbanları sırasında Məsud Yılmaz, Maral Akşener, Mehmed Akar, Calal Adana kimilərinin adları səslənib uzun əks-səda ilə müşayiət edilir. Bəlli olur ki, Adnan Oktar böyük pul müqabilində “kompromat kaset alveri” ilə məşğulmuş.

***

İndi bildizmi Adnan Oktarın “kedi”ləri-yəni pişikləri kimlərdi? Yəni bu insan niyə həmişə uca boy, qəddi-qamətli gözəlçələrin əhatəsindədir? Əsl hədəfi hardadır, nədədir?

Zahiri görüntüyə aldanmayın. TV ekranlarında gördükləriniz necə deyərlər, “ayın görünən tərəfidir”. Bir də var həmin bu ayın görünməyən tərəfi. Oradakı gözəl qızlar efirə çıxarılmır ki...Əməliyyatçı kimi hazırlanıb əməliyyatlara göndərilir. Təşkilat aşağıdakı tərkibdədir.



1. Baş imam - Adnan Oktar; 
2. Kiçik imamlar ( Bahadır Güvən, Dirat Dəvəlioğlu); 
3. Sıravi üzvlər- qardaşlar, bacılar;
4. “Cariyələr”-təşkilatın seks kölələri; 
5. “Motorlar”-xidmətçilər.

Adnan Oktar son zamanlar qərara gəlib bax bu gizli kino təcrübəsini leqallaşdırsın. Türkiyədə “A9” adlı bir kanal açıb öz əməllərini orda davam etdirsin. Vaxtilə Memar Sinan Universitetində öyrəndiyi memar...üzr istəyirəm aktyor təcrübəsi ilə hamını təəccübləndirsin.

“İmam”-ın Bakıda Aysel Canan Vəlizadə adlı bir davamçısı da mövcuddu. O, iddia edir ki, kanalın Bakı nümayəndəliyi tezliklə teleefirdə yayıma başlayacaq. Lazımı avadanlıq artıq çoxdan Bakıda qalıb tozlanır. Qalıb guya bircə xırda-mırda hazırlıq işləri, vəssalam.




***

Adnan Oktar adını çəkəndə türkiyəlilərin gözləri önündə Esma Özgül, Beyza Bayraktar, Seçkin Piriler, Tuğça Doras kimi atmaral, ucaboy, hündür maneken qızları canlanır. Sonra türklər keçirlər pıçapıça. Qulağınıza deyirlər bəs, bu Adnandın şizofrenik olduğunu təsdiqləyən 7 tibbi arayışa baxmayaraq o...

Bimirəm nədən bu cür cümlələrini türklər neyçünsə yarıda kəsərlər. Arxalarına boylanıb söhbətin tez mövzusunu dəyişərlər.

Zarafat edirsiz? Adam, Darvinin adını Türkiyə təhsil sistemindən pozdurur. 40 incəbelli kənizlərinin əhatəsində türk TV efirinə öz damğasını vurur...belələrini gözardı etməkmi olar heç?



Yox. Olmaz. Sultan hərəmxanalarının müasir davamçıları, bərpaçıları indi belənçik şəxslərdi. Yaxınlarda Avidqor Eskin kimi məşhur bir sionist, Türkiyəyə gələrək Adnanı ziyarət edib. Deyib ki, ”Mavi Marmara” böhranından sonra Türkiyə-İsrail münasibətlərini məhz Adnan Oktar bərpa edib.

Beləsi barədə əlavə daha nə deyəsən?

Həmid Herisçi, musavat.com

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ANALİZ

design-img

Vernisaj

Ədliyyə naziri məhkumların qaçmasından danışdı

bitmap-img3

Rakurs

Eldar Yunusovun Bakı meriyasından başlanan macəraları: MTN-dən İsrailədək….

bitmap-img3

Seçmələr

“Premium” və “Super” markalı benzin bahalaşdı

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru