Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Adnan Oktarın Bakıdakı adamı danışdı


“Türkiyəli ilahiyyatçı, “A9” kanalının rəhbəri Adnan Oktar (Harun Yahya) təriqətinə qoşulmuş qızlara qarşı əxlaqsız hərəkətlər edir”.


Bu sözləri Lent.az-ın elektron poçtuna məktub göndərən bir xanım iddia edirdi. Adını anonim saxlayan xanım vaxtı ilə Adnan Oktarın təriqətində olduğunu demişdi. Azərbaycan mediasında yayılan məlumatlarda dəfələrlə qeyd olunub ki, “Canan” ləqəbli xanım sosial şəbəkələrdə fəallığı ilə tanınan Aysel Vəlizadədir. Bu qalmaqallı məsələyə isə A.Vəlizadənin həyat yoldaşı, Adnan Oktarın Bakıdakı nümayəndəsi Ramiq Vəliyev müsahibəsində aydınlıq gətirdi.
 
- Mediada həyat yoldaşınız Aysel Vəlizadənin Adnan Oktarla hallanmasını yəqin eşitmisiniz? Bu barədə nə deyə bilərsiz?
 
- Bu, sadəcə bir yalandır. Bunu deyə bilərəm.
 
 
- Biz bu mövzuyla bağlı Aysel xanımla əlaqə saxladıq. Xanımınız susmağa üstünlük verdi. O, bu mövzuya aydınlıq gətirə bilməzdimi?
 
- Bilirsiniz, bu suala cavab verməyəcəm. Nəsə lazım olsa, onun vəkili açıqlama verəcək. Özü yox.
 
- Adnan Oktarın açıqlamaları mətbuatda müzakirə olunmaqdadır. Bu barədə nə deyərdiniz?
 
- Adnan Oktar din alimidir. Onun dünyada milyonlarla tamaşaçısı var. Mən şəxsən Adnan bəyin fikirləri ilə razıyam.
 
- Siz Azərbaycanda  “A9” televiziyası açmışdınız. Amma sonradan fəaliyyəti dayandır. Bağlanmasına səbəb nə idi?
 
 - Düzgün qeyd etdiniz, televiziya bağlandı. Səbəb isə texnikanın çatışmaması üzündən oldu. Fəaliyyətimiz bir neçə gün çəkdi.
 
- Bəs bu texniki problemlər öncədən nəzərə alınmamışdı?
 
- Yox. Nəzərə alınmamışdı. Sonradan çıxan problemlərdə olur.
 
 - Həyat yoldaşınız “Facebook” səhifəsində adının önündəki “Canan” adını silib.
 
- Ona o ləqəbi mən vermişdim. Mən də götürdüm. Bir də ki sosial şəbəkədir. Burda fərqi nədir? kim necə istəsə, elə də ad qoya bilər.
 
- Adnan bəyin mediada yayılan mesajlarında qarşı tərəfin adı “Canan” qeyd edilib. Bəlkə səbəb budur?
 
- Yox. Səbəb deyil.
 
- Həyat yoldaşınızla sizin barənizdə yayılanlar haqda nə deyərdiniz?
 
- Bu, həyatdır. Biz hər zaman hökumətimizin yanında oluruq. Azərbaycan -Türkiyə münasibətlərinin möhkəmlənməsini istəyirik. Müasir gəncliyimizi istəyirik. Bu istəyimizi dəstəkləməyənlər də ola bilər. Biz Adnan Oktarın fikirlərini dəstəkləyirik. Bu isə kimlərinsə xoşuna gəlmir. Əleyhimizə iftira kampaniyası da, bax, buna görə başlayır. Tarix boyu müsəlmanlarla bu cür mübahisələr aparılıb. Yəni Həzrəti- Mövlanaya “cinayətkar qadın” deyilib, Həzrəti Yusifə isə “Cinayətkar kişi” deyilib. Quranı-Kərimə baxsaq, bu cür iftiraların şahidi olarıq.
 
-Ümumiyyətlə, sizə Harun Yahya və Adnnan Oktardan maliyyə dəstəyi olur?
 
-Yox. Qətiyyən.
 
-Bəs, niyə yeni açdığınız telekanala “A9” adını vermişdiniz?
 
-İstənilən ad seçə bilərdik. Əsas maddi cəhətdən bağlılıq deyil. Sadəcə, fikirlərimiz üst-üstə düşür.
 
 -Bəs, Adnan Oktarla telefon əlaqəsi yaradırsınızmı?
 
-Təbii ki, yox. Adnan Oktar sadəcə, fikrinə hörmət etdiyim şəxsdir. Vəssalam. Bu qədər. Sadəcə, onun fikirlərini paylaşıram.
 
-Həyat yoldaşınız barədə bu qədər söz-söhbətlər səngimək bilmir. Olmazdımı ki, mövzuya aydınlıq gətirsin?
 
-Mən onun həyat yoldaşı olaraq, onu bu söz-söhbətlərdən qorumaq üçün vəkil tutmuşam ki, əziyyət çəkməsin. Aysel xanım da bu söz-söhbətlərdən narahatdır.
 
- Vəkilin əlaqə nömrələrini verə bilərsiz?
 
-Yox. Gərək mən vəkilin özü ilə danışım.
 
- Azərbaycanda yetərincə ilahiyyatçı var. Amma onların heç birinə belə iftiralar atılmayıb. Niyə məhz siz?
 
-Mən sizə bir söz deyim Həzrəti -Yusifə atılan iftira başqasına atılmayıb. Ona görə bu iftiralar normaldır.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar