Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Adil Vəliyevin Şakir Alıyevi istefaya yollamasının 20 milyonluq səbəbi


Sabunçunun icra başçısı Adil Vəliyev və onun sabiq birinci müavi Şakir Alıyev Sabunçuda torpaq satışından əldə etdikləri milyonları Avropa ölkələrindən birinə yatırıblar


İcra Başçısı son iki ildə Sabunçuda 20 milyon manatlıq torpaq satıb və bunun çox cüzi hissəsi bələdiyyə büdcələrinə daxil olub.

Ötən həftə bəzi mətbuat orqanlarında Sabunçu rayon icra başçısının keçmiş mavini Şakir Alıyevin həbs olunması xəbəri yayıldı. Ancaq həmin informasiyadan sonra sonra baş prokurorluq məlumat yayaraq Şakir Alıyevin həbs olunması xəbərini yalanlandı. Bundan sonra isə elə həmin axşam «Poliqon» İnformasiya Agentliyi (pia.az) Sabunçu rayon icra başçısının keçmiş müavini Şakir Alıyevin prokurorluqda dindirilməsi ilə bağlı ilginc infiormasiya yaydı..

Həmin məlumatda bildirilirdi ki, icra başçısının keçmiş müavini haqqında olan çoxsaylı korrupsiya şikayətlərinə görə prokurorluq orqanlarında dindirilib.  Başçı müavinin dindirilməsinin səbəbi isə Sabunçu rayonundan keçən M-1 yolunun Kürdəxanı dairəsindən keçən hissəsinin sökülməsi və vətəndaşlara verilən kompensasiyanən şox hissəsinin mənimsənilməsi olub. Belə ki, icra başçısının müavini Kürdəxanı bələdiyyəsinin keçmiş sədri Sabir Əliyevlə əlbir olaraq boş qalan əraziləri, zibilxanaları, hətda dar dalanaları belə müxtəlif şəxslərin adlarına sənədləşdirərək  dövlətin külli miqdarda vəsaitinin mənimsəyiblər. 

Bu barədə aparılan araşdırmalar isə maraqlı nüansları ortaya çıxarıb. Azerinfo.org-un əməkdaşının Kürdəxanıda apardığı araşdırma zamanı sakinlər bildiriblər ki, vətəndaşlara verilən kompensasiya sənədlərinə görə onlardan 5 min manat rüşvət alınıb. Üstəlik həmin kompensasiya səndələrinin bir çoxunda, daha doğrusu bələdiyyə sədri tanıdığı vətəndaşların sənədlərində kompensasiya təqribən bir dəfə artıq göstərilib. Bəzi vətəndaşlar isə haqqsızlıqla üzləşiblər və onların kompensasiyaları müxtəlif yollarla azaldılıb.

Bilgəh, Nardaran, Kürdəxanı, Pirşəağı, Goradil, Novxanı, Saray, Corat istiqamətində salınan və ümumi uzunluğu 39,6 kilometr olan Bilgəh-Sumqayıt yolunun çəkilişi zamanı həyata keçirilən kompensasiya maxinasiyada Şakir Alıyevin bələdiyyə sədri ilə birlikdə 5 milyon manata yaxın qazanc əldə etdiyi bildirilir. 

Qeyd edək ki, Kürdəxanı dairəsində baş verən qalmaqallı kompensasiya maxinasiyaları ilə bağlı şikayətlər Prezident Adminstrasiyasından tutmuş Baş prokurorluğa və digər əlaqədər dövlət qurumlarına qədər uzanıb. Şikayətlərdən xəbər tutduqdan sonra Sabunçu icra başçısı Adil Vəliyev tez tələsik bələdiyyə sədri Sabir Əliyevi vəzifəsindən çıxardaraq onun yerinə müəllimə işləyən bələdiyyə üzvü Həqiqət Zeynalovanı sədr təyin edib.  

Bələdiyyə sədrinin vəzifəsindən uzaqlaşdırılması da baş verən səs küylü korrupsiya maxinasiyasını bir müddət sakitləşməsinə səbəb olub. Lakin hüquq mühafizə orqanlarının işi araşdırmaqda davam etdiyini görən Adil Vəliyev məcburən növbəti qurbanını verməli olub. Belə ki, Sabunçunun icra başçısıs Adil Vəliyev uzun illər dostluq etdiyi və biznes ortağı olan birinci müavini Şakir Alıyevlı razılıqlı şəkildə könüllü istefaya yollayıb. Müavinin istefasını təmin etməklə Adil Vəliyev həm də, özünü sığrtalamağa çalışıb. 

Bu barədə danışan məlumatlı mənbəninin bildirdiyinə görə əslində Adil Vəliyev müavini Şakir Alıyevi ətrafından uzaqlaşdırmaqla həm özünü, həmdə ortağını xilas etmək planını qurub. Çünki son illər Sabunçu rayonunda həyata keçirilən Bələdiyyə torpaqlarının satışına nəzarəti bir başa Şakir Alıyev nəzarət edib. Əldə olunan milyonlar birinci müavini və biznes ortağı vasitəsi ilə icra başçısı Adil Vəliyevə çatdırılıb. 

Məlumatlı mənbənin bildirdiyinə görə son 2 ildə rayonun Bakıxanov, Balaxanı, Bilgəh, Kürdəxanı, Nardaran, Pirşağı, Ramana, Sabunçu və Zabrat bələdiyyələrində satılan torpaq sahələrinin hamısı Şakir Alıyevin razılığı ilə satılıb. 

Yuxarıda adını çəkdiyimiz bələdiyyələrdə son 2 ildə 20 milyon manat dəyərində torpaq satıldığı bildirilir. Həmin vəsaitin heç 10 faizinin də bələdiyyə büdcələrinə daxil olmadığı və toplanan vəsaitin 50 fizdən artığının Adil Vəliyevə çatdığı bildirilir.

Təkcə torpaq satışından fantastik gəlirlər əldə edən icra başçısı Adil Vəliyevin tez-tez yaxın ətrafı vasitəsi ilə Sabunçunu öz vəsaiti ilə abalaşdırması haqqında dezinformasiyalar yayır. Əslində isə ortada olan mənzərə tamam başqadır. Son iki ildə Sabunçu rayonunun abadlaşdırılması üçün həm icra hakimiyyətinin daxili büdcəsindən, həm də dövlət büdcəsindən külli-miqdarda vəsait ayırıb. Ayrılan vəsaitlərin əhəmiyyətli hissəsi isə İcra başçısı Adil Vəliyev və onun birinci müavini, həmçinin iş ortağı Hakir Alıyev tərəfindən mənimsənilib. Mənbə bildirir ki, Adil Vəliyev SAbunçunu öz vəsaiti hesabına abadlaşdırması haqqında yalan məlumatlar yaymaqla yanaşı son zamanlar iflas etməsi ilə bağlı da məlumatları dövriyəyə buraxıb. İflas etməsinin səbəbi kimi isə Adil Vəliyev Sabunçunun abalaşdırlması üçün öz biznesindən pul ayırmasını göstərir.

Mənbəninin iddasına görə Adil Vəliyev “bankrot” olmaq həddinə çatması barədə informasiyasını əslində ona görə dövriyyəyə buraxıb ki, torpaq biznesindən əldə olunan milyonları və Kürdəxanı bələdiyyəsi ətrafında dönən səs-küylü qalmaqalı nəzərlərdən qaçırsın. 

Qeyd edək ki, mənbə azerinfo.org-a Adil Vəliyevin və Şakir Alıyevin Sabunçu rayonundan əldə etdikləri gəlirləri Avropa ölkələrindən birnə çıxardıqları və orda turizm biznesinə yatırım qoymaları barədə məumatlar da verib. Ortaq olan iki məmur-biznesmenin dövlət pulları üzərində yaratdıqları Avropa biznesinin detalları barədə ikinci yazımızda məlumat verəcəyik.

Bizi izləməkdə davam edin.

Yazıda adı keçən vəzifəli şəxslərin mövqyeini dərc etməyə hazırıq… (azerinfo.org)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar