Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Adil Vəliyev Sabunçu torpaqlarını satır, satır, satır...


Sabunçunun icra başçısından prezidentə şikayət...


Sabunçu rayon sakini Afiq Məmmədov Moderator.az-a aşağıdakı məzmunda məktubla müraciət edib:

"Sabunçu  icra başçısı Adil Vəliyevin  qanunsuz  fəaliyyəti  barədə  məqalələrə əsasən bir neçə  faktları diqqətinizə təqdim  edirəm. Xahiş  edirəm müvafiq  redaktə  apararaq  yayımlayasınız!

Uzun müddət aktiv biznes fəaliyyəti ilə məşğul olmuş Sabunçu rayonunun icra başçısı Adil Vəliyev vəzifəyə təyin olunandan sonra  rayon ərazisindəki dövlət  torpaqlarının qanunsuz satışından son üç il ərzində külli  miqdarda gəlir əldə edib və bu qanunsuzluq indi də davam  edir. Araşdırma aparılsa, həmin tikililərin əksəriyyətinin sənədinin qanunsuz olduğu üzə çıxar. O, Prezidentin son yanğın  müşavirəsindəki  dövlətə  aid  torpaqların  mənimsənilməsilə bağlı göstərişlərinə əhəmiyyət  vermir.    
  
Adil Vəliyevin hazırda ələ keçirmək  istəyində  olan dövlət  torpaq  sahələrini  diqqət  edin və  araşdırın.

1. Bakıxanov  qəsəbəsi  Y. Əliyev küç . NEFT  ŞİRKƏTİNİN GEOFİZİKA  İDARƏSİNİN  əraziləri qəsb  edilməkdə Əmlak Komitəsində özəlləşdirilməkdədir.(fakt)

2. Bakıxanov  qəsəbəsindəki Mədəniyyət  küçəsindəki   park hasarlanıb. Şəxsi  (ŞƏHRİZAD UŞAQ BAĞÇASI TİKİB). Axı harda görünüb ki, ictimai yeri adamların əlindən alıb hansısa özəl bağçaya satsınlar? Parkı da özəlləşdirərlər? Bu gün gəlib oturursan, istirahət edirsən, sabahı gün gəlib görürsən hasarlanıb, darvaza qoyulub. Dünyanın hansısa yerində belə şey var? ”http://www.azadliq.org/content/article/26922067.html

3. Bakıxanov  qəsəbəsi  İdman  Timaywllw İnternet Məktəbinin  Əhatəsi.https://www.youtube.com/watch?v=tWJ3GYtx4IM

4. Bakıxanov  qəsəbəsi  VAHİD Şadlıq sarayının  yanı 9 mərtəbəli binanın  həyəti (uşaq meydançası)

5. Neft Şirkətinin Balaxınıneftin ərazisi, Zabrat yolunun  qırağı.

6.Bakıxanov  qəsəbəsi  İcra Nümayəndəliyinin  inzibati binası. 
http://www.azfakt.com/adil_veliyev_de_sabun_unu___zray_l_n_yuvas_na___evirib-5510-xeber.html

7. ŞAHİN İDMAN  KLUBUNUN  YANI.  Sülh  küçəsindəki kiçik  parkın  ərazisi ( İcra  hakimiyyətinin  arxası)

8.BAKIXANOV QƏSƏBƏSİNDƏ  doğum  evinin  yanındakı  parkın  ərazisində hündür mərtəbəli  bina  tikilir  və  100 –lərlə  ağac  kəsilib.

9.  Bakıxanov  qəsəbəsi dəmiryolu stansiyasının yanındakı park özəlləşməkdə  və  hazırda  hasarlanıb. Ağaclar  mərhələ-mərhələ məhv  edilməkdədir.

10. Bakı  Fəhləsi  zavodunun  arxaları  Anaşkin  küçəsindəki  torpaq  sahələri  satılmaqda  davam  edir.  Rafael adlı şəxs  icranın  işçisi, onların min bir əzab-əziyyətlə, illərdir öz vəsaitləri hesabına doldurduqları ərazinazidə  torpaq  qoymayıb

11.  BAKIXANOV REZİDENTS YAŞAYIŞ  və  ƏYLƏNCƏ MƏRKƏZLƏRİ .(Adil Vəliyevə  məxsus BƏRGÜŞAD  və  21 –Cİ ƏSR ŞİRKƏTLƏRİ.http://topnews.az/news/396537/Sabunchu-icra-bashchisinin-farasati.html

112.  Yavər Əliyev  küçəsində  mühafizə  polisi  ilə  üzbəüz  obyektlər.

13. “ Bakıxanov” stansiyasının yaxınlığında olan  onlarla sahibkarlara məxsus  mağazaları zorla əlindən alaraq  mənimsəyərək hazırda özünə  nəhəng ticarət  mərkəzi  tikir. 

14. BAKIXANOV QƏSƏBƏSİ  MEHMANDAROV KÜÇ  NİLUFƏR ŞADLIQ  SARAYININ  ÖNÜNDƏKİ  UŞAQ  PARKININ ƏRAZİSİ.

        
Hələ  Bakı  ətrafı  qəsəbələrin  torpaq  sahələrinidən danışmıram".


Qarşı tərəfin mövqeyini dərğ etməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar