Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Adı olub fəaliyyəti olmayan Ağstafa rayon 26 saylı Yol İstismar İdarəsi…


Ağstafa rayon 26 saylı Yol İstismar İdarəsinin balansında olan yollar bərbad vəziyyətdədir


Buna misal olaraq,  rayonun Böyük Poylu kənd istiqamətində çıxışı göstərmək olar.

 Ağstafadan rayonun Aşağı Kəsəmən kəndinə aid 6 km yolu isə mütləqdir ki, zirehli texnika vasitəsilə qət edəsən. 26 saylı Yol İstismar İdarəsinin rəisi Səməndər Əliyevdən isə bu barədə nədən soruşulmur ki, yoldaş, neçə illərdir rəhbərlik etdiyiniz idarədə yolların təmir və saxlanmasına ayrılan dövlət vəsaitini hara xərcləmisən? Amma ədalətli araşdırma aparılsa, 26 saylı Yol İstismar İdarəsinin sildiyi yanacaqla görülən işlərin tərs mütənasib olduğu, idarəyə ayrılan vəsaitin tarimar oldundugu aşkarlanar.

Bəri başdan 26 saylı Yol İstismar İdarəsində silinən yanacaqla bağlı ayrıca bir yazının sonra yazılacağını əvvəlcədən oxucularımıza vəd edirik. Amma hələlik onu da bildirməyi məqsədəuyğun hesab edirik ki, “Azəryolservis” ASC-nin hörmətli sədri Saleh Məmmədov Azərbaycanın qərbində Gürcüstanla sərhədə aparıb çıxaran yollara baxılması üçün ayrıca komissiya yaratsa pis olmaz. Çünki, 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Ağstafa-Saloğlu istiqamətində olan 49 km yolun yenidən çəkilməsi üçün 6 milyon manatdan yuxarı pul ayrılıb. Bu yolun çəkilməsini Qobustan 2 saylı Yol İstismar İdarəsinin rəisi Rizvan Rzayev aparsa da, yolu Rizvan Rzayevdən Səməndər Əliyev təhvil alıb. Rizvan Rzayev həmyerlisi Qazax rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərova görə tenderdə qalib olub, bu işləri nə qədər müstəqil həyata keçirə bilərdisə, gərək Səməndər Əliyev ona xəbərdarlıq edərdi ki, keyfiyyətsiz çəkilmiş yolu istənilən halda təhvil götürməyəcəm. Hətta, ona Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev təzyiq etsə də, gərək bunu etməzdi.

Ağstafa- Saloğlu istiqamətində çəkilmiş yolun 49 km-ə nəzər yetirilsin ki, yolun eni, yola vurulmuş asfaltın qalınlığı, keyfiyyətli olub-olmaması, quruntun kateqoriyasına uyğun but, ştif, qum, çınqılın yola normaya uyğun verilib, asfaltın bitumla normal əhatə olunub yerə döşənməsi araşdırılsın, görək onda hansı qüsurlar aşkarlanacaq. Hətta, Səməndər Əliyev yeni çəkilmiş 49 km yolda yol işarələrinin bölgüyə uyğun qoyulmasına, Ağstafadan Poylu kəndinə keçid rolunu oynayan dəmir yol körpüsü keçidinə aid körpünün sağ və sol istiqamətlərini əhatə edən mühafizə zolağının olmamasına, amma yolu hansı səbəbdən təhvil almasına dair əsaslandırmasını qanunvericiliyin tələbinə uyğun necə əsaslandıracaq. Məgər Səməndər Əliyev bilmir ki, körpünün giriş və çıxışı hər iki istiqamətdə körpü daxil azı 30 metr mühafizə jesti ilə əhatə olunmalıdır. On illərin yol işçisinə bunu öyrətmək lazım idimi ki, 49 km yolu təhvil alanda ölkə prezidentinin sərəncamı ilə ayırdığı pulun qədrini bilərdi, kənd Poylu istiqamətində döngədə sözü gedən yolun 20 metr dalğalı olub, dağılma həddinə çatmasını nəzərdən qaçırmazdı. Yəni smeta sənədlərinə uyğun heç olmasa, 60 %-lik yol çəkilərdi. İsrafçılıq, xərclərin şişirdilməsi nəzəri cəhətdən olmasa da, praktiki hiss olunmayacaq şəkildə əhatələnərdi. Daha belə yox. Həm də ona görə yox ki, 40 dərəcə istidə 50 ton yük maşını sözü gedən yolda hərəkət edərkən asfalt yükün təsirindən əzilib axmasın… Buradan da məlum olur ki, Ağstafa rayon 26 saylı Yol İstismar İdarəsinin adı var fəaliyyəti yoxdur.(faktinfo.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar