Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Acından diplom gəmirənlər


Ölkəyə lazımsız mütəxəssisləri kim və niyə yetişdirir


  Övladı üçüncü qrupa test imtahanları vermiş və 450 bal toplamış bir ata şanssızlıqdan gileylənirdi: “Üç dəqiqə vaxtı olsaydı, qızım cavabların hamısını ağlamaya köçürəcəydi və hüquqa düşəcəydi”. Həmsöhbəti isə ona indi hüquq kimi dəbdə olan ixtisaslara iş tapmağın çətin olduğunu bildirirdi: “Qız topladığı balla rahatlıqla xarici dilə, diplomatiya sahəsində olan ixtisaslara girə bilər” deyirdi. Qız atası isə vəziyyətlə heç cür barışa bilmirdi.

ANS PRESS əməkdaşının şahid olduğu bu söhbət, əslində, bütün Azərbaycana xasdır. Valideynlər yenə də övladlarını iş tapmağın çətin olduğu dəbli ixtisaslara - hüquq, tibb, gömrük və s. kimi ixtisaslara yerləşdirməyə çalışırlar. Nəticədə, bu ixtisaslara düşmək üçün keçid balları həddindən yüksək olur. Məsələn, hüquqa ödənişsiz təhsil imkanı qazanmaq üçün tələbə ən azı 600 bal toplamaladır. Amma hazırda geniş iş imkanları olan informasiya texnologiyaları (İT), kompüter mühəndisliyi, geoloji kəşfiyyat, ekologiya ixtisaslarına ödənişsiz daxil olmaq üçünsə 300 bal da yetərlidir. 

Göründüyü kimi, Azərbaycan toplumu hələ də dövrün trendindən geri qalır və təhsil sektoru əmək bazarının sifarişlərinə uyğunlaşa bilmir. Halbuki, qərbdə artıq gələcəyin peşələrini müəyyənləşdirirlər və bu istiqamətdə kadrların hazırlanması üzrə hazırlıqlara başlayırlar. Məsələn, gələcəyin proqramlaşdırılması ilə məşğul olan Amerika şirkəti “Sparks&Honey” gələcəkdə indi olmayan bəzi peşələrin həddindən populyar olacağını vurğulayır. 

Məsələn, belə peşələrdən biri mikroflora üzrə mütəxəssisin olacağı vurğulanır. Mikrofloraçılar müştərilər üçün xarici və daxili mikroflora tərkibləri müəyyən edəcəklər, həmçinin dayanıqlı sağlam ekosistem formalaşması üçün tövsiyyələr verəcəklər. Yaxud iş yerlərində rəqəmsal kuratorlar tələb olunacaq. Onlar işçilərə fərdi və iş ehtiyacları üçün unikal informasiya resursları və əlavələri təqdim edəcəklər. Şəhərlərdə isə kiçik bağçalarda, qeyri-adi yerlərdə, məsələn evlərin damında, qazonlarda və s. əkinçiliklə məşğul olmaq sahəsində məsləhətlər verən mikro-ferma mütəxəssisləri peyda olacaq. 

Azərbaycanda isə bu peşələrə uyğun olan ekoloq və İT mühəndisi ixtisaslarına həvəs azdır, mikro-ferma ixtisasına uyğun gələn gen mühəndisliyi sahəsində isə mütəxəssis, ümumiyyətlə, yoxdur. Bu səbəbdəndir ki, on illərlə geni dəyişdirilmiş malların kütləvi axını barədə həyəcan çalınan ölkədə bu məhsulların aşkar edilməsi üzrə heç bir laboratoriya araşdırması aparılmır.

Problemin kökündə dayanan ikinci əsas səbəb isə Azərbaycan ali məktəblərinin, xüsusilə də yeni açılmış özəl ali məkitəblərin günün tələbinə uyğunlaşa bilməməsidir. Bir ara yeni açılan ali məktəblərdə sovet dövrünün dəbdə olan bütün ixtisasları - tibb, beynəlxalq iqtisadiyyat, hüquq, avtomobil nəqliyyatının təşkili vardı və əksər yeni ali məktəblərin bu ixtisas üzrə kadr yetişdirmək üçün bazası yox idi. Bunun nəticəsidir ki, hazırda minlərlə hüquqşünas, əczaçı, sanitar, iqtisadçı, nəqliyyatçı işsizdir və ya qeyri-ixtisas sahələrində çalışır. 

Amma miqrasiya və urbanizasiya sahəsi üzrə ekspert Azər Allahverənovun fikrincə, son illərdə Azərbaycan toplumunda ixtisas seçimi ilə bağlı dəyişikliklər baş verib. Ekspertin sözlərinə görə, bir vaxt dəbdə olmayan bəzi ixtisaslara girmək üçün indi çox yüksək nəticə göstərmək lazımdır. “Sovet dövründə iş yerinin çox olmasına baxmayaraq, bizdə neft ixtisasları populyar deyildi. Amma indi yüksək bal toplayanların yarıdan çoxu neft ixtisaslarını seçirlər. Bir vaxt bizdə populyar olmayan gömrük ixtisası da artıq dəbdədir. Eyni sözü İT mühəndisləri barədə də demək olar”,- deyə Azər Allahverənov ANS PRESS-ə bildirib. 

Ekspertin fikrincə, bununla belə, Azərbaycanda ixtisas seçimi məsələsində ölkə səviyyəsində araşdırma aparmalı və regionlara uyğun olan lazımlı ixtisaslar müəyyən edilməli dir. “Məsələn, Gəncə-Qazax, Qarabağ və Şirvan bölgəsi üçün regiona uyğun olaraq xalçaçılıq mütəxəsisləri, Şəki-İsmayıllı üçün ipəkçilik mütəxəssisləri yetişdirmək lazımdır. Düşünürəm ki, bu sahələr üzrə yetişdirilmiş gənc kadrlar bölgələrin iqtisadiyyatına böyük töhfələr verərlər”, - deyə Azər Allahverənov vurğulayır. 

Onun fikrincə, zaman keçdikcə ali təhsil müəssisələri də dövrün trendinə uyğun olaraq islahatlar aparacaq: “Artıq bu müşahidə olunur. Əhali seçimini dəqiqləşdirdikcə, bu kimi ixtisaslara gedən olmayacaq. Gedən olmadıqda isə həmin ali məktəblər bağlanacaq. Bəzi ali məktəblər isə dövrün tələbinə uyğun ixtisaslara uyğunlaşmaqla ciddi islahatlar aparacaqlar. Artıq bəzi ali məktəblərdə ixtisas dəyişiklikləri aparılır”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Ən çox oxunanalar