Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Açıq Hökumət Platforması Gürcüstanın ədliyyə naziri ilə görüşüb


Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının növbəti toplantısı keçirilib


Toplantıda hazırda Açıq Hökumət  Tərəfdaşlığı Beynəlxalq Təşkilatının İdarə Heyətinin həmsədri olan Gürcüstan  ədliyyə naziri Xanım Tea Tsuikilani də iştirak edib və Platforma üzvləri ilə müzakirələr aparıb. Görüşdə Platformanı QHT-lərlə birgə hökumətdən olan üzvlər,  Açıq Hökumət  Tərəfdaşlığı Beynəlxalq Təşkilatının Azərbaycan  üzrə  Milli koordinatoru, millət vəkili Vüsal Hüseynov,  Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov,  AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov təmsil edib. Ədliyyə nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov, Baş Prokurorluq,  XİN, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmiləri də görüşdə iştirak edib.  

Bununla bağlı Açıq Hökumət Platformasınının yaydığı Press-relizdə bildirilir. 

Press-relizdə qeyd olunur ki, Platformanın koordinatoru Əliməmməd Nuriyev platforma haqqında məlumat verib. Bildirib ki, Platforma 09 sentyabr 2016-cı il tarixində təsis olunub. Platformada Azərbaycan vətəndaş cəmiyyətinin bütün spektrini əhatə edən 31 aparıcı QHT və parlament, 9 dövlət qurumu təmsil olunur. Platformanın yaranması Açıq Hökumət Təşəbbüsünün Azərbaycanda tətbiqinin genişləndirilməsi, bu prosesdə vətəndaş cəmiyyətinin yaxından  iştirakı, digər məsələlərin həllinə yeni imkanlar verir.  Platforma açıq müzakirələr, dialoq və əməkdaşlıq üçün çox əlverişli format və müstəvi təqdim edir. Platforma hər bir QHT üçün açıqdır:  “Əminik ki, Platforma hər bir QHT üçün müzakirə və əməkdaşlıq imkanlarını təmin edən çox əhəmiyyətli müstəvi kimi, Azərbaycan vətəndaş cəmiyyətinin güclənməsinə öz töhfəsini verəcək.

Artıq QHT-lərin fəaliyyətəni tənzimləyən qanunvericiliyə edilən dəyişikliklər və vətəndaş cəmiyyətinin fəaliyyəti üçün şərtlərin daha da yaxşılaşdırılması istiqamətində əldə olunan uğurlar Azərbaycan vətəndaş cəmiyyəti ilə hökumət arasında olan dialoqun və əməkdaşlığının ən əhəmiyyətli təzahürüdür.

Platformanın ilk iclaslarında ölkədə vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətinə dair hüquqi mühitin təkmilləşdirilməsi və bu qurumların fəaliyyəti üzrə praktiki çətinliklərin aradan qaldırılması məsələləri müzakirə edilib. Platforma adından bu məsələlərin həlli ilə bağlı hökumətə təkliflər təqdim edilib.

Hökumət tərəfindən QHT-lər üçün əlverişli şəraitin təkmilləşdirilməsi məqsədi ilə vətəndaş cəmiyyəti təsisatları ilə dialoq formatında daimi müzakirələr aparılıb və bununla bağlı konkret addımlar atılıb.

21 oktyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı” imzalanıb.

Platformanın təklifləri Nazirlər Kabinetinin 11 yanvar 2017-ci il tarixli “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması” və  24 yanvar 2017-ci il tarixli “Xarici donorlar tərəfindən Azərbaycan Respublikası ərazisində qrant vermək hüququnun  əldə edilməsi” Qaydalarında  dəyişikliklər edilməsi barədə qərarlarında nəzərə alınıb. Bu qərarlar qrant müqavilələrinin qeydiyyatına süni maneələr və bürokratiya yarada bilən bir çox tələbləri ləğv edir və qeydiyyat prosedurunu asanlaşdırır. Təqdim olunacaq sənədlərin dairəsi xeyli dərəcədə azaldılır. Bir sıra sənədlərin notarial qaydada təqdim edilməsi ləğv edilir. Qrant müqavilələrinin xidmət müqaviləsi kimi qeydiyyata alınmasına imkanlar yaranır.

Eyni zamanda xarici donorlar tərəfindən qrantların verilməsi proseduru xeyli sadələşdirilib. Təqdim olunmalı olan sənədlərin sayı azaldılıb. Müraciətə baxılması müddətləri 2 dəfəyədək azaldılıb. Qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin verilməsindən imtina üçün əsaslar dəqiqləşdirilib. Bütün bunlar əhəmiyyətli irəliləyiş kimi qeyd edilməlidir”.

Ə.Nuriyev məlumat verib ki, Platforma açıqdır, artıq üzvlüklə bağlı müraciətlər daxil olub və növbəti toplantılar zamanı bunlara baxılacaq.  Eyni zamanda bir sıra nazirlik və dövlət qurumları da Platformaya üzvlüklə bağlı müraciət edib.

Platformanın koordinatoru xüsusilə qeyd edib ki, Azərbaycan vətəndaş cəmiyyəti ölkəmizin  Açıq Hökumət  Tərəfdaşlığı Beynəlxalq Təşkilatında fəaliyyətini davam etdirməsini istəyir. Bunun üçün çalışır:  “Açıq Hökumət Təşəbbüsü məhz vətəndaş cəmiyyəti üçün önəmlidir. Məhz vətəndaş cəmiyyəti üçün yeni imkanlar yaradır”.

Platformanın üzvü,  Açıq Hökumət  Tərəfdaşlığı Beynəlxalq Təşkilatının Azərbaycan  üzrə  Milli koordinatoru, millət vəkili Vüsal Hüseynov Açıq Hökumət Təşəbbüsündə Azərbaycanın fəaliyyətinin 1 il müddətinə dayandırılması və bundan sonra ölkəmizdə görülən işlər barədə məlumat verib. V.Hüseynov qeyd edib ki, Azərbaycana münasibətdə çox sərt qərar qəbul edilib. Buna baxmayaraq Azərbaycan Açıq Hökumət  Tərəfdaşlığı Beynəlxalq Təşkilatı ilə əməkdaşlıqda maraqlıdır və verilən tövsiyyələrin icrası istiqamətində əhəmiyyətli addımlar atılıb: “Açıq Hökumətin təşviqi üzrə Milli Fəaliyyət Planı vətəndaş cəmiyyəti ilə birlikdə hazırlanıb və qəbul edilib.  Planın hazırlanmasında vətəndaş cəmiyyətinin təkliflərinin 60% nəzərə alınıb.  Vətəndaş cəmiyyəti və dövlət qurumlarının, eyni zamanda parlamentin təmsil oldunğu Açıq Hökumət Platforması yaradılıb. QHT-lərin fəaliyyəti üçün daha yaxşı şəraitin yaradılması istiqamətində tədbirlər həyata keçirilib. Milli donor AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Açıq Hökumətlə bağlı layihələrin maliyyələşdirilməsini həyata keçirib”.

V.Hüseynov bir daha vurğulayıb ki,  Açıq Hökumət Platforması hər bir QHT üçün açıqdır.  Platforma koordinatoru tərəfindən üzvlüklə bağlı QHT-lərə müraciət edilib.

V.Hüseynov xanım Tea Tsuikilaninin Azərbaycanda keçirdiyi görüşlərin ölkəmiz haqqında obyektiv məlumatların Açıq Hökumət  Tərəfdaşlığı Beynəlxalq Təşkilatının İdarə Heyəti üzvlərinə çatdırılması baxımından çox mühüm olduğunu vurğulayıb.

Gürcüstanın ədliyyə nazirliyi xanım Tea Tsuikilani qeyd edib ki,  doğurdan da Açıq Hökumət  Tərəfdaşlığı Beynəlxalq Təşkilatı Azərbaycanla bağlı çox sərt qərar qəbul edib: “Gürcüstan bu məsələdə Azərbaycanı dəstəkləyib. Gürcüstan hesab edir ki, Azərbaycan bu təşəbbüsdə qalmalı və öz töhfəsini verməlidir”.

Xanım T. Tsuikilani Azərbaycanla bağlı verilən tövsiyyələri xatırladaraq, ölkəmizdə keçiridiyi görüşlər zamanı alıdğı məlumatları Açıq Hökumət  Tərəfdaşlığı Beynəlxalq Təşkilatının İdarə Heyəti üzvləri ilə bölüşəcəyini, bu məsələdə kömək etmək istədiklərini qeyd edib.  Onun sözlərinə görə,  Azərbaycan vətəndaş cəmiyyəti və hökumət də öz növbəsində tövsiyyələrin icrası barədə  beynəlxalq tərəfdaşlarını məlumatlandırmalı,  əməkdaşlığı genişləndirməlidir.  

Xanım T. Tsuikilani Azərbyacan vətəndaş cəmiyyəti və hökumət nümayəndələrini Açıq Hökumət  Tərəfdaşlığı Beynəlxalq Təşkilatının komitələrində Azərbaycanla bağlı keçiriləcək müzakirələrə də dəvət edib.

Platformanın üzvü Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov Açıq Hökumət Platforması və ümumiyyətlə,  vətəndaş cəmiyyəti-hökumət əməkdaşlığından söz açıb. Qeyd edib ki,  Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq edir, eyni zamanda digər dövlət qurumları da bu istiqamətdə əhəmiyyətli səylər  göstərirlər.

Çıxışlardan sonra Beynəlxalq Şəffaflıq Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Rəna Səfərəliyeva Açıq hökumətin təşviqi üzrə Milli Fəaliyyət Planının monitorinqinin nəticələrini təqdim edib.

Xanım T. Tsuikilani Platforma üzvlərinin suallarını cavablandırıb və qaldırılan məsələlərlə bağlı öz fikirlərini bölüşüb.

Gürcüstan ədliyyə naziri ilə görüşdən sonra Platformanın iclası davam edib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı Ceyhun Məmmədov Açıq Məlumatlar Bazasını  ( http://data.gov.az/)  təqdim edib.

Toplantıda Platformanın ogp.org.az saytı da təqdim olunub.

Təqdimatlardan sonra Platforma üzvləri Mirvari Qəhrəmanlı, Sabit Bağırov, Səadət Bənənyarlı, Rəna Səfərliyeva, Ümud Rəhimoğlu, İsrail İsgəndərov, Əhməd  Abbasbəyli,  Milli İnternet Forumun prezidenti Osman Gündüz çıxış ediblər. V.Hüseynov, K.Cəfərov, Ə.Nuriyev və  Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi Rahim Rahimov sualları cavablandırıblar, müzakirə olunan məsələlərə münasibət bildiriblər.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub - Yenilənib

Ən çox oxunanalar