Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abutalıbovun kürsüsünə daha bir iddialı - Saatlıdan...


Siraqəddin Cabbarov Bakıya gəlməyə hazırlaşır. Saatlının icra başçısı “olarsa Bakı meri, olmzasa Binəqədi”, deyir.


Bakı şəhər İcra Hakimiyyəti başçısının kürsüsü boş qaldıqca, bu kürsüyə həvəslənənlərin sayı da artır. PİA.AZ-a daxil olan məlumata görə Bakı şəhər İcra Hakimiyyəti başçısının kürsüsünə həvəslənən və özünü Bakı meri vəzifəsinə namizəd olaraq irəli sürən çoxlu sayda namizədlərin arasında Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov da var. 

Qeyd edək ki, Bakı meri kürsüsnə iddialı olanlar arasında Siraqəddin Cabbarovdan çox-çox nüfuzlu və imkanlı şəxslərin adamların adı hallanır. Buna baxmayaraq prezidentin kadr təyinatında gözlənilməz seçimlər etdiyinə diqqət çəkən mənbə, Cabbarovun Bakıya təyinat almasını istisna etməyib. Siraqəddin Cabbarovun özü isə Abutalıbovun kürsüsünə olmasa da, Bənəqədinin başçısı olmağa ümid edir.

Aldığımız məlumata görə Siraqəddin Cabbarov Bakıya mer olaraq gəlmək üçün hələ seçkilərdən əvvəl ciddi fəaliyyətdə olub, bir sıra şəxslərdən dəstək alıb. Hətta deyilənə görə Siraqəddin Cabbarova Bakı meri kürsünü söz də veriblər. Lakin aradan keçən müddətdə təyinat ala bilməməsi səbəbindən Siraqəddin Cabbarovun ciddi təşviş və narahatçılıq içində olduğu bildirilir. Ancaq bu narahatçılığını ona söz verənlərə birbaşa çatdıra bilmədiyinə görə, iddilara əsasən Saatlının başçısı ona verilən sözü xatırlatmaq məqsədi ilə bəzi saytlarda öz haqqında yazılar yazdırır. 

Bu barədə Saatlıdan əldə etdiyimiz başqa bir məlumatda isə bildirilir ki, Siraqəddin Cabbarov Bakı şəhər meri postuna olmasa da, nəyin bahasına olursa olsun, Binəqədiyə icra başçısı getmək istəyir.

Aldığımız məlumatda qeyd olunur ki, Siraqəddin Cabbarovun Saatlıdan Bakıya təyinat almaq üçün bir sıra səəbəbləri var. Bu səbəblərindən biri keçən il pambıqçılıq sahəsində Saatlının uğursuzluğa düçar olmasıdır. 

Qeyd edək ki, ötən il Siraqəddin Cabbarov pambıqçılığın inkişafı üçün rayona ciddi sərmayə cəlb edilibb. Ərəblərin qoyduğu investisiya ilə ötən il Saatlıda əkin sahərinin şorandan təmizlənməsi məqsədi ilə böyük kollektorlar tikilib. Bir sıra drenlər isə təmizlənmişdi. Elə bu üzdəndə hesab olunurdu ki, Saatlıda yüksək məhsuldarlıq əldə olunacaq. Lakin pambığın becərilməsində yol verilən səhvlər, gübrələrin vaxtında deyil və normadan qat-qat az verilməsi, yəni “Aqrolizinq” vasitəsi ilə həyata keçirilən işlərdə yol verilən böyük korrupsiya hallarına görə məhsuldarlıq gözləntiləri doğrultmayıb. Siraqəddin Cabbarovu  isə təşvişə salan odur ki, prezidentin yanında nüfuzdan düşə və etimadını itirə bilər. Elə ona görə də Saatlının icra başçısı “yol yaxınkən” Saatlıdan Bakıya daşınmaq istəyir. 

Eyni zamanda Siraqəddin Cabbarovu Saatlıdan ayrılmağa vadar edən səbəblərdən biri də bu rayonda müxalifətin həddindən artıq güclü olmasıdır. Belə ki, Saatlı Əli Kərimlinin doğulduğu rayon olduğuna görə bu rayonda “baş cəbhəçinin” çoxlu sayda qohumları və tərəfdarları var. Bu üzdən də Saatlıdan Prezident Adminstrasiyasına və müxtəlif dövlət qurumlarına ünvanlanan şikayətlərin ardı-arası kəsilmir. Və təbii ki, Siraqəddin Cabbarov problemli rayondan uzaqlaşmaq istəyir.

Bu yazıda səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar