Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Absurd iddialar ölkəsi...


Yeni dönəmə siçan dərmanı ilə başladıq. Artıq siçan dərmanı starteji məhsula çevrilib və günün müzakirə mövzusudur. Əminəm ki, bu məhsul da yaxın günlərdə monopoliyaya alınacaq. Axı özbaşınalıq heç bir xalqa başucalığı gətirməyib. Və iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir


Ümid edək ki, bundan sonra ölkəyə heç kəs qeyri-qanuni yolla bir qram belə siçan dərmanı keçirə bilməyəcək. Artıq narkotik effektini itirib. Narahat olmayın, narkotiklə həbslər də keçmişdə qaldı. Ölkədə yeni bir dalğa başlayıb: "Siçan dərmanı dalğası". Bundan sonra "adamlar və siçanlar"ı müəyyənləşdirmə prosesi gedəcək. Ehtiyatlı olun ki, bundan sonra cibinizdə və evinizdə siçan dərmanı tapılmasın. 

Şair necə deyir: 

Hökuməti qannı tutmasın anam, 
Çıxıbdı cibimdən siçan dərmanı...

Bir sözlə, hakimiyyət 2015-ci ilə siçan dərmanı ilə gedir. Nə deyə bilərik: xeyirli, uğurlu olsun...

Sözümün canı bu deyil. Odur ki... Xədicə İsmayılın siçan dərmanı iddiası ilə həbsindən sonra - İnsan Haqları Günündə Vəkillər Kollegiyası müxalif cameənin bütün həbslərinin məsuliyyətini vəkil kimi üzərinə götürən Xalid Bağırovun fəaliyyətinə xitam verdi. Kollegiya “İsmayıllı işi”ndə Xalid Bağırovun məhkəmə çıxışındakı "Belə dövlətdə belə də məhkəmə olar" cümləsini dövlətçiliyə hörmətsizlik kimi dəyərləndirib. 

Bəli, "Belə dövlətdə..." ifadəsi çox ağır ittihamdır. Məncə, Xalid diqqətli olmalıydı. Məhkəmələr ədalətsiz də olsa, olar, amma "Belə dövlətdə..." ifadəsini işlətmək sadəcə, ayıbdır. Adam heç olmasa, Bakı-Ceyhan borusundan həya eləməyib. Hələ cibindən siçan dərmanı çıxarmayıblarsa, sevinməlidir... 

Sonra da deyirlər, Azərbaycan absurd iddialar ölkəsidir. Yalandı. Yadigar Sadıqov bilmirdimi dövlət Qarabağ əlillərinə bu qədər qayğı göstərir? Əlbəttə, bilirdi. İlqar Məmmədov və Tofiq Yaqubluya kim ixtiyar vermişdi ki, İsmayıllı iğtişaşlarını "Bakıdan körükləsinlər?" Seymur Həzi bilmirdimi "Salam" "Facebook"da da Allahın adıdır? Bilmirdimi bu ölkədə haqlı olaraq "salam almamaq maddəsi" ilə adamın dərisinə saman təpirlər? Xalid Qarayev küçədə ünvansız söyüş söymüşdü... Məgər bu cinayət deyildi? Söyüş olanda nə olar, onun da bir ünvanı olmalıdır, ya yox... Rəşadət Axundov və digər NİDA-çılar yeməyə bir şey tapmadılarmı "Molotov kotleti" yedilər? Və Xalid bütün bunlardan niyə nəticə çıxarmadı ki?..

Bu faktı isə unutmayaq:  ABŞ absurd iddilar ölkəsidir, yaşasın Azərbaycan

Şəmşad AĞA

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Zahid Oruc, “düşməni“ harada gizlətmişdiniz?

Ən çox oxunanalar