Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abşeronda məktəbli açılan atəş nəticəsində gözündən yaralanıb


Abşeron rayonunun Saray qəsəbəsində məktəb şagirdi silahlı insident nəticəsində gözündən yaralanıb


"Report"un yerli bürosu xəbər verir ki, hadisə 2001-ci il təvəllüdlü Saray qəsəbə sakini, 10-cu sinifdə təhsil alan Xəlil İlqar oğlu Allahquliyev qardaşı Cəlil ilə birgə dərsdən evə qayıdarkən baş verib.

Naməlum istiqamətdən ov tüfəngindən açılan atəş nəticəsində ətrafa səpilən qırmalardan bir neçəsi Allahquliyev Xəlilin sol göz nahiyəsinə dəyib. Atəşin kim tərəfindən açıldığı hələlik məlum deyil.

Məktəbli ailə üzvləri tərəfindən Sumqayıt şəhərində yerləşən U.Musabəyli adına Rayonlararası Oftalmoloji Xəstəxanasına çatdırılıb.

Tibb müəssisəsindən verilən məlumata görə, X.Allahquliyev gətirilərkən vəziyyəti ağır olub. Ona dərhal tibbi müdaxilə edilib. Kəsilmiş-cırılmış göz nahiyəsi cərrahi əməliyyat olunub. Bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar