Abşeronda intihar hadisəsi baş verib
Hadisə rayonun Hökməli qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1962-ci il təvəllüdlü Şıxəhmədov Əlizadə Vəkil oğlu yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. (virtualaz.org)
pia.az