Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abdullah Gül İlham Əliyevi təbrik edib


Türkiyənin 11-ci Prezidenti Abdullah Güldən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib


PİA.AZ AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: "Əziz Qardaşım cənab İlham Əliyev. Sizə və ailənizə möhkəm cansağlığı, yüksək əhval-ruhiyyə diləyirəm. Ramazan ayını əmin-amanlıq içərisində başa çatdıran qardaş Azərbaycan xalqının daha neçə belə bayramlara qovuşmasını Allah-Təaladan arzu edirəm.

Bu ilin aprel ayında keçirilən seçkilərdə Azərbaycan xalqının etimad göstərərək Sizi yenidən Prezident seçməsini böyük məmnunluq hissi ilə qarşıladım. Ulu öndərimiz mərhum Heydər Əliyevin bu günə qədər müvəffəqiyyətlə davam etdirdiyiniz siyasətini eyni inam və qətiyyətlə daha da inkişaf etdirəcəyinizə əmin olaraq təbriklərimi çatdırıram. Qarabağ başda olmaqla mürəkkəb məsələlərin öhdəsindən gəlməyinizi, Azərbaycanın müstəqil, sabit və rifah içərisində yaşayan ölkə olaraq qazandığı uğurlarının yüksələn xətlə davam etməsini arzulayıram.

2017-ci il aprelin 11-12-də Bakıya səfərim zamanı mənə və məni müşayiət edən şəxslərə göstərdiyiniz qonaqpərvərlik, qədirbilənlik və alicənablığı unutmuram. Həmin səfər zamanı Sizə bəhs etdiyim təhsil işlərinə və xüsusilə anadan olduğum Kayseri şəhərində mənim adıma olan universitet ilə maraqlanmağınız və dəstək verməyinizə görə təşəkkürümü bildirirəm. Minnətdarlığımızın kiçik nişanəsi olaraq 375 tələbənin yaşadığı yataqxanaya böyük şərəflə ulu öndərimiz Heydər Əliyevin adını verdik. Bu yataqxananın xidmətindən istifadə edən tələbələr müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan Ulu Öndəri tanıyacaq və minnətdarlıq hissi ilə yad edəcəklər.

Fürsətdən istifadə edərək, Sizi və dəyərli həyat yoldaşınız Mehriban xanımı bayramlar münasibətilə bir daha təbrik edirəm.

Əziz Qardaşım cənab İlham Əliyev, Zati-alinizə və Azərbaycan xalqına xoşbəxtlik arzu edirəm".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar