Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abbasovların Gəncədəki biznes imperiyası necə çökdürülüb - Təfərrüat

Bu şəhərin sabiq deputatı Aydın Abbasovun icra başçısı olayına reaksiyasının səbəbi üzə çıxır...


Gəncənin icra başçısı Elmar Vəliyevin güllələnməsi, bu hadisənin ətrafında cərəyan edən motivlər ölkə gündəminin əsas mövzularından biri olmaqda davam edir.

 Hadisəyə verilən reaksiyalar da müxtəliflik təşkil edir.  Bu ərəfədə Gəncənin sabiq deputatı, Abbas Abbasovun oğlu Aydın Abbasovun hadisəyə verdiyi reaksiya xüsusi diqqət çəkdi. Belə ki, sabiq deputat düşmənçilik həddində olduğu Elmar Vəliyevin güllələnməsinə iki bənd şeirlə sevinirmiş kimi münasibət bildirib. Onun facebook-da paylaşdığı bu 2 bənd şeirdə gəncəlilərə xəyanətdən və buna görə cəzadan söz açılır:

“Gəncə xəzinədir əzəl binadan,

Qədir bilməyənə Gəncə qənimdir.

İndi gəncəlilər dursa kənarda,

Hər gələn deyər ki, Gəncə mənimdir.

Gəncəni sevənə Gəncə gencədir,

Ədalət hər şeydən burada öncədir.

Kim etsə xəyanət gəncəlilərə,

Qisməti ya möhnət, ya işgəncədir!"

“Bəs Abbasovlar niyə qəzəblidirlər” sualının cavabını Gəncədə çoxları bilir. Xatırladaq ki, Abbas Abbasov 1992-ci ildən 2006-cı ilədək ölkənin baş nazirinin birinci müavini vəzifəsində çalışıb. Aydın Abbasov isə 2005-2015-ci illərdə Gəncə şəhəri üzrə 37 saylı Nizami seçki dairəsindən iki dəfə deputat olub.

Vəzifədə olduqları müddətdə Abbasovlar ailəsi Gəncədə böyük biznes imperiyasına malik olub. İddialara görə, bura elektrik avadanlıqlarının, tikinti materiallarının istehsalı, onların topdan və pərakəndə satış mərkəzləri, tikinti obyektləri, Türkiyədəki şirkətlərinin filialları daxil idi. Deyilənə görə, bu biznes imperiyası Gəncənin sabiq icra başçısı Eldar Əzizovun dövründə daha da çiçəklənib. Səbəb isə Abbasovlarla sabiq icra başçısı arasındakı yaxşı münasibətlər olub. Belə ki, Abbas Abbasov vəzifəsi dövründə E.Əzizovun vəzifə pillələrində irəliləməsinə dəstək olub, onun şəhərin icra başçısı vəzifəsinə gətirilməsində xüsusi canfəşanlıq edib.

Lakin 2011-ci ilin fevralında Elmar Vəliyev Eldar Əzizovu əvəzlədikdən sonra vəziyyət dəyişməyə, Abbasovların biznes imperiyasına zərbələr dəyməyə başladı. Elə həmin il mətbuatda Abbasovlara məxsus, qiyməti 1,5 milyon manat dəyərləndirilən özəl mülkün yerlə yeksan edildiyi barədə məlumatlar yayıldı. Sonradan məlum oldu ki, həmin mülk Mədəniyyət Nazirliyinin balansında olan “Yaşıl teat”rın binasıdır. Deyilənə görə, Abbas Abbasov mülkünün uçurulduğu barədə ən son xəbər tutub. Olaydan bir neçə gün əvvəl isə Abbasovla Elmar Vəliyev arasında bu məsələ ilə bağlı söhbət olub. İcra başçısı şəhəri abadlaşdıracağını və bu binanın ərazinin görkəmini pozduğunu əsas gətirərək onu sökməkdə qərarlı olduğunu bildirib. Nəticədə tərəflər arasında böyük mübahisə düşüb. Hətta məsələyə dair ölkə rəhbərliyinə də məlumat çatdırılıb. Lakin Vəliyev öz dediyində qalaraq binanı uçurdub.

Aydın Abbasov bu məsələyə münasibət bildirərkən həmin obyektin onlara hər hansı bir formada aid olmadığını demişdi. Əksəriyyət onun açıqlamasının gözlənilən olduğunu bildirirdi. Çünki qanunla deputat bizneslə məşğul ola bilməz. Bu səbəbdən onun mülkün onlara aid olduğunu inkar etmək məcburiyyətində qaldığı deyilirdi.

Bir faktı da qeyd edək ki, “Yaşıl teatr” Gəncədə Qafqazın və Azərbaycanın ən qədim parklarından biri olan “Xan Bağı”nın ərazisində yerləşirdi. Sovet dövründə musiqiçilərin və musiqisevərlərin sevimli konsert məkanına çevrilən teatr 1989-cu ildən fəaliyyətini dayandırmışdı. Beləliklə, şəhərin məşhur “Xan Bağı”nın bir guşəsində yerləşən teatr uzun müddət fəaliyyətsiz qaldığından bərbad vəziyyətə düşmüşdü. Bu isə bağın görkəminə təsirsiz ötüşmürdü.

2006-cı ilin dekabrında mədəniyyət naziri Əbülfəs Qarayev Gəncədə olarkən teatrın binası ilə tanış olmuş və binanın təmir olunması ilə bağlı təkliflər etmişdi. Həmin vaxt mətbuatda yayılan məlumata görə, təmir üçün 500 min ABŞ dolları məbləğində vəsait tələb olunur. Həmin illərdə “Xan Bağı” və onun ətrafındakı binalar təmir edilməsinə baxmayaraq bağın bir guşəsində yerləşən bu bina təmin edilməmiş qaldı. Üstəlik, binanın ətrafı hərbi brezentə oxşar materialla hasarlı vəziyyətdə idi. Binanın hansı səbəbdən təmir edilmədiyi məsələsinə gəldikdə isə iddialar var idi ki, bu bina özəl mülkdür, Abbasovlar tərəfindən özəlləşdirilib.

2013-cü ildə prezident seçkiləri ərəfəsində A.Abbasovun “Milyarderlər İttifaqı” yaradaraq rəsmi Bakıya  müxalifət olması hakimiyyətlə münasibətlərini pozdu. Bundan sonra E.Vəliyev Abbasovlarin Gəncədəki dayaqlarını tamamilə çökdürməyə, obyektlərini əlindən almağa, bizneslərini sıfırlamağa başladı.

Digər məlumatlara görə isə 2013-cü ildə Elmar Vəliyevin göstərişi ilə deputat toxunulmazlığı daşımasına baxmayaraq, Aydın Abbasov Gəncə polisi tərəfindən saxlanılıb, təhqirlərə məruz qalıb. Bakının müdaxiləsindən sonra Aydın Abbasov bir daha Gəncəyə ayaq basmamaq şərti ilə sərbəst buraxılıb.

Beləliklə, 2013-cü ildən başlayaraq Abbasovlarla Elmar Vəliyevin münasibətləri düşmənçilik həddinə çatıb. Bu baxımdan Aydın Abbasovun Elmar Vəliyev olayına ironik  münasibət bildirməsi təsadüfi deyil...(müsavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar