Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abbas Abbasovun deputat oğlu həbs edilə bilər


Baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun qardaşı Nadir Abbasovun həbsi barədə məlumat vermişdik


Həmin məlumatda bildirilirdi ki, Nadir Abbasov Azərbaycan Beynəlxalq Bankından külli miqdarda kredit götürdüyünə görə DIN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə aparılıb.

 Onun hazırda da həmin idarədə saxlandığı bildirilir.

Bu xəbər hələ nə rəsmi qurumlar, nə də Abbas Abbasovun yaxınları tərəfindən təkzib olunub.

Dünən əldə etdiyimiz məlumatda isə deyilir ki, Nadir Abbasovun həbsi həm də Azərbaycan hakimiyyəti ilə Abbas Abbasov arasındakı gərginliklə bağlıdır.

Qeyd edək ki, "Milyarderlər Ittifaqı” yaradıldıqdan sonra Abbas Abbasov Azərbaycan hakimiyyətinin hədəfinə gəlib. "Milyarderlər Ittifaqı”nı Kremlin məkrli layihəsi hesab edən hakimiyyət özünə yönəlik bu projedə Abbas Abbasovun da əsas rol almasını həzm edə bilmir. Abbas Abbasov dəfələrlə ölkə başçısı Ilham Əliyevə sadiq olduğunu bəyan etsə də, hakimiyyət onun səmimiliyinə inanmır və baş nazirin keçmiş birinci müavininə zərbə vurmaq səylərini davam etdirir. Bəzi məlumatlara görə artıq Abbas Abbasovun Azərbaycandakı biznesi tamamilə çökdürülüb.

Yeni məlumatda isə deyilir ki, Nadir Abbasovun həbsindən sonra Abbas Abbasovun deputat oğlu Aydın Abbasova da həbs təhlükəsi yaranıb. Iddialara görə, hakimiyyət Abbas Abbasova sarsıdıcı zərbə vurmaq üçün Aydın Abbasovun da həbsini nəzərdən keçirir.(azadlıq.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar