Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abbas Abbasovla Jirinovski davasının sirri nədir?


Dünən sosial şəbəkələrdə Rusiya prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi, “Azerros”un sabiq sədri Söyun Sadıqovun müxtəlif şəkilləri yayılıb. Yayılan görüntülərdə diqqət çəkən məqamlardan biri Sadıqovun Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskiylə birgə şəkil çəkdirməsidir.


Son vaxtlar “Azerros”un fəxri prezidenti, Baş nazirin sabiq 1-ci müavini Abbas Abbasovla Söyün Sadıqovun Jirinovskiyə qarşı başlanan hücumları, onu hətta məhkəməyə vermələri fonunda bu fotonun özü maraqlı və çox adamın bilmədiyi bir məqamdan xəbər verir.
 
PİA.AZ bildirir ki, bu barədə “Axar.az”a elə Söyün Sadıqovun rəhbəri olduğu “Azerros”dakı mənbədən şok məlumat daxil olub.
 
Mənbənin dediyinə görə, Sadıqovla Jirinovskinin münasibətləri çox sıcaq olub. Demək olar ki, “Azerros”un təşkil etdiyi elə bir Novruz bayramı olmayıb ki, Jirinovski stolun başında oturmasın. Münasibətlərin korlanması isə 2005-ci ilə təsadüf edir.
 
“Həmin il Moskva Şəhər Dumasına seçkilər keçirilirdi. Soyun Sadıqovun adı RLDP-nin partiya siyahısında ilk sıralarda olmalıydı. Bunun üçün Sadıqov Jirinovskiyə 400 min dollar ödəmişdi, Sadıqov bu barədə harda gəldi danışırdı və deputat seçiləcəyinə inanırdı. Sadıqov özündən başqa digər bir azərbaycanlı iş adamı, “ŞAQ+” şirkətinin sahibi Şamil Qurbanovun da təxminən o qədər pulunu alıb Jirinovskinin adından ona vəd vermişdi. Amma seçki ərəfəsində məlum oldu ki, Sadıqovun və Qurbanovun adları ümumiyyətlə RLDP-nin seçki siyahısında yoxdur. Jirinovski bu addıma məcbur olduğunu deməklə yanaşı, pulları yaxın ayda qaytaracağına söz vermişdi. Amma o ay-bu ay, düz 9 ildir ki, pullar qaytarılmır. Sadıqov isə ara-sıra Jirinovskinin hərəkətləri barədə sərt bəyanatlar veməklə Vladimir Volfoviçə təsir etmək istəsə də, Jirinovski də dinc dayanmır. Ara-sıra azərbaycanlıların əleyhinə bəyanatlar verəndə yenidən Sadıqovun qəzəbinə gəlir”.
 
Mənbəmizin məlumatına görə, Qarabağa görə  Sadıqovun Jirinovskiyə qəzəbli olması barədə deyilənlər yalnız görüntüdür: “Belə olmasaydı, Söyün Sadıqov Beynəlxalq Qarabağ Fondu kimi bir qurumu bağlamaz, Rusiya Ədliyyə Nazirliyində qeydiyyatını ləğv etdirməzdi. Onu sadəcə verdiyi paralar düşündürür”. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar