Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abbas Abbasovdan Rusiya prezidentinə şikayət hazırlanır


“Milyarderlər İttifaqı” rəhbərinin revanş planına zərbə; “AzerRos” ətrafında intriqa yeni mərhələyə keçib; Kreml başçısı təşkilatın gələcəyi məsələsində rəsmi Bakının iradəsini də ciddiyə alacaqmı?..


Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti - “AzerRos”un yanvarın 17-də Moskvada keçirilən növbədənkənar qurultayı haqda məlumat vermişdik. Yada salaq ki, qurumun fəxri sədri Söyün Sadıqovun rəhbərliyi ilə baş tutan toplantıda Azərbaycanın baş nazirinin sabiq 1-ci müavini Abbas Abbasovun sədri olduğu “AzerRos” Ağsaqqallar Şurası ləğv edilib, onun bilavasitə dəstəyi ilə prezident olmuş Asif Məhərrəmov isə rəhbərlikdən uzaqlaşdırılıb.

Bundan əlavə, təşkilatdaxili konsensusun əldə olunması naminə yeni prezident seçilməsi təxirə salınıb və qurultay öz işini martın 6-dək təxirə salıb. Lakin az sonra qurumun rəsmi saytı olan azerros.ru-da “AzerRos”un Federal Şurasının sədri Mehriban Sadıqovanın bəyanatı yayılıb. Bəyanatda 17 yanvar tədbiri qeyri-legitim hesab edilib, tədbir iştirakçıları isə “AzerRos”da hakimiyyəti ələ almaqda ittiham olunublar. O da bildirilib ki, “AzerRos” ofisində (qurumun ofisi, rəsmi saytı Abbas Abbasov tərəfdarlarına məxsusdur - S.S.) qurultaya hazırlıq müzakirə edilərək 7 nəfərdən ibarət təşkilat komitəsi yaradılıb və ali (yəni alternativ -S.S.) tədbir mart ayında keçiriləcək. 

Başqa sözlə, qurum daxilində iki hakimiyyətliliyin mövcud olması artıq gerçəklikdir. Ötən yazıda qeyd elədiyimiz kimi, çox güman ki, martda Abbas Abbasov tərəfdarları da öz qurultayını keçirərək Sadıqovanı yeni sədr seçməyə, revanş götürməyə çalışacaqlar. Ancaq bir çox müşahidəçilərə görə, qurultayın birinci hissəsi artıq reallaşıb və onun ilkin yekunu “Milyarderlər İttifaqı”nın (RATİ) rəhbəri kimi Abbas Abbasov və tərəfdarları üçün məğlubiyyətlə yekunlaşıb.


 
Qənaətin təsdiqinə işləyən mühüm faktlardan biri budur ki, Abbasovun “AzerRos” rəhbərliyindən uzaqlaşdırıldığı tədbirdə Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov iştirak edərək qurultay iştirakçılarını təbrik edib, onlara uğurlar diləyib. Yəni ortada rəsmi Bakının da siyasi iradəsi və qətiyyəti hiss olunur. 

Sadalananlara rəğmən, gələn məlumatlardan belə görünür ki, şərti desək, “məğlub” tərəf sakit oturmaq niyyətində deyil və qurum uğrunda mübarizəni mümkün, hətta qeyri-mümkün vasitələrlə davam etdirmək əzmindədir. Bu xüsusda təşkilat daxilindəki və ətrafındakı son durumla bağlı əldə elədiyimiz yeni təfərrüatları mövzuya marağını nəzərə alaraq, oxucuların diqqətinə çatdırırıq.  
     
Yeni təfərrüatlardan biri qurultay ərəfəsi situasiya ilə bağlıdır. Bəlli olur ki, tədbirin baş tutmaması üçün Abbasov tərəfdarları əllərindən gələni edib, hətta onun alınmaması üçün OMON qüvvələrindən belə istifadə olunub. Halbuki qurultay iştirakçıları arasında Azərbaycan səfirinin müavini, rəsmi şəxs sayılan Qudsi Osmanov da olub. 

O da bildirilir ki, Asif Məhərrəmov və Abbas Abbasovdan narazı fəal üzvlər mütəmadi təqib edilib, onlar haqda, onların “qanunsuz biznesi” haqda hüquq-mühafizə orqanlarına anonim məlumatlar göndərilib, əsassız yoxlamalar həyata keçirilib, bir sıra digər təzyiq üsullarından istifadə olunub. 



Belə görünür, 17 yanvar tədbirindən sonra bu təqib və təzyiqlər güclənəcək. Ələlxüsus, Asif Məhərrəmovun Rusiya hüquq-mühafizə orqanlarında əlaqələrindən yararlanaraq buna getdiyi, 17 yanvar tədbirini pozmağa çalışdığı qeyd edilir. Onun özü də etiraf edir ki, bütün bunları birbaşa Abbas Abbasovun göstərişi ilə edir. Elə bunun nəticəsində tədbirin keçirildiyi əraziyə polis qüvvələri yeridilib, elektrik kəsilib.

Lakin bu kimi “kontur-tədbirlər” qurultaya mane ola bilməyib. Polislə qarşıdurma baş verməsə də, faktın özü Asif Məhərrəmovun müraciətinə Moskva hüquq-mühafizə orqanlarının çevik reaksiyası diqqət çəkib. Bundan əlavə, məlum olub ki, regionlardan qurultay nümayəndələrinə FSB (FTX) əməkdaşları təzyiq edərək, onlardan israrla Moskvaya getməməyi xahiş ediblər... 



Bu kimi faktlar əlbəttə ki, Abbasov-Məhərrəmov tandeminin “yuxarılarla” yaxşı əlaqələrinin olduğunu bir daha təsdiq edir. Ancaq gerçək həm də budur ki, son anda rəsmi Kreml qurultayın işinə mane olmayıb. Çatan başqa məlumata görə isə mövcud durumla bağlı azərbaycanlılar Rusiya prezidenti Vladimir Putinə müraciət ünvanlamağa, bu müraciətdə təşkilat və diaspora daxilində “Rusiyanın imicinə xələl gətirən” konfliktin mahiyyətini onun diqqətinə çatdırmağa hazırlaşırlar. Yəni faktiki, şikayət xarakterli bir müraciətdən söhbət gedir.

Demək, Kremlin məsələyə hansı reaksiyanı verəcəyi, onun sadıqovçulara, yoxsa Abbasovçulara “yaşıl işıq” yandıracağı, yaxud hansı qurultayı legitim sayacağı və yekun etibarilə rəsmi Bakının məsələdə siyasi iradəsini ciddiyə alıb-almayacağını zaman göstərəcək. 
Söz yox ki, Abbas Abbasovun Kreml administrasiyasında dayaqları kifayət qədər güclü hesab edilir. İkinci yandan, Abbas Abbasov məhz 2013 prezident seçkiləri ilində RATİ rəhbəri kimi məhz Kremlə görə özünü Bakı ilə düşmən edib və hələ də siyasi reabilitasiya ala bilməyib. Bu “xidmətlər” nəzərə alınacaqmı? 

Martın 6-na kimi gözləyək.(musavat.com)

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Ən çox oxunanalar