Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abbas Abbasov Heydər Əliyev haqqında


Abbas Abbasov: “Heydər Əliyev elə bir adam idi ki...”


Baş nazirin keçmiş I müavini, Rusiya azərbaycanlıların lideri Abbas Abbasov bu gün Azərbaycanın mərhum eks-prezidenti Heydər Əliyevin vəfatının 10 illiyi ilə bağlı yazı ilə çıxış edib.

Yazı azerros.ru saytında yerləşdirilib.

Abbas Abbasovun yazısının tərcüməsini oxuculara çatdırırıq: 

Dekabrın 12-də Azərbaycanın ən layiqli övladlarından birini - Heydər Əlirza oğlu Əliyevi itirməsinin 10 ili tamam olur.

Mən özümü xoşbəxt insan hesab edirəm, belə ki, Heydər Əliyevin yaxın tərəfdaşı və həmfikiri olaraq 12 il ərzində onun rəhbərliyi altında işləmişəm.

Heydər Əliyev müxtəlif sosial təbəqələrə, millətlərə və inanclara malik böyük sayda insanlarla ünsiyyətdə olaraq hər biri ilə dil tapırdı. Bu xətti - inancından və sosial mənsubiyyətindən asılı olmayaraq istənilən adamla bərabər ünsiyyət qurmaq bacarığını istisnasız olaraq hamı qəbul edirdi.

Mən xatırlayıram ki, hər söhbətdə Heydər Əliyeviç problemin mahiyyətinə, həmsöhbətin düşdüyü vəziyyətin məğzinə necə nüfuz edirdi. Bu, dövlətlərin taleyinin müzakirə olunduğu hallara da aid idi. Mən Heydər Əliyevin müxtəlif dövlətlərin başçıları ilə görüşlərində dəfələrlə iştirak etmişəm. O, heç vaxt öz qaydalarını və xarakterini dəyişmirdi, özünü təmiz və dürüst siyasi xadim kimi göstərirdi, hətta ən mürəkkəb siyasi debatlarda da səmimi olurdu.

Məsələn, MDB dövlət başçılarının iclaslarında anlaşılmazlıq və həmkarlar tərəfindən etimadsızlıq meydana çıxanda hamıdan əvvəl məhz Heydər Əliyev özünəməxsus müdrikliyi və taktı ilə qarşılıqlı məqbul həll yolu təklif edirdi.



Bu qabiliyyət hər siyasətçiyə verilmir. Heydər Əliyevin bu qabiliyyəti ona dahiyanə şəkildə insanları dinləmək və eşitməkdə, ən mürəkkəb problemlərin həllində optimal yol tapmaqda kömək edirdi.

O, heç vaxt həmsöhbətinə diqqətsizlik göstərib incitmirdi və ya öz nüfuzu ilə ona təzyiq etmirdi. Əgər kimisə nəyəsə inandırmaq lazım gəlirdisə, Heydər Əliyev dəqiq arqumentlərdən istifadə edir və onu düzgün qərar qəbul etməyə ağılla sövq edirdi. Onun üçün istənilən mübahisədə heç bir halda həmsöhbətinə təzyiq etməyə və incitməyə, xüsusən də təhqir edib alçaltmağa yer yox idi.

Qeyd etmək istəyirəm ki, Heydər Əliyev gözəl natiq idi, sadə və obrazlı danışırdı, həmsöhbətini meydana çıxan mübahisələr zamanı inandırmaq üçün heyrətamiz cazibəyə malik idi. O, söhbəti həmişə elə qururdu ki, onunla ünsiyyət istənilən adam üçün asan olurdu və elə təəssürat yaranırdı ki, çoxdankı tanışlar söhbət edir.

Bu, məxsusi və çox nadir qabiliyyətdir. Bu qabiliyyəti, cazibəsi, möhtəşəm yumor hissi və ironiyası onu parlaq, unudulmaz şəxsiyyətə çevirirdi.

Heydər Əliyeviç həmişə alimlərin mövqeyinə xüsusi diqqətlə yanaşırdı və heç vaxt etiraf etməkdən utanmırdı ki, nəyisə başa düşməyib. Bu halda o, ətraflı izahat xahiş edirdi, bu izahatı alandan sonra problemə mütəxəssisdən heç də pis yanaşmırdı.

Bundan başqa, o, fenomenal yaddaşı sayəsində faktları və rəqəmləri dəqiq yadda saxlayırdı, hamının unutduğu məqamları öz yaddaşından tapıb çıxarırdı.

O, təkcə görkəmli siyasətçi deyildi, həmişə qarşısında qlobal vəzifələr qoyan və onların həllinə nail olan, eyni zamanda çox işıqlı insan idi.

Azərbaycan tarixinin ən mürəkkəb dövrlərinin birində Heydər Əliyev kənarda qala bilmədi və əsl vətənpərvər kimi öz xalqı ilə birlikdə oldu. O, respublikanın rəhbərliyinə qayıdaraq təkcə bütün çağırışlara cavab verməklə və bütün təhdidləri dəf etməklə kifayətlənmədi. Eyni zamanda öz xalqının mədəniyyətini və tarixini də qoruyub saxladı.

Tamamilə ədalətlidir ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı günü Milli Qurtuluş Günü kimi qeyd olunur...

Bəli, ümumimmilli lideri kim xatırlayırsa, kim onun haqqında yazmaq üçün qələmə əl atırsa, hamı etiraf edir ki, Heydər Əliyev şəksiz olaraq parlaq, talantlı, əvəzolunmaz şəxsiyyətdir.

O, şübhəsiz ki, təkcə ailəsində deyil, bütün Azərbaycanda və dünyada anılmağa layiqdir. Heydər Əliyev bizim xatirələrimizdə öz vətənini sonsuz şəkildə sevən, müstəqil Azərbaycanın vətəndaşları və onların gələcəyi üçün çox şeyə nail olan insan kimi qalacaq.

Ruhu şad olsun... 

Abbas Abbasov, “AzerRos” Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti Ağsaqqallar Şurasının sədri, Rusiya Xalqları Assambleyasının Şurasının sədr müavini”. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar