Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AZTV sədrinə ağır ittihamlar

Şamaxıda fermer təsərrüfatı yağmalanıb, toyuq, hinduşka, həmçinin “Aqrolizinq” ASC-dən icarəyə götürülmüş traktorları aparılıb


Şamaxı rayonu Qızmeydan kəndinin sakini Səlimə Sadıqova ilə Kənd Təsərrüfatı Nazirliyinin “Aqrolizinq” açıq səhmdar cəmiyyəti arasında borc üstündə mübahisə yaranıb.

 Cəmiyyət haqlı olaraq S.Sadıqovadan icarəyə götürülmüş texnika ilə bağlı yaranmış 4.455 manat borcu tələb edir. Lakin, sözügüdən texnika aparılıb və şikayətçinin fermer təsərrüfatı dağıdılıb.

Bu barədə BakuPost.az-a məlumat verən S.Sadıqova bildirib ki, AzTV QSC-nin rəhbəri Arif Alışanovun həbs etdirdiyi keçmiş həyat yoldaşı Şücayət Əkbərovdan üç il əvvəl ayrılıb. Boşanmadan sonra ona düşən əmlakı məhkəmə yolu ilə alaraq ayrıca təsərrüfat yaradıb. “Lakin buna baxmayaraq, Alışanovun istintaq qrupu keçmiş həyat yoldaşımın ayağına yazdığı saxta cinayət işi ilə heç bir əlaqəsi olmadığı halda mənim də Çuxuryurd kəndində 20 il əvvəl tikilmiş evimi və torpağımı əlimdən alıb əvəzsiz olaraq AzTV sədrinin bacısı qızı Nilufər Cəfərovanın adına keçiriblər”.

C.Sadiqova daha sonra bildirib ki, A.Alışanov qohum-əqrabalarına məxsus olan və lizinqə götürdükləri iki traktoru, bir transfarmatoru, Çuxuryurd və Mədrəsə kəndlərindəki həyətyanı sahədə və fermada saxladıqları 300-dən çox toyuq və hinduşkanı, 150-dən çox qoyunu, anbardakı tonlarla taxılı, 46 baş iri-buynuzlu mal-qaranı da ata malı kimi ələ keçirərək onlarca insanı işsiz və çörəksiz qoyublar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar