Cümə, 22 Fevral 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

AZTV sədri ilə bağlı məhkəmədə qalmaqal - Hakim onu qovdu


AZTV- ə sədri Arif Alışanov və onun ailə üzvlərinə qarşı sui-qəsddə təqsirləndirilən Şücaət Əkbərov, Qoçalı Cəbiyevin, Zöhrab Şirinovun, Aqşin Hüseynovun barələrindəki cinayət işi üzrə məhkəmə davam edib


Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin   sədrliyi ilə keçirilən prosesdə Şücaət Əkbərovun vəkili texniki vasitələrdən istifadə olunmaqla Arif Alışanov və qızı Nigar Alışanovun dindirməsini istəyib.

Vəkil eyni zamanda bildirib ki, Şücaət Əkbərov barəsində məhkəmə tibbi ekspertizası keçirilməlidir. Hakimlər yerində müşavirə edərək vəsatətləri təmin etməyib.

Təqsirləndirilən Şücaət Əkbərovun vəkili məhkəməyə siyahı təqdim edərək siyahıda olan şəxslərin əlavə şahid qismində məhkəmədə  dindirilməsini tələb edib.

Bu vəsatət də təmin edilməyib.

Şücaət Əkbərovun digər vəkili müvəkkili barəsində verilən 178-ci( dələduzluq)maddəsi üzrə məhkəmə texniki mühasibatlıq ekspertizasının keçirilməsini tələb edib.

Bu vəsatətdə təmin edilməyib. Çıxış edən təqsirləndirilən Qoçəli Cəbiyev hakimi təhqir edib. Bu zaman hakim onu məhkəmə zalından uzaqlaşdırıb.

Prosesdə məhkəmə istintaqı başa çatdırılıb.

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

İttihama görə, Ş. Əkbərov 2013-cü ilin iyul ayından 2017-ci ilin yanvarınadək Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək mütəşəkkil dəstə yaradıb, qanunsuz olaraq silah, döyüş sursatı əldə edib, sifarişlə iki və daha çox şəxsi qəsdən öldürməyə cəhd edib.  O, A. Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını ələ keçirmək istəyib.

S. Əkbərov yaxın münasibətlərdə olduğu Musabi Namazov, Qoçəli Cəbiyev, onun vasitəsi ilə isə Zöhrab  Şirinov ilə A. Alışanovu öldürmək barədə razılığa gəlib, cinayət planını hazırlayıb və mütəşəkkil dəstəyə rəhbərlik edib. Bunun müqabilində dəstə üzvləri Q. Cəbiyevlə M. Namazova 600 min manat pul verəcəyini vəd edib.

2016-cı ilin dekabr ayının 13-də Şamaxı rayonunun Mədrəsə qəsəbəsindəki evinə gələcəyini qabaqcadan bildiyi A. Alışanovu, onun qızı Nigar Alışanovanı və sürücüsü Hacı Babayevi öldürməsini sifariş verib.

Lakin sonradan dəstə üzvü M. Namazov bu cinayətdən könüllü olaraq imtina edib.

Ş. Əkbərov 2016-cı ilin dekabr ayında A. Alışanovu qəsdən öldürmək məqsədilə başqa şəxs tapmaq barədə dəstə üzvü Q. Cəbiyevə yenidən tapşırıq verib. Q. Cəbiyev əvvəllər məhkum olunmuş tanışı Z. Şirinovla cinayəti törətmək məqsədi ilə 100 min manat qarşılığında razılığa gəlib. Bir qədər sonra A. Alışanovun, onun bacısı oğlu Dəyanət Cəfərovun içərisində olduğu “Toyota land Cruiser” markalı 99-AA- 400 dövlət nömrə nişanlı avtomaşını Çuxuryurd- Şamaxı şosesi yolunda hərəkətdə olarkən yüksək sürətdə vuraraq hündürlükdən dərəyə salmaq barədə plan hazırlanıb.

Q. Cəbiyev telefonla Z. Şirinova zəng edib, cinayətin törədilmə vaxtı A. Alışanovun içərisində olacağı avtomaşının markası, rəngi, dövlət nömrə nişanı barədə məlumatlandırıb.

Lakin A. Alışanov gözlənilmədən öz avtomaşınına deyil, VAZ 21214 “NİVA” markalı, 10-LR-099 dövlət nömrə nişanlı avtomaşına əyləşib və Ş. Əkbərov bu barədə dəstə üzvləri Q. Cəbiyev və Z. Şirinovu xəbərdar etməyə imkan tapmayıb.

Plana əsasən, Q. Cəbiyev Çuxuryurd kəndindən keçib Şamaxı şəhərinə doğru hərəkət edən “Toyota Land Cruiser” markalı avtomaşını özünün idarə etdiyi VAZ 21214 “NİVA” markalı avtomaşınla bir neçə dəfə arxa sol və orta hissəsindən vuraraq yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyərək idarəetməni itirib.

S. Əkbərov qəsdən adam öldürmə cinayətinin icrası üçün qrup üzvlərinə vəd etdiyi 100 min manat pulun bir hissəsini Z. Şirinova verib. Təqsirləndirilən şəxs 2017-ci ilin yanvar ayının 11-də növbəti dəfə A. Alışanovu Şamaxı rayonunda odlu silahdan istifadə etməklə qəsdən öldürmək qərarına gəlib.

Lakin yenə planları baş tutmayıb. Ş. Əkbərov sürücüsü Aqşin Hüseynov və mütəşəkkil dəstənin üzvü Q. Cəbiyev vasitəsilə avtomat silahı Z. Şirinovdan geri alaraq, yenidən A. Alışanovla Şamaxı rayonunun ərazisində görüşəcəkləri barədə razılığa gəlib. Həmin gün Şamaxı rayonunun Mədrəsə qəsəbəsində yerləşən su hovuzuna baxmağa apararkən odlu silahlardan atəş açmaqla qəsdən öldürmək barədə dəstə üzvləri Q. Cəbiyev, M. Namazov və Z. Şirinovu təlimatlandırıb.

M. Namazov dəstə üzvləri tərəfindən törədiləcək qəsdən adam öldürmə və qanunsuz silah əldə etmə, daşıma, gəzdirməklə saxlama əməlləri barədə polis orqanlarına vaxtında məlumat verib. Polis əməkdaşları Ş. Əkbərovu, Q. Cəbiyevi,  A. Hüseynovu və Z. Şirinovu saxlayıb.

Məhkəmənin qərarı ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinovun barəsində həbs qətimkan tədbiri seçilib.

pia.az
Etiket:
loading...