AXCP Şəki rayon təşkilatının sədri Rauf Əbdülrəhmanlıya 20 sutka həbs cəzası verilib
PİA.AZ “Qafqazinfo”-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının mətbuat katibi Natiq Ədilov facebook səhifəsində məlumat verib.
Cəbhəçilərin sözlərinə görə, buna səbəb onun həbsdə olan jurnalistlər Xədicə İsmayılın, Seymur Həzinin və əvvəllər həbs edilmiş digər fəalların portretlərini divarlara yapşdırmağıdır.
Qeyd edək ki, AXCP Ali Məclisinin Şəkidən olan üzvləri Əli Abdullayev və Mübariz Əbdülkərimov da yanvarın 16-da 30 sutkalığa həbs ediliblər.
pia.az