Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AXCP-də “təmizləmə işi”nə start verilir


Sabah iki nüfuzlu partiya üzvünün çıxarılacağı barədə xəbərlər yayılıb; yayılan məlumatda qurumla bağlı şok faktlar ortaya çıxıb


Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) daxilində sular durulmur. Yaxın günlərdə qurumdan iki nüfuzlu şəxsin qovulacağı barədə xəbərlər yayılıb. 

Bu şəxslər AXCP Nərimanov şöbəsinin təşkilatı məsələlər üzrə şöbə müdiri Ağaşirin Tanrıverdioğlu və AXCP Gənclər Komitəsinin gənclər üzrə sədr müavini Dəyanət Babayevdir. 

Bu barədə redaksiyamıza etibarlı mənbədən məlumat daxil olub. Mənbə qeyd edib ki, A.Tanrıverdioğlu və D.Babayev son zamanlarda sosial şəbəkələrdə partiya rəhbərliyini açıq şəkildə tənqid etdiklərinə görə çıxarılacaqlar. Artıq AXCP rəhbərliyinin səbr kasası dolub. Dəfələrlə bu şəxslər barədə rayon şöbəsinin sədrinə məlumat verilib. Hətta mənbə onu da qeyd edib ki, partiya rəhbərliyi çıxarılacaq şəxslərin BAXCP sədri Qüdrət Həsənquliyev və bir müddət öncə Əli Kərimlinin müavinlikdən azad etdiyi Razi Nurullayevdən pul aldıqlarını iddia edir. Bu ittihamı əsas götürüb, qeyd etdiyimiz şəxslərə qapı göstəriləcəyi deyilir. Onların partiyadan çıxarılacağı gün də məlumatda göstərilib. Belə ki, həmin şəxslərin mayın 8-də saat 19:30-da keçiriləcək Nərimanov rayon şöbəsinin Məclisinin toplantısında çıxarılacağı bildirilib.  Rayon rəhbərliyinə bu barədə tapşırıq verilib. Adlarını çəkdiyimiz partiya üzvləri Məclisin toplantısına çağırılıb. Məclisdə indiyə qədər iki dəfə yetərsay olmadığına görə, A.Tanrıverdioğlu və Dəyanət Babayevin çıxarılması məsələsi ləngiyib. Mənbə əslində bu şəxslərin iki ay öncədən qovulmasının planlaşdırıldığını söyləyib. Mənbə onu da qeyd etdi ki, rayon şöbəsinin rəhbərliyi həmin şəxslərin çıxarılacağını etiraf edib və tapşırığın yuxarıdan gəldiyini təsdiqləyib.

Məlumatda o da bildirilib ki, A. Tanrıverdioğlu mübarizəsinə və fəallığına görə, AXCP sədri Əli Kərimli  tərəfindən dəfələrlə mükafatlandırılıb. Dəyanət Babayev isə, hazırda üzərində 2.5 yarım şərti cəzası olan gənc fəaldır. Mənbə Ağaşirin Tanrıverdioğlunun AXCP rəhbərliyinin “qara siyahı”sına düşməsinə səbəb olan facebookda yazdığı statusu da göstərib: “Hər kəs içindən gələni, fikrindən keçəni cəmiyyətə açıq sözlə deyə bilmirsə, gizli qapılar arxasında gedən söhbətlər cəmiyyətə heç bir dəyişiklik gətirməyəcək. 25 ildir ki, eyni saqqızı çeynəyənlər Azərbaycan gəncliyinin taleyi ilə oynamasınlar. İrəli gənclik! Meydan sizindir!”.

Mənbə iddia edib ki, rəhbərliyin əleyhinə olan, AXCP ilə münasibətləri olmayan şəxslərlə əlaqələri olan bütün fəallar hədəfə götürülüb. Məlumatda A.Tanrıverdioğlunun “qara siyahı”ya düşməyinə səbəb olan amillərindən biri kimi, onun gəncləri dəstəkləməsi, rəhbərlikdə onların təmsilçiliyə yer verilməsi ilə bağlı fikirləridir. Mənbə bildirdi ki, Əli Kərimlinin qanunlarına tabe olmayan bütün şəxslər partiyadan çıxarılacaq. 

Qeyd edək ki, “Yeni Müsavat”ın 28 noyabr 2014-cü il tarixli sayında “AXCP-dəki həbslərin şok pərdəarxası” başlıqlı yazı getmişdi. Həbs olunanların partiya daxilindəki qrup savaşlarının qurbanları olduğu göstərilmişdi. Mənbə bu yazıdakı faktları təsdiqləyərək, hazırda AXCP-dən çıxarılacaq şəxslərin narazı qrupa yaxın olduqlarını bildirib. 
Mövzuda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar