Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AXC-nin 100 illiyinə həsr olunmuş konfrans keçirilib

Ombudsman Aparatı və AMEA Tarix İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş elmi - praktiki konfrans keçirilib


Ombudsman Elmira Süleymanova AXC-nin yaranmasını Azərbaycan tarixinin şərəfli dövrü adlandırıb.

O bildirib ki, AXC yaranan zaman ölkə və regionda vəziyyət çox ağır olub: "Cəmi 23 ay yaşamış müstəqil hökumət bir sıra uğurlar əldə edib. Qadınlara ilk dəfə seçki hüququnun verilməsi buna bariz nümunədir".

AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib ki, cümhuriyyət dövrü Azərbaycanın şərəfli tarixidir: "Müsəlman Şərqində, türk dünyasında respublikanı ilk dəfə biz yaratmışıq. Azərbaycan Xalq Cümhuriyyəti demokratik ənənələrə malik idi. Biz bu regionda imperiyalar yaradan xalqıq. Ona görə də Azərbaycan tarixində cümhuriyyətin yaranması tarixi bir hadisə idi. Azərbaycan Xalq Cümhuriyyəti tarixin ən çətin, mürəkkəb dövründə yaranmışdı".

Y. Mahmudov AXC-nin adı ilə bağlı mübahisələrə də aydınlıq gətirib: "Bəzən dövlətin adını Azərbaycan Demokratik Respublikası kimi təqdim edirlər. 1918-ci ildə yaradılmış dövlətin adı Azərbaycan Xalq Cümhuriyyəti olub. İstiqlal bəyannaməsində də dövlətin adı Azərbaycan Xalq Cümhuriyyəti kimi göstərilib".

Akademik İrəvanın ermənilərə güzəştə gedilməsinə yenidən baxılmasını da təklif edib.

Azərbaycan respublikasının AXC-nin siyasi varisi olduğunu deyən millət vəkili Elman Nəsirov AXC parlamentində 21 erməni deputatın təmsil olunduğunu diqqətə çatdırıb.

Konfrans çıxışlarla davam etdirilib.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar