Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ATV-nin “Yoxlama“ verilişinə oğurluq iddiası

Ukraynanın “Novıy kanal” televiziya kanalı Azərbaycanın “Azad Azərbaycan” Televiziyasını (ATV) ittiham edib


PİA.AZ “Report”a istinadən xəbər verir ki, “Novıy kanal”ın Hüquq Departamentinin rəhbəri Katerina Moroz bildirib ki, ATV onlara məxsus “Revizor” verilişini lisensiyasız öz versiyasında yayımlayır. Onun sözlərinə görə, ATV-də “Yoxlama” adlı verilişin yayımlandığı haqda xəbəri Azərbaycan vətəndaşı məktub vasitəsi ilə onlara çatdırıb.

Məlumata əsasən, “Novıy kanal” “Pyatnitsa” telekanalı ilə birlikdə ATV rəhbərliyinə intellektual və müəllif hüququnun pozulması haqda məktub göndərib. Məktubda verilişin yayımlanmasının dayandırılması da istənilib. Verilişin yaradıcı birliyinin rəhbəri Viktoriya Burdukova isə bildirib ki, başqasının intellektual mülkiyyətindən istifadə edərkən bunun üçün icazə istəmək və ödəniş etmək lazımdır. ATV-nin “Xəbərlər” departamentinin rəhbəri Vaqif Aydınoğlu  açıqlamasında deyib ki, ATV-yə “Novıy kanal” və “Pyatnitsa” telekanalından heç bir rəsmi məktub, rəsmi müraciət daxil olmayıb. O söyləyib ki, əgər həmin telekanaldan “Azad Azərbaycan” televiziyasına müraciət daxil olarsa, ondan sonra bu məsələyə münasibət bildiriləcək:

“Hamı çox söz deyə bilər, amma hələ rəsmi bir şey yoxdur. Qoy rəsmi etiraz məktubu göndərilsin, rəsmi sənəd yollansın ki, onun əsasında biz münasibət bildirə bilək”.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Ən çox oxunanalar