Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ATƏT sədri bölgəyə həmsədr kimi gəlib həmsədr kimi getdi


Səfərin nəticə verməməsi təşkilatın Qarabağ məsələsinin həllində gücsüzlüyünü və konkret plana malik olmadığını bir daha ortaya qoydu; rusiyalı politoloq: “Münaqişənin həllinə xalq diplomatiyasından başlamaq lazımdır...”


ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Valter Ştaynmayerin AzərbaycanErmənistana səfəri başa çatdı. Təəssüflər olsun ki, ümidlər bəslənilən bu səfər də ATƏT-in Minsk Qrupu həmsədrlərinin növbətçi səfərlərindən ciddi heç nə ilə fərqlənmədi. ATƏT sədri Qarabağa dair yeni və önəmli heç bir açıqlama vermədi. 

Səfərlə bağlı yeganə maraqlı detal o oldu ki, Ştaynmayer Xankəndinə getmədi, separatçı rejimin başçısı Bako Saakyanı İrəvanda qəbul elədi və Bakıda Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərliyi ilə də bir araya gəldi. Lakin konkret təkliflə çıxış eləmədi. Bəs səbəb?

“Atlas” araşdırmalar mərkəzinin bununla bağlı təhlil yazısında deyilir: “Birinci ona görə ki, ATƏT-in keçmiş sədrləri kimi hazırkı sədr Almaniya da Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirməkdə acizdir. Bunu Valter Ştaynmayerin İrəvan və Bakıda verdiyi açıqlamalar da göstərir. Halbuki aprel döyüşlərindən dərhal sonra Almaniya XİN Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə 7 maddəlik təkliflər paketinin olduğunu açıqlamışdı. Həmin təkliflərin nədən ibarət olduğu aydınlaşmadı, Ştaynmayer də bu məsələyə aydınlıq gətirmədi. Böyük ehtimalla, həmin təkliflər münaqişənin həlli ilə deyil, atəşkəsin qorunmasıyla bağlı olub.

İkincisi, Valter Ştaynmayerin bölgəyə səfəri zamanı verdiyi açıqlamalar da göstərir ki, Berlin ATƏT-ə sədrlik etdiyi müddətdə cəbhə bölgəsində atəşkəsin qorunmasına çalışır.

Çünki Ştaynmayerin Bakıda verdiyi açıqlamalardan aydınlaşır ki, Berlin yaxın zamanlarda danışıqlardan nəticə əldə edilməyəcəyi halda bölgədə növbəti eskalasiyanın yarana biləcəyindən ehtiyatlanır. Təsadüfi deyil ki, Almaniyanın xarici işlər naziri atəşkəs rejiminin möhkəmlənməsi üçün lazımi tədbirlər görüləcəyini bildirib. Bu tədbirlər haqqında prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində də fikir mübadiləsi aparılmışdı. Ancaq rəsmi Bakı ATƏT-in monitorinq qrupunun bir neçə nəfərlə artırılması xaricində “insidentlərin araşdırılması mexanizminin” əleyhinədir, çünki bu Ermənistanın maraqlarına cavab verir və status-kvonun uzanmasına aparır".

Qurumun təhlilində daha sonra deyilir: “Üçüncüsü, Valter Ştaynmayer Bakıda Qarabağdan olan məcbur köçkünlərlə görüşündə deyib ki, Berlin Dağlıq Qarabağın azərbaycanlı icmasının Dağlıq Qarabağın erməni icması ilə davamlı görüşlərinin keçirilməsinə çalışacaq. Bu təşəbbüsün reallaşması Azərbaycanın maraqlarına cavab verir. Ermənistan hakimiyyəti hər zaman Dağlıq Qarabağın separatçı liderlərini danışıqlara cəlb etmək istəyir. Rəsmi Bakı bunun əleyhinədir və mövqeyi belədir ki, Dağlıq Qarabağın erməni icması sonrakı mərhələdə danışıqlara qatıla bilər, bundan əvvəl isə Ermənistan qoşunları Azərbaycan ərazilərini tərk etməlidirlər. Bakı Qarabağın azərbaycanlı və erməni icması arasında dialoqun genişlənməsinin tərəfdarıdır. 

Ancaq İrəvan buna mane olur. Azərbaycan və Almaniya xarici işlər nazirlərinin Bakıda keçirdikləri birgə mətbuat konfransında iki yeni xəbər də diqqəti çəkdi. Birinci xəbər ondan ibarətdir ki, Fransanın AzərbaycanErmənistan prezidentlərinin növbəti görüşünü Parisdə təşkil etməsinə dair təklifi var. İkinci xəbər isə odur ki, Rusiya xarici işlər naziri Sergey Lavrov iyulun 4-də İrəvana və Bakıya səfər edəcək. Bu səfərlər və görüşlər hələ ki, münaqişənin həllinə yox, atəşkəsin uzunmüddətli olmasına köklənib”.

***
Bu arada prezidentlərin Vyana və Sank-Peterburq görüşlərinin yekunu ilə bağlı ekspert dairələrindən müxtəlif şərhlər gəlməkdə davam edir.    

Rusiya, AzərbaycanErmənistan prezidentlərinin Sankt-Peterburqdakı görüş faktının özü müsbət qiymətləndirilə bilər. Hər halda tərəflər yüksək səviyyədə görüşüb dialoq aparmağı bacardılar”. Musavat.com-un məlumatına görə, bu barədə rusiyalı ekspert Andrey İvanovun vesti.az-a ünvanlandığı məqaləsində deyilir. 

Politoloqa görə, görüş göstərib ki, Moskva Dağlıq Qarabağ konfliktinin nizamlanmasında maraqlıdır: “O ayrı məsələdir ki, hələlik heç kim bilmir ki, problem qəti şəkildə necə həll eləmək olar. Hələlik danışıqlar əfsus ki, dalan istiqamətində gedir. Hamı sülh və sabitliyin vacibliyindən danışır, amma heç kim bilmir ki, prinsipial ziddiyyətləri necə aradan qaldırmaq olar. Ona görə də görüşün əsas nəticəsi kimi mən postsovet məkanında Qərbin - ABŞAvropa Birliyinin deyil, məhz Rusiyanın aparıcı rol oynamasının bütün münaqişə tərəflərinin dərk etməsini görürəm”. 

Onun fikrincə, müharibədənsə pis sülh daha yaxşıdır: “Bəli, hamı üçün məqbul həll variantı yoxdur. Ancaq müharibədənsə, status-kvonu saxlamaq daha yaxşıdır. Əlbəttə ki, Bakı və İrəvan görüşün konstruktiv keçdiyini bəyan ediblər. Başqa nə deyilməli idi ki? Hər halda, danışıqlar hərbi əməliyyatlardan yaxşıdır”.

Rusiyalı təhlilçi indiki yanaşmalar fonunda münaqişənin həllini qeyri-mümkün sayır, ancaq çıxılmaz da hesab eləmir. “Fikrimcə, tərəfləri yaxınlaşdırmağın yeganə yolu - aşağıdan başlamaqdır, yəni xalq diplomatiyasıdır. Həm də ortaq iqtisadi layihələrlə möhkəmləndirilmiş xalq diplomatiyası. Bakı və İrəvanda başa düşməlidirlər ki, konflikt regionunda iqtisadi əməkdaşlığı inkişaf etdirmək vacibdir. Sərhədlərin götürülməsi və Dağlıq Qarabağın erməni əsilli sakinlərinin mərhələli şəkildə Azərbaycanın ümumi mədəni və hüquqi sahəsinə cəlb edilməsi üzrə dəqiq plan irəliyə doğru böyük bir sıçrayış olardı. Başa düşürəm ki, mənim ideyam çoxuna utopik görünə bilər. Ancaq dünyada etnik narazılıqların iqtisadi inkişaf perspektivi qarşısında unudulduğuna dair çoxsaylı nümunələr var. Sovet dönəmində də narazılıqlar olub, ancaq insanlar, hər halda, yola gediblər. İndinin özündə Moskvada çoxlu, o cümlədən iri firmalar var ki, orada eyni vaxtda ermənilər və azərbaycanlılar tərəfdaşdırlar, ortaq sərmayəçidirlər” - politoloq vurğulayıb.

Ekspert bu xüsusda təklifini bir az da konkretləşdirərək deyib: “Düşünürəm ki, Bakı və İrəvandan ötrü birinci vəzifə Dağlıq Qarabağda xüsusi iqtisadi zonanın, önləyici inkişaf zonasının yaradılması üzrə proqramın hazırlanması olmalıdır. Qoy bu bölgənin hansısa xüsusi ərazi status olsun. Necə ki, 1-ci Dünya müharibəsindən sonra Qdansk şəhərinin sərbəst şəhər statusu olub. Dağlıq Qarabağ qeyri-stabil bölgədən xalqların uğurlu əməkdaşlıq elədiyi bölgəyə çevrilməlidir. Məncə, bundan hamı udacaq. Əlbəttə ki, belə bir təşəbbüsü Moskva da dəstəkləyərdi”.

***
Ancaq problem ondadır ki, Azərbaycanın ən optimal, ən məqbul status təklifinə, ortaq inteqrasiya təşəbbüslərinə erməni tərəfi daima maksimalist mövqe sərgiləməklə cavab verib. Nəticədə altını da ən çox elə özləri çəkir, həm Ermənistan, həm də Dağlıq Qarabağ ermənilərinin iqtisadi-sosial durumu daha da ağırlaşır. Son olaraq Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağa Azərbaycanın tərkibində Naxçıvanın statusuna bərabər status verilə biləcəyini mümkün saydığını bəyan eləmişdi... 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar