Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ATƏT nümayəndəsi Nardaranda jurnalistlərə qarşı hücumu pislədi

ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç dünən Nardaranda bir qrup radikal şəxsə qarşı keçirilən polis reydi zamanı jurnalistlərə hücum faktını pisləyib


APA-nın xəbərinə görə, bu barədə məlumat ATƏT-in saytında yerləşdirilib.

Qeyd edilir ki, naməlum şəxslər Nardaranda keçirilən polis əməliyyatı zamanı İTV-nin operatoruna hücum ediblər. Operator döyülüb, audio-video texnika isə zədələnib.

ATV-nin çəkiliş qrupu da reyd zamanı hücuma məruz qalıb. Telekanalın avtomobilinə hücum edilib, sürücü döyülüb.

“Bu, media nümayəndələrinə qarşı qəbuledilməz zorakılıq hallarıdır. Jurnalistlər ictimai çəkisi mühüm olan hadisələr barədə azad və təhlükəsiz şəkildə məlumat çatdıra bilməlidirlər. Onların təhlükəsizliyi təmin edilməlidir. Mən inanıram ki, hakimiyyət nümayəndələri hücumun hərtərəfli araşdırılması üçün əllərindən gələni edəcək və hücum edən şəxsləri məsuliyyətə cəlb edəcəklər”, - deyə D. Miyatoviç vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar