Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ATƏT PA-da Fransa “İpək yolu dəstək qrupu”na üzv qəbul edildi

İyulun 8-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) 27-ci illik sessiyası çərçivəsində "İpək yoluna dəstək qrupu"nun iclası keçirilib


Qrupa sədrlik edən, ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev giriş nitqində toplaşanları qrupun yaradılmasının bir illiyi münasibətilə təbik edib. “Bir il əvvəl Minskdə 17 dövlətdən olan deputatlar “İpək yoluna dəstək qrupu”nu yaratdı, bu gün isə sayımız 22-dir”, - deyə məmnunluğunu bildirən Azay Quliyev məlumat verib ki, gündəlikdə, həmçinin 23-cü namizədin – Fransanın SRSP-ə qəbul edilməsi ərizəsinə baxılması dayanır.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) baş katibi Asəf Hacıyev iştirakçılara QDİƏT PA-ya ATƏT PA-da müşahidəçi statusu verildiyini bildirib. O, Böyük İpək yolunun bərpasında Qara dəniz iqtisadi regionunun və əksinə, bu marşrutun Qara dəniz regionunun gələcək iqtisadi inkişafında mühüm rolunu vurğulayıb.

Qrup Fransanı öz sıralarına qəbul edib

Çıxış edənlər İpək yolunun təkcə coğrafi baxımdan əhatə etdiyi dövlətlər arasında iqtisadi əlaqələrin inkişafında deyil, həm də bütün ATƏT məkanında sülh və etimadın möhkəmlənməsində əvəzolunmaz əhəmiyyətini qeyd ediblər. “Bu, sadəcə dəmir yolu, sadəcə konteynerlər və yüklər deyildir, ATƏT-in əsasını təşkil edən məqsədləri – sülhü və təhlükəsizliyi möhkəmləndirən amildir”, - deyə ATƏT PA-nın prezidenti Georgi Sereteli bildirib.

İştirakçılar qrupun sədrinin bu təşkilatın fəaliyyəti barədə məruzəsini dinləyib və bəyəniblər.

ATƏT PA-da Belarus nümayəndə heyətinin rəhbəri Boleslav Pirştuk SRSP-nin növbəti konfransının 2019-cu ilin yazında Minskdə keçiriləcəyini elan edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar