Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ATƏT-in xüsusi missiyası seçkiyə görə Bakıya gəldi

“Bəzi yerlərdə insanlar səsvermə ilə imza verməni səhv salırlar”


Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, XİN tərəfindən digər qurumlarla əlaqəli şəklində beynəlxalq təşkilatlara müşahidəçi qismində seçkilərdə iştirak etmələri üçün dəvətlər göndərilib.

 Bu sırada BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, MDB, GUAM, Türk Şurası və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı var.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndələri isə fevralın 21-22-də Azərbaycanda səfərdə olublar. Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən “Yeni Müsavat”a verilən məlumata görə, nümayəndə heyəti MSK sədri Məzahir Pənahovla görüşüb. MSK sədri keçirilən görüşdən məmnunluğunu bildirib. ATƏT/DTİHB Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndə heyəti Azərbaycanın seçki sistemi, seçki komissiyalarının fəaliyyət prinsipləri, seçici siyahılarının dəqiqləşdirilməsi istiqamətində görülən işlər, eləcə də 2018-ci il aprelin 11-nə təyin edilmiş seçkilərə hazırlıqla maraqlanıb.

Mərkəzi Seçki Komissiyasının beynəlxalq qurumlarla əməkdaşlığa hər zaman açıq olduğunu və bu münasibətlərin Azərbaycanda seçki praktikasının daha da təkmilləşdirilərək hazırkı inkişaf səviyyəsinə çatmasında mühüm rol oynadığını vurğulayan MSK sədri ölkəmizin seçki sistemi barədə ətraflı danışıb. M.Pənahov həmçinin diqqətə çatdırıb ki, 2018-ci il aprelin 11-nə təyin edilmiş prezident seçkisi ilə əlaqədar MSK tərəfindən təsdiq olunmuş Təqvim Planına əsasən intensiv şəkildə atılan addımlar ardıcıl və keyfiyyətlə gerçəkləşdirilir. Bütün bu tədbirlərin həyata keçirilməsində başlıca məqsəd isə Azərbaycan vətəndaşlarının seçki hüquqlarının daha səmərəli təmin olunmasıdır.

Prezidentliyə namizədliyi irəli sürülən ADP sədri Sərdar Cəlaloğlunun sənədləri dünən MSK-ya təqdim edilib. Bu barədə ADP seçki qərargahının rəhbəri Taliyət Əliyev məlumat verib. O bildirib ki, Seçki Məcəlləsinin tələblərinə görə 5 gün ərzində namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması ilə bağlı  məsələ öz həllini tapmalıdır.

Cəlaloğlunun namizədliyi MSK tərəfindən təsdiqlənəcəyi təqdirdə, ADP-nin namizədinin, prezidentliyə rəsmi namizədliyinin qeydə alınması üçün imza vərəqələri təqdim ediləcək.

T.Əliyev onu da əlavə edib ki,  partiya olaraq qısa zaman ərzində imzaların toplanması üçün bütün gücləri səfərbər edəcəklər.

İddiaçıların bəziləri isə artıq imzatoplama kampaniyasının müəyyən hissəsini arxada qoyublar. AĞ Partiyanın sədri Tural Abbaslının seçki qərargahının rəhbəri Əhəd Məmmədli bildirdi ki, Bakı, Sumqayıt və rayonlarda imzatoplama prosesi davam edir: “Çox çətin bir prosesdir. Ölkədə apolitik bir vəziyyətdir, müxalif namizədə imza verməkdən qorxurlar, lakin bütün çətinliklərə rəğmən imzatoplama prosesimiz davam edir. Gədəbəydə imza toplamağa mane oldular. 103 saylı Gədəbəy seçki dairəsinin sədri Xaliq Xudaverdiyev Tural Abbaslının xeyrinə imza toplayanlardan tələb edib ki, Tural Abbaslının imza vərəqələrini geri qaytarsınlar, əks halda, imza vərəqələrini alıb cıracaqlar. Gədəbəydə Tural Abbaslının imza yığan nümayəndəsi bizə bildirdi ki, Gədəbəyin icra başçısı Ramiz Yediyarov tələb edir ki, Tural Abbaslının imza vərəqələrini Bakıya qaytarsın. Biz bu məsələ barədə MSK-ya müraciət etmişik”.

Cəbhəçilər Təşəbbüs Qrupunun namizədi Razi Nurullayevin seçki qərargahının sədri Rafiq Daşdəmirli isə imzatoplama kampaniyasını fevralın sonuna qədər bitirəcəklərini deyib. R.Daşdəmirli bəzi yerlərdə imzatoplama kampaniyasına maneə yaradanların olduğunu da qeyd edib: “İmza vərəqələrini götürdükdən sonra bank hesabı açdıq və səhəri gün seçki qərargahında üzvlərimizlə geniştərkibli iclas keçirdik. İmza vərəqələrini bütün bölgələr üzrə payladıq. Prosesdən iki gün keçməsinə baxmayaraq, artıq imzaların xeyli hissəsi yığılıb. Bəzi yerlərdə insanlar səs vermə ilə imza verməni səhv salırlar. Bəzi əyalət rayonlarında kənd rəhbərləri, bələdiyyə üzvləri radikallıq göstərib imza yığanlara təzyiq edir. Kənd sakinlərinə vəsiqə verməmək üçün qeyri-qanuni göstərişlər verilir. Bizim üçün 45 min imza toplamaq asandır. Bütün bu kimi maneələrə baxmayaraq, gələn ayın ilk günlərində imzatoplama kampaniyasını bitirib, MSK-ya təhvil verməyi planlaşdırırıq”.

Digər iddiaçılar üçün də imzatoplama prosesi gedir. Hələ ki yalnız YAP namizədləri İlham Əliyev üçün imzatoplama kampaniyasını yekunlaşdırıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar