Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AŞPA-nın yay sessiyasında Pedro Aqramuntun istefası gündəliyə çıxarılıb


AŞPA-nın yay sessiyası qalmaqalla başlayıb –Sədr Pedro Aqramuntun istefası gündəliyə çıxarılıb


Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən yay sessiyasının ilk plenar iclasında qurumun prezidenti Pedro Aqramuntun postundan uzaqlaşdırılması məsələsi yenidən müzakirəyə çıxarılıb.

 AŞPA-nın daxili prosedur qaydalarında Assambleyanın prezidenti, vitse-prezidentləri və komitə sədrlərinin vaxtından qabaq vəzifədən çıxarılması müddəaları olmadığına görə AŞPA Bürosu Pedro Aqramuntu prezident vəzifəsindən uzaqlaşdıra bilmədiyindən, bu gün səhər AŞPA Bürosunda, eləcə də plenar iclasda bunun yolları müzakirə olunub.

Bununla bağlı AŞPA-nın sabah keçiriləcək plenar iclasında xüsusi hesabatın müzakirə ediləcəyi gözlənilir.

 Bugünkü plenar iclasda çıxış edən bəzi deputatlar Pedro Aqramuntun vəzifədən uzaqlaşdırılaraq, Assambleyanın yeni prezidentinin seçilməsinə və Assambleyada yaranmış böhranın tezliklə həllinə çağırışlar ediblər. AŞPA Bürosunun bu gün keçirilmiş iclasında eyni zamanda qurumun oktyabr sessiyasında yeni prezidentin seçilməsi məsələsi də qaldırılıb.

 Bununla yanaşı, AŞPA-dakı Avropa Xalq Partiyası qrupunun bir qrup üzvü Assambleyanın sözügedən məsələyə dair daxili nizamnaməsinin dəyişdirilməsinə tərəfdar olsa da, bunun hazırkı deyil, gələcək prezidentlərə şamil olunmasını istəyib.  AŞPA-nın prezidenti Pedro Aqramunt isə bu səhər Büronun iclasında iştirak etsə də, bugünkü plenar iclasa qatılmayıb. O, Büronun iclasından çıxandan sonra jurnalistlərə də hər hansı açıqlama verməyib.

 Plenar iclasa vitse-prezidentlər sədrlik edir. Qeyd edək ki, P. Aqramunt Rusiya Dövlət Dumasının sədr müavini Vladimir Vasilyevin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti ilə birlikdə bu ilin martında Suriyaya səfər edərək, bir sıra görüşlər keçirib, o cümlədən Suriya prezidenti Bəşər Əsədlə görüşüb. Bu isə AŞPA üzvlərinin narazılığı ilə qarşılanıb. Parlamentarilər P. Aqramunta etimadsızlıq məsələsini qaldırıblar. P. Aqramuntun AŞPA-nın ötən sessiyasında istefasını elan edəcəyi gözlənilsə də, o bunu etməyib.

P. Aqramunt istefa vermədiyindən və Nizamnamədə impiçment proseduru olmadığından onun aqibəti ilə bağlı qeyri-müəyyənlik davam edir. (APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar